Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə826/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   822   823   824   825   826   827   828   829   ...   1149
 

 

TƏLƏBƏLƏRDƏ İDARƏETMƏ MƏDƏNİYYƏTİNİN FORMALAŞDIRILMASI 

 

Müjkan MƏMMƏDZADƏ 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz 



mujkan@mail.ru 

 

Təhsilin  əsas məqsədlərini həyata keçirmək üçün səriştəli yanaşmadan istifadə edərək  şəxsiyyətdə hansı  səriştələrin 

formalaşdırılması problemi mühüm əhəmiyyət kəsb edir. Ona görə  də insanın müasir cəmiyyətdə öz yerini 

müəyyənləşdirmək üçün tələb olunan bacarıqları əldə edə bilməsi məsələləri önə çəkilir. Eyni zamanda müəyyən edilmiş 

səriştələrin tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil düşüncəli, özünüidarəetmə qabiliyyətli  şəxslərin yetişdirilməsi 

məsələləri  əsas vəzifə kimi irəli sürülür. Araşdırmalar göstərir ki, ilk növbədə  tələbələrin gələcək fəaliyyətində  əsas rol 

oynayan sosial və  həyati bacarıqlarla, motivasiya ilə bağlı olan səriştələrin və idarəetmə  mədəniyyətinin 

formalaşdırılmasıdır. 

Cəmiyyətin aktual problemlərindən biri gənc nəslin düzgün, məqsədyönlü istiqamətləndirilməsi, onların yetkin həyata 

hazır olması üçün idarəetmə üzrə işin düzgün qurulmasıdır. Böyüməkdə olan gənc nəslin peşəyönümü və təhsilinin nizama 

salınmasında meydana çıxan problemlərin düzgün nizamlanması  və  təşkil olunması strateji əhəmiyyətə malik olmaqla, 

cəmiyyətin bütün sahələri ilə əlaqəlidir. 

Müəllimin peşə keyfiyyətləri sırasına elə keyfiyyətləri daxil etmək lazımdır ki, həmin keyfiyyətlər onun usta müəllim 

kimi fəaliyyətinin  əsas göstəricilərini  əks etdirsin, onlar müəllimin həm peşə biliklərini, həm də ixtisas biliklərini (bilik, 

bacarıq və vərdişlərini), həm də psixoloji-pedaqoji mədəni keyfiyyətlərini özündə əks etdirə bilsin və bütövlüklə müəllim 

şəxsiyyətinin tamlığına səbəb olsun. Başqa sözlə desək, müəllimin pedaqoji ustalığını təmin edə bilən və əsl müəllim olmaq 

üçün lazım olan bütün keyfiyyətləri, xüsusiyyətləri özündə cəmləşdirə bilən keyfiyyətlər kimi təzahür etsin. 

Gələcək müəllimin mədəni keyfiyyətlərinin formalaşdırılmasının başlıca istiqamətləri üzrə sistemli və məzmunlu işin 

aparılması  tələbələrin peşə hazırlığında xüsusi yer tutur. Pedaqoji kadr hazırlığının  əsas tərkib hissələrindən birini təşkil 

edən bu məsələ tədrisin birinci ilindən başlayaraq diplom alana kimi davam etdirilməlidir. Bu baxımdan müəllimin mədəni 

keyfiyyətlərinin formalaşdırılmasının başlıca istiqamətləri üzrə ayrı-ayrı keyfiyyətlərin məzmununu nəzərdən keçirək. 

Müəllimin ümumi mədəni keyfiyyətlərində yüksək mənəvi və  əxlaqi keyfiyyətlər üstünlük təşkil etməlidir. Müəllim 

təmizlik və paklıq rəmzidir. Buna görə  də  gələcək müəllimlərin peşə hazırlığında onların yüksək milli və  bəşəri  əxlaqi 

keyfiyyətlərə yiyələnmələrinə  də ciddi fikir vermək lazımdır. Tələbələrə müvafiq auditoriya məşğələlərində (məsələn, 

pedaqogika, psixologiya, etika və s. fənlərin uyğun mövzularının tədrisində) və auditoriyadan kənar tədbirlərin 

keçirilməsində doğru danışmağın, düzgün hərəkət etməyin və bunların bir-birinə uyğun gəlməsinə nail olmağın müəllim 

üçün həlledici əhəmiyyət daşıması başa salınmalı və onlarda bu keyfiyyətlərin tərbiyə edilməsinə nail olunmalıdır. 

Pedaqoji prosesdə müvəffəqiyyətin əsasında uşaqlara sevginin və məhəbbətin, bunlarla yanaşı, hörmət və tələbkarlığın 

dayanmasını  tələbələrə  aşılamaq mühüm əhəmiyyət daşıyır. Tələbələrə anlatmaq lazımdır ki, tələbkarlığı azaltmadan 

uşaqlara hörmət etmək, mehribanlıq göstərmək onların sadə  uşaq qəlbində müəllimi ucaldır və özünə qarşı hörmət və 

məhəbbəti artırır.  

Tələbələr bu keyfiyyətlərin müəllim adı ilə yanaşı olduğunu anlamlıdırlar. Bu baxımdan, aşağıdakı  mərhələləri vacib 

hesab edir və bu mərhələlər üzrə tələblərdə bir sıra keyfiyyətlərin formalaşdırılmasını zəruri hesab edirik: 

tələbələrin yüksək mənəvi keyfiyyətlər haqqında təsəvvürlərini genişləndirmək, onların mənəvi  şüurunun 



formalaşdırılması; 

müəllimin mənəvi keyfiyyətlər üzrə toplanmış biliklər və təcrübə əsasında onların mənəvi əqidəsini formalaşdırması; 



mənimsədikləri mənəvi keyfiyyətləri, mənəvi şüuru və əqidələri əsasında tələblərin mənəvi davranış normalarına əməl 

etmələrinə nail olunması. 

Müəllim yüksək mənəvi və əxlaqi keyfiyyətlərlə bərabər ümumi mədəniyyətə də malik olmalıdır. Ümumi mədəniyyət 

olmadan tələbələrdə pedaqoji mədəniyyəti formalaşdırmaq qeyri-mümkündür. Çünki müəllim özü böyük mədəniyyət sahibi 

olmalı və yüksək mədəniyyəti ilə seçilməlidir. 

Eyni zamanda tələbələrə ümumi mədəniyyətə yiyələnməli olduqlarını da çatdırmaq və onlarda buna tələbat 

yaradılmalıdır. 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   822   823   824   825   826   827   828   829   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin