Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə870/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   866   867   868   869   870   871   872   873   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

489 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN NİTQİNİN İNKİŞAF                        

ETDİRİLMƏSİNİN PSİXOLOJİ TƏHLİLİ 

 

Yeganə MƏMMƏDOVA 

Azərbaycan Müəllimlər İnstitutu 



yegane_m@bk.ru 

 

İnsanların, o cümlədən uşaqların həyatında əsas rol oynayan idrak proseslərindən biri də nitqdir. Nitq insanlar arasında 

xüsusi ünsiyyət vasitəsidir. Nitq inkişaf etdikcə uşaqların dünya görüşləri də inkişaf edir, məzmununu bildiyi sözlərin sayı 

çoxaldıqca, dilin lüğət tərkibi təkmilləşdikcə uşaq həm xarici aləmin  hadisələri arasında müxtəlif əlaqələr yaratmağı, həm 

də  əlaqələri sözlər vasitəsilə ifadə etməyi bacarırlar. Söz, fikri ifadə etmək üçün işlənir.  Əgər fikir anlaşılmazsa, söz də 

anlaşılmaz bir şeyə çevrilir. Uşağın nitqi inkişaf etdikcə o, öz fikrini aydın ifadə etməyə başlayır. Kiçikyaşlıların lüğət 

ehtiyatının yeni sözlə  zənginləşdirilməsi yalnız aydın təsəvvürlərin inkişafından keçir. Sözün əsasında varlığın ümumi 

inikası olan anlayış durur. Bu isə sözün mənasını düzgün anlamağa gətirib çıxarır. Anlayış  təfəkkürün elementi olmaqla 

varlığın hadisələrini ümumiləşdirir, əşyanın ümumi əlamətlərini əks etdirir. Uşaq sözü ona aid olan məna ilə birlikdə çox tez 

mənimsəyir, həmin sözlə ifadə olunan anlayış isə varlığın ümumiləşmiş obrazı olmaqla uşaq inkişaf etdikcə  mənası 

genişlənir və dərinləşir.  

Məktəbəqədər dövrdə uşaqlar ana dilinə, əsasən, intuitiv şəkildə nitq vasitəsilə yiyələnirlər. Uşaq bağçalarında uşaqlar 

nitqin bir cəhətinə  şifahi növünə yiyələnirlər.  Uşaqlar yeni bilikləri məhz  şifahi nitq vasitəsilə  mənimsəyirlər. Uşaqların 

şifahi nitqi nə qədər yaxşı inkişaf edərsə, onların yazılı nitqi də o qədər yüksək olar. Şifahi nitq xarici nitq adlanır.  Bundan 

əlavə daxili (səssiz) nitq də mövcuddur. Fikir o vaxt  dəqiq olur ki, insan daxilən onu nizama salır, formalaşdırır.  

Bu dövrdə uşaqların nitq inkişafı üç əsas mərhələyə ayrılır:  Birinci mərhələ - özlüyündə nitqə yiyələnmədən əvvəl, 

təxminən iki aydan on bir aya qədər olan dövrü əhatə edən nitqəqədərki mərhələ; İkinci mərhələ- on bir aydan təxminən bir 

yaş yeddi aya qədər dövrü əhatə edən mərhələ - dilin ilkin mənimsənilməsi mərhələsidir;  Üçüncü mərhələ-  dilin  

qrammatik quruluşuna yiyələnmə mərhələsi adlandırmaq olar ki, bu bir yaş yeddi aydan beş yaşa qədər olan dövrü əhatə 

edir. Sonralar uşağın nitqi əsaslı dəyişikliyə uğramır, yalnız lüğət tərkibinin artması və istifadə olunan qrammatik formaların 

sayının artması baş verir. 

