II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
465
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
* Məlumatın toplanması
* Məlumatın təhlili
* Görülən tədbirlər
Təhsil keyfiyyətinin monitorinqi yalnız etibarlı məlumatların toplanması sayəsində həyata kecirilə bilər. Məlumatların
təhlili elə həyata kecirilməlidir ki, bu təhlil problemlərin aradan qaldırılması ucun lazımi tədbirlərin həyata kecirilməsinə
komək etsin. Bura təhsili idarə edənlərə problemləri muəyyən etmək ucun etibarlı gostəricilərin (indikatorların)
muəyyənləşdirilməsi aiddir. Bu gostəricilər (indikatorlar) empirik nəticələrdir və reallığı əks etdirir. Monitorinq nəticəsində
gorulən tədbirlərə ehtiyat tədbirləri, islahedici tədbirlər və gucləndirici tədbirlər aiddir.
Göründüyü kimi, qiymətləndirmə və monitorinq anlayışları bir-birilə əlaqəli, daha doğrusu biri (qiymətləndirmə)
digərinə (monitorinqə) xidmət edən anlayışlardır. Qiymətləndirmə faktiki vəziyyətin, monitorinq isə vəziyyətin dəyişmə
dinamikasının, başqa sozlə, prosesin qiymətləndirilməsidir. Monitorinq faktiki vəziyyətin muntəzəm şəkildə
qiymətləndirilməsi nəticəsində alınan informasiyanın toplanması və təhlil edilməsi yolu ilə həyata kecirilir. Təhsildə
monitorinq və qiymətləndirmənin ən boyuk fərqi ondan ibarətdir ki, monitorinqin nəticələrindən proses davam edərkən
prosesin səmərəliliyində, müəyyən duzəlişlərin edilməsində istifadə etmək mümkündür. Belə ki, monitorinq- fəaliyyətin
hazırkı vəziyyətini (status) muəyyən edir. Qiymətləndirmə isə fəaliyyətin təsirini muəyyənləşdirdiyi ucun monitorinq
məqsədilə onunnəticələrindən yalnız novbəti dərs illərində və ya novbəti qiymətləndirmə proqramının həyata keçirilməsi
zamanı istifadə etmək olar.Aaparılan araşdırmalar nəticəsində müəyyənləşdirilmişdir ki, təhsilin keyfiyyətinin monitorinq
sistemi təhsilin vəziyyəti haqqında müntəzəm informasiya verən, təhsil prosesinin və onun reallaşdırılması şəraitinin təshihi
vasitəsilə vaxtında təsir göstərməyə imkan verən mühüm idarəetmə mexanizmidir.
Dostları ilə paylaş: |