PSİXOLOGİYANIN ƏHƏMİYYƏTİ
Lamiyə HEYDƏROVA
BSU-MLK
lamiyaheydarova@hotmail.com
Ümummilli Lider Heydər Əliyev: "Gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik".
Bildiyimiz kimi müasir dövrümüzdə təlim-tərbiyə anlayışı həm forma həm də mahiyyət etibarilə dəyişilib. Belə ki, artıq
heç kimə sirr deyil ki, şəxsiyyətin formalaşmasında tərbiyəolunanın şəxsi maraq və meyllərinin birbaşa nəzərə alınması
vacib şərtlərdəndir. Bu baxımdan incəsənət və psixologiyanın da təsiri danılmazdır. İncəsənətin bir çox sahələri olduğunu
nəzərə alsaq, hər bir sahənin öz təsirindən və əhəmiyyətindən də danışmaq olar. Düşünürəm ki, musiqinin, təsviri sənətin
imkanları da müasir təlim-tərbiyədə daha genişdir.
İlk olaraq incəsənətlə müalicənin tarixi çox qədimlərə gedir. Ən bariz nümunə Qədim yunanlar rəssamlığın, teatrın,
musiqinin, rəqsin insan orqanizminə təsirini öyrənirdilər. Məsələn: Pifaqor, Aristotel, Platon musiqinin terapevtik və
proflaktik təsirindən danışırdılar. Bununla əlaqədar Pifaqorun evritimiya nəzəriyyəsi də vardır. Bu nəzəriyyəyə əsasən insan
müsiqi dinləmə, rəqs etmə, yeriş zamanı və danışma tərzində öz ritmini saxlamalıdır. Onun mikrostrukturu kainat ilə
hormoniyada olmalıdır. Hazırda da "art terapiyanı" tam harmoniyada keçirtmək əsas qaydalardan biridir. Qeyd etmək
azımdır ki, art terapiya metodu psixoterapiyada ən cavan metodlardan biridir. İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian
Hill vərəm dispanserində xəstələr üzərində tətbiq etmişdir. Onun 1945-ci ildə nəşr etdirdiyi “Təsviri sənət xəstəliklərə qarşı”
kitabı uzun müddət psixiatr və psixoloqların masaüstü kitablarından biri oldu. Kitabda orqanizmin bərpası prosesində şəkil
çəkmə prosesinin müsbət təsirini göstərən emperik təcrübələr verilmişdir. Zamanla bu növ terapiya çox geniş yayıldı və
demək olar ki sərhədsiz tətbiq sahəsinə sahibdir. Bu terapiyanı istənilən qrup insanlarla və məqsədlərlə istifadə etmək olar.
Tədris müəssisələrindən başlayaraq, psixiatrik klinikalara qədər auditoriyaya sahib olan art terapiyanı müxtəlif incəsənət
növləri ilə keçirtmək mümkündür.
Art terapiya emosiyalar üzərində bir eksperimentdir. Ona görə də ilk olaraq gizlənmiş emosional problemlər art
terapiyada asanlıqla üzə çıxır. Emosional yaşamlar kağız üzərində simvollar şəklində ifadə olunur. Art terapevtin əsas işi bu
simvolları açmaqdır. Bu baxımdan şəxsiyyətin formalaşması prossesinin nə qədər rəngarəng və geniş olduğu diqqət
mərkəzindədir. Çünki bu prossesdə pedaqogika ilə yanaşı psixologiya elmi də əsasdır. Müasir dövrdə psixologiya insan
haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir
sahəsi yoxdur ki, psixologiya elmi ora nüfuz etməsin.
Psixologiyanın konkret fəaliyyətlə bağlı olan və yüksək praktik əhəmiyyət daşıyan mühüm xüsusi sahələrindən biri
pedoqoji psixologiyadır. Pedaqoji psixologiya təlim, tərbiyə və pedaqoji fəaliyyətin psixoloji problemlərini araşdırır.
Pedaqoji psixologiyanın həll etməli olduğu ən mühüm problemlər uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara
çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdən, təlim və inkişafın
qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdan, təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərini, əlaqəsini aşkara
çıxarmaqdan, təlim və tərbiyənin səmərəliliyini təmin edən psixoloji qanunauyğunluqları araşdırmaqdan və s. ibarətdir.
Müasir dövrdə psixologiyanın diqqəti daha çox cəlb edən sahələrindən biri sosial psixologiyadır. Sosial psixologiya
birgə fəaliyyət və ünsiyyət prosesində müəyyən sosial qrupda şəxsiyyətlərarası münasibətlər sistemini, həmin münasibətlər
sisteminin bütünlüklə qrupun, eləcə də ayrı-ayrı fərdin psixologiyasındakı inikasını öyrənən elm sahəsidir. Bu cür biliklər
tərbiyənin psixoloji cəhətdən düzgün təşkili üçün və şəxsiyyətin formalaşması üçün zəruridir.
Hazırda tədris müəssisələrində aparılan işlərin daha da təkmilləşdirilməsi lazımdır. Belə ki, indi Amerika, İngiltərə,
Rusiyada art terapiya assosiasiyaları fəaliyyət göstərir. Bir çox proyektiv metodlar, art terapiya növləri bu assosiasiyaların
dəstəklədiyi məktəblər tərəfindən tətbiq edilib. İlk dəfə İngiltərədə Art terapiya Assosiasiyası tərəfindən təsviri sənət
metodlarının orta məktəblərdə tətbiqi layihəsi keçirilmişdir. Moskvada və Sankt-Peterburqda art terapiya məktəbləri
açılmışdır. Rusiyada art terapiya psixiatriya və psixoterapiya çərçivəsində inkişaf etmişdir.
|