ULTRASƏS DALĞALARININ ALINMASI
Hüseyn ƏLIYEV
Azərbaycan Dövlət Neft Akademiyası
aliyevhuseyn95@gmail.com
AZƏRBAYCAN
Bizi əhatə edən ətraf mühitdə insanlarda səs duyğusu yaradan müxtəlif dalğalar vardır. Bu dalğalar səs dalğaları
adlanır. Qeyd edək ki, insan yalnız tezliyi 20-20000 Hs intervalında olan dalğaları eşidə bilir. Lakin təbiətdə tezliyi 20000
Hs-dən böyük olan və 20 Hs-dən kiçik olan dalğalar da vardır. Tezliyi 20000 Hs ilə 1GHs arasında olan dalğalara ultrasəs
dalğaları deyilir. Ultrasəs dalğaları müəyyən qurğularla insan tərəfindən yaradılır. Təbii şəkildə balinalar və yarasalar
ultrasəs dalğalarından istifadə edirlər. Bu dalğalar sənayedə və tibbdə çox geniş tətbiq sahəsinə malikdir. Ultrasəs dalğaları
vasitəsilə nəhəng dəzgah avadanlıqlarında olan defektləri aşkar etməklə onları aradan qaldırmaq olur. Bu əsasda qurulmuş
cihazlara defektoskoplar, üsulun özünə isə defektoskopiya üsulu deyilir. Defektoskopiya üsulu ilə dəmir yollarında, təyyarə
mühərriklərində, maşınqayırmada, neft avadanlıqlarında və s. kimi iş proseslərində yaranan defektlər vaxtında aşkar edilir.
Möhkəm metalların doğranmasında və xırdalanmasında, dəzgah və avadanlıqların yağdan təmizlənməsində, qaynaq
işlərində, neft sənayesində ultrasəs dalğaları geniş tətbiq olunur. Ultrasəs dalğaları təbabətdə müayinədə (rentgen
şüalarından daha zərərsizdir)və müalicədə də istifadə olunur.Stomologiyada, göz xəstəliklərində, qaraciyər xəstəliklərində,
böyrək t qırılmasında və bir sıra başqa cərrahiyə əməliyyatlarında ultrasəs dalğasından istifadə olunur.
Ultrasəs dalğalarının alınmasının iki üsulu vardır: Pyezoelektrik xassəyə malik kristalların köməyi ilə və
Maqnitostriksiya üsulu ilə .
|