“BEOVULF” və “KİTABİ-DƏDƏ QORQUD” DASTANLARINDA FOLKLOR ƏNƏNƏLƏRİ
Anar SƏLİMOV
Qafqaz Universiteti
mr.rasul.1997@mail.ru
Anqlo-saksonların təxminən 1010-cu ildə yeganə əlyazması, Britaniya muzeyində qorunub saxlanılan “Beovulf”
dastanının müasir ingilis dilinə təxminən 70 mükəmməl tərcüməsi (Aleksandr Miçelin 2001-ci ildə Penguin Books
nəşriyyatında (Londonda) çap etdirdiyi nəşri əsas mənbə kimi istifadə edilmişdir), dünyanın 22 dilinə (son hesablamalara
görə bu epik dastan 8 dəfə yapon dilinə tərcümə edilmişdir) tərcümə olunaraq oxucuların mühakiməsinə verilmişdir.
“Beovulf” dastanını müasir ingilis dilinə tərcümə edən şairlərdən Uilyam Morris, Edvin Morqan, Şeyməs Heney və
başqaları bu tərcümələrlə müasir ingilis poeziyasına anqlo-sakson poeziyasının güclü təsirini ərməğan gətirmişlər.
Hətta belə söyləyirlər ki, Vilyam Şekspirin “Hamlet” faciəsindən daha çox “Beovulf” dastanından mükəmməl yazılar
yazılmışdır. “Orta əsrlər Danimarkasında hadisələrin baş verdiyini təsvir edən bu əsərlərdən pyesin (Vilyam Şekspirin
“Hamlet” pyesinin) daha çox məşhur olduğunu söyləmək mümkündür” (Aleksandr Miçel).
“Beovulf” dastanının 41 misrasının 1705-ci ildə transkripsiyası hazırlanmış, 1807-ci ildə isə daha 41 misrası Şaron
Turnerin “Anqlo-saksonların tarixi” (History of the Anglo-Saxons) kitabının ikinci nəşrinə daxil edilmişdir. Dastanın mətni
ilk dəfə islandiyalı Torketin tərəfindən 1815-ci ildə Kopenhagendə latın dilinə edilmiş tərcüməsi ilə nəşr olunmuşdur. 1820-
ci ildə isə şair Qruntviq dastanı daniya dilinə tərcümə etmişdir. 1833-cü ildə şair Alfred Tennisonun dostu C.M.Kembl
“Beovulf”un ilk mükəmməl ingilis nəşrini, 1835-37-ci illərdə isə ingilis dilinə tərcüməsini hazırlamışdır.
“Beovulf” dastanında təqdim olunan adlar bir qayda olaraq iki elementdən ibarətdir və bumürəkkəb adların heç bir
məna vermədiyini qeyd edən dastanın müasir ingilis dilinə tərcüməçisi Aleksandr Miçel nədənsə həmin adların
mənalandırılmasına cəhd etmişdir. Onun fikrincə:
Beovulfun atası Ecesounun adına diqqət yetirək:
Edge (“Sword”) + Theowa (“Servant”) = Servant of the Sword.
Aleksandr Miçel yazır: “Beowulf (or Biowulf as his name is spelt in the second half of the manuscript) is a name
perhaps derived from Be + Wolf large wild animal to do with bees” [1, s.XXVI].
|