 Son zamanlar uşaq bağçalarının məktəbəhazırlıq qrupunda uşaqlara yazmaq və oxumaq vərdişləri öyrədilir. Bu vaxt 

nitq inkişafının dördüncü mərhələsi - yazılı nitqə yiyələnmək  mərhələsi inkişaf etməyə başlayır. Bu inkişaf  hər şeydən 

əvvəl nitqin inkişafı ilə, söz ehtiyatının artması ilə sıx sürətdə bağlıdır. Məktəbəqədər yaş dövrü elə bir dövrdür ki, uşaqların  

nitqini  öyrənmək üçün  yüksək imkana malikdir. Bu dövrdə  uşaqda fonematik eşitmə baş verir ki, bu da nitq səslərini 

düzgün tələffüz etməyi, eyni zamanda yaşlı adamlarla uşağın ünsiyyət imkanını genişləndirir. Uşağın nitq inkişafı iki xətt 

üzrə inkişaf edir;  yaşlıların nitqini başa düşməklə nitqi təkmilləşir; uşağın özünün fəal nitqinin formaları təşəkkül taparaq 

inkişaf edir. Uşağın ünsiyyət dairəsi genişləndikcə, onun ətraf aləm haqqında maraqları artdıqca nitqin yeni forması 

kontekst nitqi meydana gəlir. Kontekst nitq zamanı uşaq öz danışığını müəyyən qədər tənzimləməyə çalışır, o situativ nitqə 

nəzərən müfəssəldir. Uşaq bağçalarında təlim xarakterli məşğələlər və məktəbdə təlim prosesi kontekst nitqinin inkişafının 

əsas vasitəsi rolunu oynayır. Bu dövrdə uşaqlarda nitqin planlaşdırma funksiyası da inkişaf etməyə başlayır. Uşağın nitqi bu 

dövrdə onu praktik fəaliyyətini və davranışını planlaşdırma  vasitəsi kimi özünü göstərir.  

Məktəbəqədər dövrdə uşağın yiyələndiyi nitq funksiyalarından biri də izahlı nitqdir.  Rabitəli nitqin bir forması olan 

izahlı nitq uşağın həyat fəaliyyətində mühüm əhəmiyyətə malikdir. Məktəbəqədər dövrdə dialoji nitqin inkişafı  və 

təkmilləşməsi ilə yanaşı nitqin daha mürəkkəb və müstəqil növü olan monoloji nitq də inkişaf etməyə başlayır. Bu dövrdə 

uşağın rəftar və davranışını tənzim edən, fikrini ifadə etməyə hazırlayan daxili nitqin inkişafı da nəzərə çarpır. 

Nitqin bu dövrdəki inkişafı  hər  şeydən  əvvəl ona görə böyük əhəmiyyətə malikdir ki, bu inkişaf uşaq psixikasının 

inkişafına səbəb olur. İkinci siqnal sisteminin ( nitqin ) birinci siqnal ilə ( sözlə ) daim qarşılıqlı  əlaqədə olması dil və 

təfəkkürün  inkişafına zəmin yaratmış olur.  Məktəbəqədər yaş dövründə uşaqlarda təfəkkürün inkişafı  əyani əməli, əyani-

obrazlı və sözlü-məntiqi ( mücərrəd ) təfəkkürə istinad edir. Uşağın duyğuları, qavrayışı, hafizəsi,  təxəyyülü inkişaf edir

bununla yanaşı hissləri, iradəsi, xarakteri də formalaşır. 

Bu mərhələlərin ardıcıl inkişafı nəticəsində məktəbəqədər yaşlı uşaqların nitq inkişafı əsasən üç istiqamətdə inkişaf edir:  

  Uşaqlarda söz ehtiyatının artması. 



  Nitqin fonetik cəhətdən inkişafı, yəni, uşağın səsləri düzgün eşitməyə və tələffüz etməyə yiyələnməsi. 

  Uşağın nitqinin qrammatik cəhətdən  inkişafı. 



Valideynlər, tərbiyəçilər bu dövrdə  səylə çalışmalıdırlar ki, uşağın bu dövrdəki psixi proseslərini düzgün inkişafının 

formalaşdırılması onlarda düzgün nitqin yaranmasına zəmin yaratmış olsun. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   866   867   868   869   870   871   872   873   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin