Kurikulum və dərslik. Təhsildə standardlaşdırma və mərkəzi idarə sistemi əlbəttə ki idarəni asanlaşdırır və bu
bütövlükdə keyfiyyətin artırılmasına xidmət edir. Lakin, fərqli coğrafi mühitdə, fərqli infrastruktura sahib bölgələrdə, fərqli
etnik kökə və ya ənənəyə, fərqli yaşayış standardlarına malik olan şagirdlərə tamamilə eyni standard tətbiq etməyə çalışmaq
və onlardan eyni performansı gözləmək həm onları həm də onların müəllimlərini çətin vəziyyətlə üz-üzə qoymaq deməkdir.
Bu isə qeyri-demokratik yanaşmanın təzahürü kimi görünə bilər və həmin pedaqoji mühitdə qarşısındakının hiss və
fikirlərini nəzərə almayan rəhbərlik təzyiqinin və avtoritarlığın hiss olunmasına gətirib çıxarar.
Hər hansı bir bölgədə fəaliyyət göstərən bir məktəbdə müəyyən bir fənni tədris edən müəllimlərin birgə müzakirələri
nəticəsində mərkəzdən təqdim olunmuş tədris planına əlavələr edilməsi və üzərində uyğunlaşdırmalar aparılması
müəllimlərin pedaqoji fəaliyyət azadlığının bir hissəsi olması pedaqoji prosesin asanlaşdıracaq və ümumilikdə
məhsuldarlığı artıracaqdır. Dərslik seçimində mərkəzi idarəetmə orqanının tövsiyyələri də nəzərə alınmaqla, əlavə
materialların və müxtəlif nəşrlərin istifadəsinə şərait yaradılması sivil yanaşmanı nümayiş etdirmiş olardı.
Dostları ilə paylaş: |