İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN FORMALAŞMASINDA MÜƏLLİM NÜMUNƏSİNİN ROLU
Ülkər İMANOVA
Qafqaz Universiteti
Müəllimlik peşəsi bütün dövrlərdə öz əhəmiyyəti və spesifikliyi ilə digər peşələrdən fərqlənmişdir. Zaman və
məkandan asılı olmayaraq tarixin bütün mərhələlərində və dünyanın hər yerində ən hörmətli, ən sevilən və ən çox dəyər
verilən şəxs məhz müəllim olmuşdur. Hazırda da müəllim şəxsiyyətinə yüksək dəyər verilir. Bu ondan irəli gəlir ki,
müəllimlik peşəsi olduqca mürəkkəb və ən faydalı peşədir.Müəllimlər digər peşə sahiblərindən fərqli olaraq insanla, onların
formalaşması ilə məşğul olurlar. Onlar istər davranışı, istər savadı, istər dünyagörüşü ilə şagirdlərə yaxşı nümunə
olmalıdırlar. Bu isə müəllimdən yüksək əxlaqi, insani keyfiyyətlərə, dərin biliyə, pedaqoji və metodiki ustalığa, geniş
dünyagörüşünə sahib olmağı tələb edir. Müəllim şagirdlərə yalnız bilik vermir, eyni zamanda sözü və hərəkəti ilə onların
psixologiyasına, daxili dünyasına ciddi təsir göstərir. Xüsusilə ibtidai siniflərdə müəllim nümunəsinin rolu böyük əhəmiyyət
kəsb edir. Belə ki, məktəb həyatına yeni başlayan azyaşlı uşaqlar valideynlərindən sonra ən çox müəllimlə ünsiyyətdə
olurlar. Onlar öz müəllimlərini ideal kimi görür və hətta özlərini müəllimlərinə bənzətməyə də çalışırlar. Buna görə də
müəllim şagirdlərlə davrınışında ən incə məqamları belə gözdən qaçırmamalı, onlarla kifayət qədər ehtiyyatlı rəftar
etməlidir ki, onların gələcəyinə mənfi təsir göstərmiş olmasın.
Müəllim dərsin əsas funksiyaları sayılan təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaların tam mənada həyata
keçirilməsini və bu sahədə müsbət nəticələrin əldə edilməsini təmin etməli, bunun üçün isə ən münasib və məqsədəuyğun
pedaqoji şərait yaratmağı bacarmalıdır. Müəllim ilk növbədə yüksək səviyyədə ixtisas biliyinə malik olmalıdır. Bu
baxımdan ibtidai sinif müəlliminin üzərinə daha çox yük düşür. O, ana dili, riyaziyyat, həyat bilgisi kimi fənlərlə yanaşı
texnologiya, musiqi, rəsm sahəsində də biliklərə sahib olmalıdır. Bundan başqa ,o, pedaqogika, psixologiya, fəlsəfə, uşaq
anatomiyası kimi elmlərdən də məlumatlılığı ilə seçilməlidir. Hətta belə nəzərdə tutlmuşdur ki, ibtidai sinif müəllimləri
xarici dil və informatika fənlərinin tədrisini də özləri həyata keçirsinlər. Şagirdlərin gələcəkdə nə dərəcədə biliklərə
yiyələnməsi müəllimin məharətindən asılıdır. Savadlı, bilikli müəllimin şagirdi də savadlı olar. Bunun üçün o, şagirdlərdə
müxtəlif fənlərə dair maraq oyatmalı, bu maraq sayəsində onların biliyinin və dünyagörüşünün artmasını təmin etməlidir.
Məlumdur ki, müəllim şagirdlərə yalnız fənləri tədris etmir, həmçinin onların tərbiyəsi ilə də məşğul olur. Tərbiyə olduqca
geniş anlayışdır. Şagirdlərin əxlaq, estetik, hüquq, ekoloji və s. tərbiyəsinə yiyələnməsi müəllimin gördüyü işlərlə və
tədbirlərlə meydana gəlir. Fikrimcə, şagirdlərin tərbiyəsi, təlimi və inkişafı kompleks təsirlərlə həyata keçirilməlidir.
Müəllim tez-tez şagirdlərə tövsiyyələr verməli, onların əxlaqi cəhətdən saf, təmiz tərbiyələnməsi üçün əlindən gələni
etməlidir. Lakin nəzərə almaq lazımdır ki ,sadəcə tövsiyyə verməklə işi bitmiş hesab etmək olmaz. Tərbiyədə müəllimin
şəxsi nümunəsi daha çox rol oynayır. Belə ki,müəllim sözlə əməlin vəhdəti prinsipinə əməl etməlidir. Əks halda apardığı
tərbiyəvi işlərin heç bir səmərəsi olmayacaq. Müəllim hər bir şagirdə şəxsiyyət kimi yanaşmalı, təlim və tərbiyədə onların
yaş və fərdi xüsusiyyətlərini, anlaq səviyyəsini, psixoloji durumunu və s. mütləq nəzərə almalıdır. Bu şagirdlərin hərtərəfli
inkişaf etdirilməsi üçün əhəmiyyətli amillərdən biridir. Beləliklə, ibtidai sinif müəllimi öz peşəsini sevməli, humanist
|