TƏHSİLDƏ QİYMƏTLƏNDİRMƏ VƏ MONİTORİNQ
Xuraman HACIYEVA
AMEA, Şərqşünasliq İnstitutu
haciyeva.xuraman@gmail.com
Hazırda ümumi təhsil sahəsində aparılan islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla
təhsilin keyfiyyətini yüksəltmək, onun inkişafını təmin etməkdir . Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən
amillərə, ilk növbədə, təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti
vardır. Müstəqil Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də müasir tələblər baxımından
məqsədyönlü islahatlar aparılır. Səmərəli ideyaların, yeni texnologiyaların insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən
təhsilə, təlim-tərbiyə prosesinə tətbiq olunması müasir cəmiyyətin xarakterik xüsusiyyətlərindəndir. Təhsildə yeni təlim və
informasiya texnologiyalarından istifadə yeni pedaqoji ideyaların yaranmasına və psixoloji-pedaqoji tədqiqatların
aparılmasına səbəb oldu.
Yeni qiymətləndirmə sisteminin fəaliyyət mexanizmini başa duşmək üçün qiymətləndirmə və monitorinq anlayışlarının
mahiyyətini bilmək lazımdır.
Qiymətləndirmə - məqsədindən, iştirakçıların işinin xüsusiyyətlərindən, qiymətləndirilən sahələrdən, onların işinin
xarakterindən asılı olaraq çoxcəhətli və mürəkkəb prosesdir. Təhsildə qiymətləndirmə mexanizmi elə qurulmalıdır ki, o,
təhsil- tərbiyə prosesini daha da yaxşılaşdırmağa imkan versin. Qiymətləndirmə müəllimin öyrətmə, şagirdin öyrənmə və
təhsilin idarə olunması prosesində əhəmiyyətli rola malikdir. Umumi təhsil sahəsində həyata kecirilən yeni qiymətləndirmə
sistemi umumi təhsildə butun fəaliyyətləri qiymətləndirən və onların muəyyən olunmuş muvafiq standartlar istiqamətində
inkişaf etməsini təmin edən bir mexanizm kimi duşunulmuşdur. Burada butun fəaliyyətlər dedikdə şagirdin, muəllimin,
təhsil muəssisəsinin, təhsili idarəetmə strukturlarının və nəhayət olkənin umumi təhsil sisteminin fəaliyyəti nəzərdə tutulur.
Bu iyerarxiyada aparıcı həlqə şagirdin təlim fəaliyyətinin nəticələridir, qalan butun fəaliyyətlər bu nəticələrin alınmasına
xidmət edir və bu nəticələrdə əks olunur. Buna gorə də yeni qiymətləndirmə sisteminin əsasını şagird təlim fəaliyyətlərinin
ardıcıl və sistemli şəkildə qiymətləndirilməsi təşkil edir.Yeni qiymətləndirmə sisteminin əsasında şagirdlərin təlim
fəaliyyətlərininardıcıl və sistemli şəkildə qiymətləndirilməsi, nəticələrin təhlili və muvafiqqərarların qəbul edilməsi dayanır.
Şagird nailiyyətinin qiymətləndirilməsiməktəbdaxili, milli və beynəlxalq olmaqla üç istiqamətdə aparılır. Beləliklə, yeni
qiymətləndirmə cox geniş və əhatəli bir proses olmaqla təhsil sahəsində butun fəaliyyətlərin "Azərbaycan Respublikasının
ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində muəyyən olunmuş tələblər istiqamətində
təkmilləşdirilməsinə və bununla da butovlukdə təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir.
Təhsildə monitorinq – təhsil sistemi və ya onun ayrı-ayrı komponentlərinin idarəetmənin informasiya təminatı
baxımından vəziyyətlərinin müəyyənləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına yönələn məlumatların
toplanması və işlənməsi prosesinin izlənməsinin diaqnostikası və korreksiyası sistemidir. Monitorinqin məqsədi məktəbdə
təlim-tərbiyə işinin vəziyyəti barədə informasiyanın toplanması, görülən işlərin təhlili nəticələrinin ümumiləşdirilməsi,
proqnozların və inkişaf perspektivlərinin müəyyən edilməsidir.Monitorinq nəticəsində həyata keçirilən pedaqoji fəaliyyətlər
qiymətləndirilir, faktiki nəticələrin məqsədlərə uyğunluğu müəyyən edilir. Adətən, faktiki nəticələr qarşıya qoyulmuş
məqsədlərdən bir qədər fərqli alınır. Əsas məsələ bu fərqin dərəcəsini, istiqamətini və səbəblərini müəyyən etməkdir. Daxili
quruluşuna görə monitorinq üç mühüm idarəetmə komponentini birləşdirir: məktəbin fəaliyyətinin müxtəlif sahələrinə
nəzarət, onların ekspertizası, idarəetmənin informasiya ilə təminatı sistemi. Bu üç sistem olmadan məktəbdə monitorinqin
təşkili mümkün deyildir. Monitorinqin real idarəetmə amili olması üçün o, vahid bir fəaliyyət sistemi kimi təşkil
olunmalıdır. Bunun üçün isəkonkret situasiyadan asılı olaraq onun müxtəlif forma və üsullarının birləşdirilməsinin optimal
variantı seçilməlidir. Monitorinq problemi "müəllim-şagird" sistemi üçün xüsusilə aktualdır. "Müəllim- şagird" sistemində
monitorinq dedikdə, şagirdin bilməyə, öyrənməyə doğru irəliləməsini müşahidə etməyə imkan verən fasiləsiz nəzarətedici
hərəkət və fəaliyyətlərin məcmusubaşa düşülür. Deməli, monitorinq daxili idarəetmə prosesi olub təhsilin keyfiyyətinə
davamlınəzarəti həyata kecirməyə imkan verir. O, təhsil fəaliyyətinin guclu və zəif tərəflərini uzə cıxararaq gozlənilən
nəticələri əldə etmək ucun praktik təkliflərləcıxış edə bilər. Monitorinq dedikdə yalnız təkliflər deyil, problemlərin həll
edilməsi ucun konkret addımların da atılması nəzərdə tutulur. Monitorinqin uc əsas komponenti var:
|