MÖVLANANIN MƏSNƏVİ ƏSƏRİNİN İNGİLİSDİLLİ ƏDƏBİYYATDA
ADAPTASİYALARI
Ali TATLI
Qafqaz Universiteti
atatli@qu.edu.az
Müasir dövrdə Ruminin əsərlərini tərcümə və şərh edənlərin sayı çoxalmışdır. Bəziləri bu adaptasiya prosesini ədalətli
olaraq yerinə yetirsə də, bəziləri bu prosesə hələ də şübhə ilə baxır.
A
daptasiya edilmiş əsərlər bir qayda olaraq orijinaldan fərqlənmişdir. Mövlana
nın
əsərlərinə əsaslanan Qərb
müəlliflərinin əksəriyyəti
fars
dilinə vaqif olmamışlar. B
una görə də onların fars
dilində olan mətni adaptasiya etməsi
məqbul hesab edilə bilməz. Yazdıqları əsərlər, başqa dillərdən olunmuş tərcümələrə əsaslanmışdır.
Ümumiyyətlə
,
bu tipli
əsərləri nəşrə hazırlayanlar şeirə meyilli və səmimi insanlar
olsalar da,
onların nəşr variantlarındakı müəyyən
arxaizmlər oxucunu da çətin vəziyyətə salmışdır. Əsərləri sırasında bütün Avropa və Amerika
ölkələrində
ən çox
satılan əsərlər sırasında onun ilk sıralarda dayanması bir çoxlarına həm maraqlı, həm də qəribə görünmüşdür.
Belə
əsərlərdən danışarkən
ilk ağıla gələn bir neçə şəxsiyyət: Coleman Barks
,
Andrew Harwey və
Helminskilər yada düşür
.
Dostu Robert Blydan cəsarət alan Coleman Barks 1981-ci ildə məşhur Mövlana əsərlərinin adaptasiyasını
hazırlamışdır. O, “Məsnəvi”dən hekayələr və hissələrdən meydana gətirdiyi, eləcə də, Nicholsonun fars dilindən
tərcüməsinə əsaslanan “Delicious laughter”; “Feeling the Shoulder of the Lion” “One-handed BasketWeaving”; “Open
Secret”: “Versions of Rumi”; “We Are Three”; “This Longing”adlı əsərlərini nəşr etdirmişdir.
Barksın farscadan tərcümələri üzərində qurulmuş əsərin İranlı linqvistika professoru John Moyne ilə münasibəti
əsasında yarandığı göstərilir. Bununla yanaşı Barks “The Essential Rumi” əsəri ilə məşhurlaşandan sonra kitabının
qapağına öz adını "tərcüməçi" kimi yazmışdır.
Barksın əsərləri özünün də qeyd etdigi kimi başqalarının əsərlərinə əsaslanır. Buna baxmayaraq, o da Mövlana
əsərlərinin məşhur tərcüməçilərindən biridir. Barksın tərcümə etdiyi əsərlər: “Hand of Poetry”, “I want Burning” ,
“LikeThis”, “Open Secret”, “Poems of Rumi”, “Rumi: Poet of Divine Ecstasy”, “Rumi: Voice of Longing” audio formatda
da oxucuya təqdim olunmuşdur.
Kabir Helminski Nicholsonun “Məsnəvi”tərcüməsinin dilinin çətin olduğunu zənn edərək onun amerikalılar üçün
cazibəsini itirdiyini düşünmüş və bu boşluğu doldurmaq məqsədilə həyat yoldaşı Camille ilə birlikdə iki əsər nəşr
etdirmişdir.“Rumi: Daylight” “Məsnəvinin” I və II cildlərindən alınma hissələrdən ibarətdir. “Jewels of Remembrance” isə
“Məsnəvinin” III və IV cildlərindən alınma hissələri özündə cəm etdirir.Bu əsərlərdəki bəzi hissələr əvvəlki işlərdə olmayan
bəzi əlavələrlə “The Rumi Collection” adlı ilə təqdim edilən topluda başqa formatlarla dərc edilmişdir.Helminskilər bu
sahədə “Məsnəvi”dən nümunələr götürərək adaptasiya kitablarının ən etibarlı müəllifləri kimi tanınmışlar. Kabir Helminski
və yoldaşının Mövlananın təlimlərini mühafizə edərək yayılmasını təmin edən, Mövləvi təsəvvüf ənənəsinə görə uyğun
formada yazan şəxslər kimi tanındığını qeyd etmək istərdik.
Helminskilər Mövlananın anlamına uyğun, etibarlı, təmiz və oxunaqlıamerikan ingiliscəsində tərcümələr etmişlər.
Başqa bir əsərində,"Farsdilli materiallar üzərində işləsək də,əsərlərimizin məzmunu müəyyən dərəcədə Nicholsonun
“Məsnəvi”sinə əsaslanır və iyirmi ildən çox bir müddətdə şəxsən Mövləvi sufi ənənəsinə əsasən apardığımız nəzəri və
praktik işlərlə dəstəklənir" – deyə Helminskilər yazmışlar. Müqayisə etsək görərik ki, Helminskilərin adaptasiyası ilə
Nicholsona aid mətnlər arasında bənzərlik çoxdur. Tərcümə Nicholson tərcümələrinin oxşar tayı təsirini bağışlayır.
|