Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə863/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   859   860   861   862   863   864   865   866   ...   1149
 

 

UŞAQLAR VƏ RƏSMLƏR 

 

Ulduz  MƏMMƏDRZAYEVA 

Qafqaz Universiteti  



star.mva.89@mail.ru 

 

Uşaqların çəkdikləri rəsmlər onların daxili aləmindən xəbər verir.Çəkdikləri ev,insan,ağac rəsmləri və onların çəkiliş 



forması bizə bir çox ipucları verir.İstifadə etdiyi rənglərdə çox şeyi özündə əks etdirir.  

Uşaqlar oxuma-yazma öyrənənə  qədər danışıq qabiliyyəti formalaşmadığı üçün duyğularını, sızıntılarını, qorxularını 

sözlü ifadə edə bilmirlər.Ancaq çəkdikləri rəsmlər uşağın daxili dünyasını,düşüncə  tərzini,ətrafı ilə olan problemləri 

haqqında məlumat verir.İstifadə etdiyi kağızın böyüklüyü,fiqurların kağıza yerləşdirilməsi,rəng seçimi,onun psixi 

vəziyyətini daxili aləmini yamsılayır. 

Uşaqların 2 yaşından etibarən  əlinə  qələm keçəndə  nəyisə qaralamağa başlayır.Əslində bu qaralamalarda nədənsə 

xəbər verir.Böyüklər tərəfindən heç bir məna daşımayan bu qaralamalar uşağın başa salmaqda çətinlik çəkdiyi 

sıxıntıları,sevincləri,şəxsiyyətlərarası münasibətləri,gözləntiləri və ümidlərinə işarədir.Uşaq yaz günü çəkdiyi ev rəsmində 

tüstü çıxan bir baca çəkibsə,bu evdə həyat olduğunu ,yemək bişdiyini,ailə üzvləri arasında sevgi olduğunu göstərir.  

Yer üzərində  çəkilməyən və yolu olmayan bir ev, ailənin  ətrafa,  şəxsiyyətlərarası münasibətlərə  və dostluğa qapalı 

olduğuna işarədir.Bundan başqa evdə danlanan, təhqir olunan bir uşaq insan üzü çəkərkən qulaqları çəkməyə bilər.Qulaqları 

çəkməyən bir uşaq danlağı eşitmək istəmədiyini,qulaqları böyük çəkən uşaq isə dinləməkdən zövq aldığını göstərir.  

Uşağın çəkdiyi rəsmdə  rənglərin mənasi 4 yaşından sonra bir məna daşıyır.3-4 yaş arası istifadə olunan rənglərin 

gerçəkliklə heç bir əlaqəsi yoxdur.Xoşuna gələn rəngi coşğuyla istifadə edər.Sevdiyi bir insanın rəsmini çəkmək istəyəndə 

sevdiyi rənglərdən istifadə edər.4 yaşından sonra rənglərdən istifadə psixoloji olaraq dəyərləndirilə bilər.Misal olaraq 

xoşbəxt rəsmlərdə əsasən sarı, kədərli rəsmlərdə əsasən qəhvəyi rəng daha çox istifadə edilir.  

Yaşıl rəngdən çox istifadə edən uşaq özünə güvəni olan, sözəbaxan, tez adaptasiya olan, xoşbəxt uşaqdır. Yaşıdlarına 

görə daha yetkindir.Mavi rəngdən istifadə edənlər duyğularını idarə etməyi bacaranlardır.Ailəsi tərə-findən sevilən və dəyər 

verilən uşaqlar isə sarı rəngdən istifadə edirlər. Ana və atanın dəstəyinə və güvəninə ehti-yac hiss edən uşaqlar bənövşəyi 

rəngdən istifadə edirlər.Qara rəng isə qaramsallığı ifadə edir. Qırmızı  həm güvə-ni və  həyatı,həm təhlükəni və ölümü 

yamsılayır.Bu uşağın şüuraltında qırmızıdan necə istifadə etməsindən asılıdır. 

Uşağın çəkdiyi  şəklin analizində kağızın bölmələri də çox vacibdir.Yəni kağızın üst qismi- aydınlığı, həyəcanlılığı, 

pozitivliyi göstərir.Alt hissəsi hafizəni təmsil edir.Sol tərəfdə yerləşdirilmiş şəkilin sahibi daim diqqət mərkəzində olmağa 

çalışan,özünü sevən biridir.Sağ tərəf  isə gələcəyə istiqamətləndirilmiş xarakter tipidir.Orta-bu günü xarakterizə edir,uşağın 

içində olduğu hissləri yamsılayır.Səhifənin aşağısında çəkilən kiçik fiqurlar güvənsizlik,depressiya,özünəqapanma 

hallarından xəbər verir.Fiqurun orta xəttə uzaqda,sol tərəfdə yerləşdirilməsi romantik,sevgiyə ehtiyacı olan,atılan uşaqlarda 

qeydə alınır. 

Çəkilən insan fiqurlarının mənası. 

Baş: Rəsmdə başın normadan böyük çəkilməsi romantik,sosial fobiasi olan,özünü zəkaca yaşıdlarından asağı 

görən,məktəb fəaliyyəti uğurları  zəif olan uşaqlardır.normadan kiçik çəkilən baş dost tapmaqda və insanlarla ünsiyyət 

qurmaqda çətinlik çəkən,özünə qapanan uşaqlardır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   859   860   861   862   863   864   865   866   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin