II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
381
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
nəticəsində yaranırlar, bu halda söz bir nitq hissəsindən başqa nitq hissəsinə keçir. Məsələn look-baxmaq və look-
baxış.Leksik qrammatik omonimlər ingilis dilində çoxluq təşkil edir. 28.7% omonimlər konversiya nəticəsində yaranmışdir.
sup (v) –içmək (qaşıqla qurtum qurtum içmək) (OE. sūpan) – sup (n) (OE. sūpa) -qurtum , buna misal ola bilər.başqa bir
nümunə: clap (v) çirpmaq (əlləri bir birinə, alqışlamaq) , clap (n) şappıldatma’
Araşdırmalar göstərmişdir ki, omonimlərin 6.6% i ixtisarlar nəticəsində yaranmışdır. Nəticədə ixtisar edilmiş söz və
dildə movcud olan söz təsadüf nəticəsində üst üstə düşür.Məsələn, fan (abbreviation of fanatic -fanatik , azarkeş’ və fan –
sərinkeş,budan başqa omonimlərin ikisinin də ixtisar olunmuş söz olduğu hallarda mövcuddur. Məsələn , spec (abbreviation
of speculation) fərziyyə– spec (shortening of specification)- təfsilat , təfərrüat
Affikslər, düzəltmə sözlərin yaranması 4.6% omonimlərin yaranmasına səbəb olmuşdur. Rakish [ reɪkɪʃ ] sifəti
yolunu azmış, sırtıq- rake 1 (avara ) ismi və ish suffiksindən yaranmışdır. Rakish sifəti (xususi ilə maşın üçün ) göstərişli,
rake2(meyl etmek , əyilmək) və ish şəkilçisinin birləşməsindən yaranıb.Bundan başqa düzəltmə şəkilçilərinnin köməyi ilə
yaranan sözləri misal göstərə bilərik.Isim rafter[ra:ftə] –bərədə səyahət eliyən şəxs raft – bərə və er şəkilçisinin
birləşməsindən yaranıb və rafter sözünə omonimdir ki, mənası ev örtüyünün daxilin də yerləşən ağac deməkdir və ikincisi
düzəltmə söz deyildir.
Dildə çoxmənalı sözlərdən biri yeni məna qazanması nəticəsində həmin sıradan ayrıla bilər və müstəqil sözə çevrilə
bilər. Bu dildə omonimlərin yaranmasına gətirib çıxarır.məsələn müasir ingilis dilində Board sözünün : Board – lövhə;
Board – heyət; Board – yemək,xörək.kimi mənaları vardır,onlar omonim sözlərdir. Onlar arasında heç bir məna yaxınlığı
yoxdur. Amma arxaiq söz hesab edilən «board»mənasına görə «table», hansı ki nə vaxtsa yuxarıda göstərilən mənaları öz
arsında əlaqələndirirdi. Ingilis dilində onu əvəz edecek «table» sözü peyda olduqdan sonra «board» sözünü əvəz etdi və
nəticədə çoxmənalı sözlər arasında semantik əlaqə itmiş oldu.
Yuxarıda sadalanan səbəblər ingilis dilinin bütün tarixi boyu özünü göstərmişdir.
Dostları ilə paylaş: |