ARASINDA KOMMUNİKATİV MÜNASİBƏTLƏR
Mehriban MƏCİDOVA
mnesibova@qu.edu.az
Azərbaycan Respublikası müstəqilliyini qazandığı gündən etibarən bütün sahələrdə islahatlara başlamışdır. Bir çox
sahələrdə olduğu kimi, təhsil sistemində də böyük islahatlar aparılır. Aparılan islahatların vacib təekib hissəsindən biri də
valideynlərin və ümumiyyətlə məktəb ətrafında formalaşmış ictimaiyyətin məktəb həyatında rolunu artırmaq və uşaqların
təhsil-tərbiyə prosesində iştirak etməyə cəlb etmək və inkişaf etdirməkdi. Valideynlərin və ictimaiyyətin cəlb edilməsi ilə,
ilk növbədə şagirdin aldığı təhsilin səviyyəsini artırmaq, məktəbin bir çox problemlərini yerli əhalinin köməyi ilə həll
edilməsi və ümumiyyətlə demokratik cəmiyyət quruculuğu naminə ictimaiyyətin fəallaşmasına nail olmaq mümkündür.
Pedaqoji əmək ictimai fəaliyyətin xüsusi sahəsidir. Burada bilik, bacarıq, peşəkarlıqla yanaşı etik normalara riayət
edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun da böyük rolu vardır. Çünki başqa mütəxəssislərdən fərqli olaraq
müəllim canlı, şüurlu, faktlara və hadisələrə öz fərdi münasibəti olan insanlarla işləyir. Müəllim şagirdlər, öz həmkarları və
valideynlər arasında yüksək nüfuza malik olduqda onun pedaqoji fəaliyyətinin uğurlu olduğunu söyləmək olar. Müəllimin
nüfuzu onun mənəvi statusudur. Nüfuz insanın ictimai proseslərin gedişi təcrübəsində əldə etdiyi mənəvi ləyaqətə söykənən
digərlərinə təsir etmək qüvvəsidir. Pedaqoji nüfuz müəllimin mənəvi-etik və psixoloji-pedaqoji hazırlığından çox asılıdır.
Müasir dövrdə təhsildə tətbiq olunan yeni yanaşmalar, yeni texnologiyalar sistemi valideynlər tərəfindən elədə xoş
qarşılanmır. Onlar təsildə həyata keçirilən islahatlar haqqında kifayət qədər məlumatlı olmadığından müasir dərsin təşkili
məsələlərinə müxtəlif münasibətlər nümayiş etdirirlər. Buna görə də valideynlərlə iş müəllimin fəaliyyətində xüsusi yer
tutmalıdır.Müəllim hər bir valideyinə fərdi yanaşmalı, onun yaşını, təhsil səviyyəsini, cəmiyyətdəki mövqeyini nəzərə
almalıdır.
Təlim prosesinin keyfiyyətli alınması valideynlərdən də çox asılıdır. Şagird məktəbdə müəllimlə ünsiyyətdə olur,
keyfiyyətli dərs öyrənir. Valideyn uşaqla elə ünsiyyət qurmalıdır ki, bu təlimə müsbət təsir göstərsin. Valideyn nə qədər çox
məktəblə, müəllimlə əlaqə saxlayarsa, bu, təlimin keyfiyyətinə müsbət təsir göstərər. Müəllimlər də valideynlərlə üç
formada- fərdi, qrup və kütləvi iş aparmalıdırlar. Ən geniş yayılmış forma isə kütləvi işlərdir. Buraya valideyn iclasları, açıq
qapı günləri daxildir. Dərs zamanıda şagirdlərin fəal, cəld, zirək olmasında müəllimin rolu nə qədər böyükdürsə,
valideynlərin rolu da heç də az deyil. Valideynlərin pedaqoji mühitdə tez-tez iştirakı vəziyyəti asanlaşdırır. Dərs prosesində
övladlarının necə əməkdaşlıq etdiyini, iş bölgüsü apardığını, liderliyə can atmalarını, müstəqil fikir yürütmə bacarığını, yeni
təlim texnologiyalarından bacarıqla istifadə etdiklərini görür və nəticədə təhsildə olan yenilikləri dəyərləndirir.
Müəllim valideynlərlə görüş təşkil psixoloqların, təlimdə daha uğurlu nəticələr əldə etmiş şagirdlərin valideynlərinə
versə, valideynlər arasında təcrübə mübadiləsinə zəmin yaratmış olar. Bu isə valideynlərin birbirindən bəhrələnməsinə şərait
yaradır. Valideynlərlə görüş zamanı sadəcə problemləri deyil, ən gözəl xəbərləri də çatdırmaq lazımdır. Çünki valideynlər
digərlərinin yanında onun övladının bütün problemlərinin ittiham kimi söylənəcəyindən və bunun səbəbini valideyn
diqqətsizliyində görüləcəyini bilərək bu cür görüşlərdən yayınmağa çalışar. Buna görə də hər bir şagirdin fərdi olaraq nəyə
qadir olduğu haqqında məlumat verilməlidir. Belə olduqda müəllimlərlə, məktəblə sıx əlaqə saxlamağa can atarlar.
Valideyn və müəllimlərin sıx əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsinin faydalılığını artırmaq, onların təhsilə
marağını stimullaşdırmaq əhəmiyyət kəsb edir. Dərs prosesində iki tərəf olur. Öyrədən və öyrənən. Burada müəllim həm
öyrədən, həmdə öyrənən olur. Məktəblə əlaqə saxlamaqla valideyn özü də öyrədənə və öyrənənə çevrilə bilər. Əgər
valideyn şagirdlə əlaqə yaradarkən onunla səmimi və yaradıcı mövqe tutarsa bu iş keyfiyyətli olar.
|