Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə614/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   610   611   612   613   614   615   616   617   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

347 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Kabir Helminskinin “Məsnəvi”yə əsaslanaraq yazdığı “Knowing Heart” əsəri də diqqəti cəlb edir. Əsər “Məsnəvi”dən 

tərcümə mətnləri və şərhlərdən ibarətdir.  

Harvey Mövlananın  əsərlərinin tanıtdırılmasında Türk  şairinin sevgisini vurğulayan  əsərlər yazmış  və bunu 

şişirtməkdən uzaqda dayanmışdır. Bu mübaliğələri isə daha çox ilahi sevginin mahiyyəti ilə bəşəri eşq və şəhvani arzularla

təsəvvüfçülərin eşq  şərabı  və  mənəvi sərxoşluq kimi xüsusiyyətləri qəbul etməsi baxımından Mövlana duyğularının 

pozitivist anlamına yol açır. Nicholsonun tərcümələrini mötərizə içərisində izah etməyə çalışdığı yerlərdə Harweyin daha 

sərbəst hərəkət etdiyini sübut edir. 

Harveyin Mövlananın  şeirlərindən seçmələr  təqdim etdiyi “Love's  Glory: Re-Creations of Rumi” adlı  əsəri 

“Məsnəvi”dən götürülmüş misraların adaptasiyasıdır. Lakin müəllif  bu haqda müfəssəl məlumat vermir. Işin ümumi 

mənada Mövlananın əsərinin Eva Vitraj Meyerovitch tərəfindən fransız dilində olan tərcümələrinə istinad edildiyi də qeyd 

edilir. Harvey, “The Way of Passion: ACelebration of Rumi” adlı əsərindən sonra “Loves  Fire”, ”Speaking Flame Light 

Upon Light: Inspirations from Rûmî” adlı əsərlərini yazmışdır. 

Scholey uşaq hekayə yazarıdır.  Əvvəllər Sədidən etdiyi tərcümələr  əsasında  əsərlər yazmış “yeni izahat" əlavəsi 

vermişdir O, Mövlananın hekayə yazıçılığıyla maraqlanmış  və “Məsnəvi” hekayələrinə ilə diqqət yetirmişdir. Scholeyin 

Mövlananın qısa hekayələri əsasında yazdığı əsəri isə “ Məsnəvi” dən seçilmiş əlli yeddi hekayədən ibarət “The Paragon 

Parrot And Other Inspirational Tales of Wisdom: Tales from Rumi retold by Arthur Scholey ” adlı toplusudur. O, bu əsərin 

adını da“Məsnəvi”dəki “Tutuquşu ilə tacir” hekâyəsindən götürmüşdür. Başda bu tutuquşu hekayəsi olmaqla  əsər 

Nicholson tərcüməsindən sitatlardan ibarətdir, sadəcə olaraq köçürmədir. Bu mənada Scholey digər köçürücülər arasında ən 

dürüstüdür, ona görə ki, heç olmasa tərcüməçilik iddiasında  olmamışdır. Yalnız Mövlana hekayələrinin müasir ingilis 

dilində yenidən yazıldığını etiraf etmişdir. Lakin  bu müəllif də  Nicholsonun  əsərinə müraciət etdiyi halda, bunu etiraf 

etməyə biganəlik göstərmişdir. Lakin Scholeyin "Karın xəstə ziyarəti" adlı hekayəsində “Məsnəvidən”  kənara çıxdığı  hiss 

olunur. Scholey hekayə ingilis oxucusuna aydın olsun deyə,  əlavə  şərh və ifadələrdən istifadə etmişdir. Scholeyin 

hekayədən istənilən məqsədin hasil olması üçün verdiyi şərhlərdə kifayət qədər sərbəst hərəkət etdiyi hiss olunur. 

Beləliklə, ingilisdilli ədəbiyyatda  Mövlanə  Cəlaləddin Ruminin  “Məsnəvi”sindən  tərcümələr, eləcə  də  ədəbi – ictimai 

fikrir,  habelə, oxucunun nə dərəcədə faydalandığını inkar etmək olmaz. 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   610   611   612   613   614   615   616   617   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin