II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
26
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
1.İlk dəfə olaraq ultrasəs dalğaları 1860-cı ildə Pyer Kürivə Jak Küri qardaşları tərəfindən pyezoelektrik xassəyə malik
olan kristalların köməyi ilə alınmışdır. Pyezoelektrik effekt mexaniki sıxılma yolu ilə bir sıra kristalların elektriklənməsi
hadisəsidir.Bu üsul ilə ultrasəs dalğalarının alınmasında səs mənbəyi materialı olaraq əsasən kvars kristallarından istifadə
olunur. Kvars kristallar kvadrat, dəyirmi və başqa formalarda olan lövhələr şəklində hazırlanır. Dəyirmi formada hazırlanan
kristal lövhə həm elektrik, həm də mexaniki cəhətdən davamlı olur. Belə bir kvars lövhə alt və üst hissələrdən mexaniki
sıxılar və ya dartılarsa vibrasiyaya uğrayar və mühitdə uzununa ultrasəs dalğası yaranar. Çox vaxt ultrasəs dalğasının
alınmasında mürəkkəb quruluşa malik kvars lövhələrdən istifadə olunur. Bu lövhələr iki metal sıxac arasında
yerləşdirilərək dəyişən xarici elektrik sahəsində qoyulduqda kristal dəyişən cərəyan tezliyinə bərabər tezliklə vibrasiyaya
uğrayacaqdır.Bu zaman alınmış ultrasəs dalğasının tezliyi nümunənin qalınlığı il tərs mütənasib olaraq dəyişir. Alınan
ultrasəs dalğasının tezliyi aşağıdakı emprik düsturla hesablanır :
l-nümunənin qalınlığıdır (mm)
Elektrik və ya maqnit sahəsini kristal tərəfindən ultrasəs dalğasına çevirmək üçün Transduserlərdən istifadə olunur.
Transduser enerjini bir formadan başqa formaya çevirə bilən qurğudur.
Son zamanlar daha yüksək tezlikli ultrasəs dalğasından istifadə etmək üçün seqnetiklər (özünəmxsus elektrik
xüsusiyyətinə malik olan kristal dielektriklər) istifadə edilir. Bunun üçün adətən Barium-titanat oksid () kristalı götürülür.
Bu növ kristalı kvars kristalından fərqləndirən cəhət onun böyük pyezomodula malik olması və yüksək gərginlik tələb
etməməsi xassəsidir. Lakin bu kristalların faydalı iş əmsalı kvars kristalın faydalı iş əmsalından az olub 50% -ə bərabərdir.
Kvars kristalda faydalı iş əmsalı 75% -dir. Digər tərəfdən Barium-titanat kristalı temperatura davamlı deyil.
2. Ultrasəs dalğasının alınması üsullarından ikincisi Maqnitostriksiya üsuludur. Bu üsulun mahiyyəti aşağıdakılardan
ibarətdir. Ferromaqnit materiallarından (Fe, Ni, Co) hazırlanmış 2-çubuğu 1- sabit maqniti vasitəsilə maqnitləndirilir.
Maqnitlənmiş çubuq deformasiyaya uğradığından o, özündə hər hansı bir tezlikdə vibrasiya yaradır. Bu halda çubuğa
dolanmış 3-sarğısının özündə həmin tezliyə uyğun dəyişən elektrik hərəkət qüvvəsi yaranmış olur. Bu hadisə əksinə də gedə
bilər. Belə ki, əgər sarğıya dəyişən gərginlik vermiş olsaq, bu halda çubuq həmin tezlikdə vibrasiyaya uğrayacaqdır və
vibrasiya zamanı ultrasəs dalğası yaranacaqdır. Vibrasiyanın amplitud qiyməti isə deformasiya ilə düz mütənasib olaraq
dəyişəcəkdir.
Maqnitostriksiya hadisəsi həmçinin temperaturdan da asılı olduğundan Küri temperaturu (maddənin ferromaqnit
xassəsini itirdiyi temperatur) yüksək olan ferromateriallardan istifadə etmək məqsədəuyğundur.
Dostları ilə paylaş: |