Microsoft Word Materiallar Full


DƏRSDƏ DİALOQ ÜSULUNDAN İSTİFADƏ YOLLARI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə865/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   861   862   863   864   865   866   867   868   ...   1149
DƏRSDƏ DİALOQ ÜSULUNDAN İSTİFADƏ YOLLARI 

Veysel GÜLEN 

Qafqaz Universiteti 

 

Fəal, interaktiv təlim metodlarından geniş istifadə edilməsi  şagirdlərin fəallaşdırılmasında, yaradıcı axtarışlara 



qoşulmasında, bilikləri müstəqil mənimsəməsində, dərslərin maraqlı, səmərəli qurulmasında mühüm rol oynayır. Lakin 

onların hər birinin özünəməxsus cəhətləri də vardır ki, müəllimlər dərsə hazırlaşarkən   bunları  nəzərə alır, metodları 

mövzunu, uşaqların marağını, sinfin səviyyəsini nəzərə  almaqla seçirlər.  Çoxillik təcrübəmdən bu qənaətə  gəlmişəm ki, 

ibtidai siniflərdə kiçikyaşlı məktəblilərin inkişafına ən yaxşı təsir edən metodlardan biri də dialoqdur. 

Məlumdur ki,  təhsilin sonrakı pillələrində  şagirdlər üçün zəruri olan əqli qüvvənin inkişaf səviyyəsi, tədris-idrak 

fəallığı və tədqiqata maraq  ibtidai siniflərdə formalaşır. 

Məktəbəqədər yaşlı  uşaqlarda   məhz   təlimin bu pilləsində mühakimə yürütməkdə  və  fəaliyyətdə  sərbəstlik yaranır. 

Bunlara nail olmaq üçünsə, ilk növbədə, sinifdə münbit təlim mühiti  yaradılmalıdır. Belə bir mühit  inkişafetdirici təlimin 

təşkilidir.  İdrak fəaliyyətinin aparıcı motivləri olan   intellektual motivlər   hər bir dərsdə müəllim və  şagirdin qarşılıqlı 

yaradıcı fəaliyyəti prosesində, müəyyən metod və üsulların köməyi ilə yaradılır. Belə üsullardan biri isə dialoqdur. Dərsdə 

dialoq təşkil etmək və aparmaq şagirdlərdə problemin qoyuluşu, axtarışı, onların həlli vasitələrinin tapılması kimi 

qabiliyyətlərini formalaşdırır, idrak prosesini yaradıcı axara yönəldir, öz gücünə inam hissləri aşılayır. 

Tədris probleminin qoyuluşu və onun həlli metodlarını, şagirdlərin idrak fəaliyyətini praktikada necə reallaşdırmasını 

nəzərdən keçirək. 

Sövqedici, təhrikedici dialoq. 

1. Problem situasiyadan doğan dialoq.  

Tədris probleminin qoyuluşunun bu metodu aşağıdakı pedaqoji fəaliyyətlərin həyata keçirilməsini tələb edir: 

- problem situasiyanın yaradılması; 

- problem situasiyanın ziddiyyətlərini dərk etməyə meyil; 

- tədris probleminin ifadə edilməsinə meyil

- tədris probleminin şagirdlər tərəfindən təklif olunmuş formulunun qəbulu. 



2. Hipotezə sövqedici dialoq. 

Həllin axtarılmasının bu metodu aşağıdakı pedaqoji fəaliyyətlərin həyata keçirilməsini tələb edir: 

- hipotezin irəli sürülməsi arzusu; 

- şagirdlər tərəfindən irəli sürülən hipotezin qəbulu

- hipotezin yoxlanılmasına meyil; 

- şagirdlər tərəfindən təklif olunan yoxlanma üsullarının qəbulu. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   861   862   863   864   865   866   867   868   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin