Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə620/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   616   617   618   619   620   621   622   623   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

350 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

“Abbat” (1820);  “Monastr” (1820); “Kenilvort” (1821);  “Peveril Pik” (1822); “Piratlar” (1822); “Kventin Dorvard” 

(1823); “Sent-Ronan suları” (1824); “Redqontlet” (1824); “Həmail” (1825); “Adaxlı” (1825); “Vudstok”  (1826); İki çodar” 

(1826); “Dağlı dul qadın” (1827); “Pert  gözəli, və ya sevgililer günü” (1828); “Kobud kral” 1829; “Parisli qraf Robert” 

(1831);  “Təhlükəli qəsr” (1831); “Maltanın mühasirəsi” (1832) adlı romanları vardır.   

V.Skottun romanları mövzusuna görə, bir neçə qrupa bölünür. Skottun romanlarının  əksəriyyəti öz vətəni 

Şotlandiyanın tarixi keçmişinə  həsr edilmişdir. Bunlar Şotlandiya romanları adlanan seriyanı  təşkil edir. “Ueverli, yaxud 

altmış il əvvəl”, (1814), “Qay Mannerinq” (1815), “Antikvar” (1816), “Puritanlar” (1816), “Rob Roy” (1817) və başqaları 

bu seriyaya daxildir. 

Yazıçının  Şotlandiyanın tarixinə aid yazdığı tarixi romanlarından biri də “Puritanlar” romanıdır. Romanda 1679-cu 

ildə baş verən hadisələrdən bəhs edilir. Məhz həmin ildə  Şotlandiyada, 1660-cı ildə  bərpa edilmiş Stüartlar sülaləsinin 

əleyhinə puritanlar üsyan qaldırmışlar. Puritançılıq vahid bir hərəkat deyildi. Bu hərəkatın sağ qolunu iri burjuaziya təşkil 

edirdi, onlar feodalizmin əleyhinə getsələr də, inqilabdan qorxurdular. Sol qolunu isə xalq nümayəndələri təşkil edirdi, onlar 

ölkədə inqilabi yolla əsaslı ictimai dəyişikliklər etmək tələbini irəli sürürdülər. 

V.Skottun bir sıra romanlarında isə  İngiltərənin keçmişi təsvir edilir. Bu romanlara “Ayvenqo” (1819), “Monastır” 

(1820), “Rahib” (1820), “Kenilvort” (1820), “Vudstok” (1826) əsərləri daxildir.  

Bu baxımdan “Ayvenqo” romanı V.Skottun ən maraqlı  və  əhəmiyyətli  əsərlərindən biridir. Yazıçı bu romanda 

İngiltərənin bu mürəkkəb yenidənqurma dövrünü, pərakəndə feodal malikanələrinin vahid bir krallığa çevrilməsi prosesini 

düzgün  əks etdirmişdir.  Əsərdəki hadisələr XII əsrdə, yəni Orta əsr  İngiltərəsində feodal qaydalarının yaranıb 

möhkəmləndiyi dövrdə cərəyan edir  

V.Skott öz romanlarında başqa Avropa ölkələrinin tarixinə də müraciət etmişdir. Yazıçı öz ölkəsini ürəkdən sevdiyi 

kimi, Qərbi Avropanın başqa ölkələrinin də tarixini gözəl bilir və keçmişi misilsiz bir məharətlə canlandırmağı bacarır. 

V.Skott uzaq keçmişin bədii lövhələrini canlandırmaqla, tarixi inkişafın qanunauyğunluğunu, tarixi cəhətdən proqressiv 

olan yeni qüvvələrin ölümə məhkum köhnə qüvvələr üzərində qələbəsinin zəruri olduğunu göstərir.  

 “Kventin Dorvard” və “Həmail” əsərləri də bunlara aiddir. “Kventin Dorvard” əsəri Fransanın tarixinə, “Həmail” əsəri 

isə avropalıların müsəlman və Şərq ölkələrinə qarşı apardıqları “Xaç yürüşləri”nə həsr olunmuşdur. 

“Kventin Dorvard” romanında hadisələr Fransada XI Lüdoviqin hakimiyyəti dövründə  cərəyan edir. Valter Skott 

hadisələrin 1468-ci ildə baş verdiyini göstərir. Tarixin dəqiq göstərilməsi V.Skottun romanında təsadüfi deyil. Onun başqa 

romanlarında olduğu kimi, “Kventin Dorvard” romanında da hadisələrin baş verdiyi ölkələrin həyat və məişətinə aid bir çox 

həqiqi faktlar, tarixi simalar, dəqiq və real təsvirlər vardır.  

“Həmail” romanı tamamilə fərqli bir mövzuya, yəni Orta əsrlərin ən əhəmiyyətli hadisələrindən biri hesab edilən Səlib 

yürüşlərinə  həsr olunmuşdur. Skott bu əsərində yalnız  əsas diqqəti fərqli bir mövzuya yönəltməmiş, eyni zamanda Səlib 

yürüşlərinin ən məşhuru sayıla  biləcək “Üçüncü Səlib yürüşü”ndən bəhs etmişdir.  

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   616   617   618   619   620   621   622   623   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin