VALTER SKOTT TARİXİ ROMAN JANRININ BANİSİ KİMİ
Aqşin ƏLİYEV
Baki Dövlət Universiteti
sabir_muxtarov@mail.ru
Valter Skott tarixi roman janrının banisi sayılır. Yazıçı 1814-cü ildə “Ueverli” romanını yazmaqla dünya
ədəbiyyatında o vaxta qədər mövcud olmayan yeni bir janrın, yəni, tarixi roman janrının əsasını qoymuşdur. O, keçmişlə və
bu gün arasında canlı əlaqə yaradan tarixi romanlarında tarixilik və bədii uydurmanı bir-birinə möhkəm bağlayaraq bununla
da təsvir etdiyi tarixi hadisələr və şəxsiyyətlər haqqında səhv məlumatlar verməkdən və yanlış mühakimələr yürütməkdən
uzaq durmağa çalışmışdır. Əsərlərində maraqlı macəra elementlərindən bacarıqla istifadə edən yazıçı oxucunun
təxəyyülünün imkanları nisbətində hərəkət edərək lazımsız detallara varmaqdan və tarixi həqiqətləri təhrif etməkdən yayına
bilmişdir. Onun əsərlərindəki əhvalatların təsvirində xarakter, hadisə, məkan və zaman tarixi həqiqətlər baxımından bir-
biriylə uyğun gəlir.
Müasir dövrümüzdə Skottun yenidən diqqəti cəlb etməsinin əsas səbəbi tarixi romanın bir janr kimi daha çox gündəmə
gəlməsidir. Qloballaşma dövründə dünyada milli mənsubluq məsələsinin daha çox gündəmə gəlməsi ilə bu işə xidmət edən
bir ədəbiyyat janrı kimi yenidən mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Skott da bu ədəbi janrın ilk nümunələrini
yaradan bir yazıçı kimi yenidən xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, E.M. Forster Skottun bacarıqsız bir yazıçı
olduğunu qeyd etmişdir
V.Skott 28 roman bir neçə povest və hekayə yazmışdır. Onun “Ueverli, yaxud altmış il əvvəl” (1814); “Qay
Mannerinq, yaxud Münəccim” (1815); “Qara Cırtdan” (1816); “Antikvar” (1816); “Puritanlar” (1816); “Edinburq
həbsxanası” (1818); “Rob Roy” (1818); “Ayvenqo” (1819); “Montrous əfsanəsi” (1819); “Lammermur gəlini” (1819);
|