II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
544
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
HAVA HƏRƏKƏTI DISPETÇERININ ÖYRƏDILMƏSI ÜÇÜN SIMULYATOR-
TRENAJOR SISTEMININ LAYIHƏLƏNDIRILMƏSI
L.N. ƏHMƏDOV, Ş.M. HÜMBƏTZADƏ
Milli Aviasiya Akademiyası
shamsi.humbatzade@gmail.com
AZƏRBAYCAN
Hava nəqliyyatının idarə edilməsi prosesi ən mürəkkəb və məsuliyyətli istehsalat sahələrindən biridir. Mülki hava
nəqliyyatında sərnişin, yük və poçt daşınması bunlara aiddir. Hava nəqliyyatının təşkilində əsas etibarilə 3 abstrakt şəxs –
pilot, dispetçer və texniki işçi iştirak edir. İndi isə bu anlayışları konkretləşdirək.
Pilot – konkret olaraq hər hansı hava gəmisini idarə edən və öz hava gəmisinin konkret uçuşda təhlükəsiz, səmərəli və
effektiv şəkildə qabaqcadan nəzərdə tutulmuş marşrutla və zamanda A nöqtəsindən B nöqtəsinə gəlməsini təmin etməlidir.
Pilotun vəzifəsinin icra edilməsində onun köməyinə hava gəmisində quraşdırılmış aeronaviqasiya avadanlıqları və yer
üzərində hava hərəkətinin idarə edilməsi dispetçeri çatır. Dispetçerin məsuliyyət sahəsi konkret pilotun məsuliyyət
sahəsindən qat-qat genişdir. Dispetçer onun səlahiyyət zonasında olan bütün hava gəmilərinin təhlükəsiz, səmərəli və
effektiv şəkildə A nöqtəsindən B nöqtəsinə getməsini təmin etməlidir. Dispetçer HHİE prosesini yerinə yetirmək üçün onun
hava məkanı barədə məlumatı olmalıdır. Müasir aeronaviqasiya avadanlıqları ilkin, ikincili radarlardan gələn Mode A, C və
S rejimində göndərilən siqnalı emal edir, ADS-B, ADS-C və MLAT sensorlarından gələn məlumatı emal edə bilər.
Dispetçer ilə pilot arasında radio efir vasitəsilə danışıq gedir, dispetçer ona kursun və eşelonun dəyişilməsi haqqında
göstərişlər verir, pilot isə bu məlumatın qəbulunu təsdiq edir. Hava hərəkəti dispetçerinin əldə etdiyi radar məlumatı, onun
pilot ilə radio kanallar vasitəsilə danışmasını və HHİE prosesi üçün digər alət və vasitələrə malik olması tam və bütünlüklə
aeronaviqasiyasını xidmətini təmin edən texniki personalın üzərinə düşür.
Mülki aviasiyada qeyd olunan konkret şəxslər hava hərəkətinin təhlükəsizliyi təmin etmək üçün yüksək professionallıq
səviyyəsinə malik olmalıdır. Pilotlar üçün uçuş biliklərinin və vərdişlərinin əldə edilməsi, təkmilləşdirilməsi, uçuş saatının
yığılması məqsədilə tikilmiş və 2010-cu ilin oktyabr ayında istismara verilmiş Trenajor Mərkəzi bu sahədə mühüm yer
tutur. Burada quraşdırılmış avadanlıq və simulyatorlar bütün müasir tələblərə cavab verir və tədrisə gələn şəxslərin
keyfiyyətli bacarıqlara malik olmasına şərait yaradır. HHİE dispetçerləri üçün bu şərait hal-hazırda “Azəraeronaviqasiya”
Hava Hərəkəti İdarəsinin yeni binasında AirCon 2100 sistemi üzərində yaradılmaqdadır. Texniki personal üçün isə trenajor
modelini yaratmaq, təəssüf ki, mümkün deyil. Belə ki, trenajor modelinin məqsədi – hər hansı nasazlığın, problemin
yaranması zamanı görüləcək işlərin avtomatlaşdırılması, standart şəraitdə icraat vərdişlərinə yiyələnmə prosesidir. Texnikin
qarşısına çıxa biləcək problemlər o qədər çoxdur ki, onları yalnız müəyyən qruplara təsnifləşdirib, ümumi göstərişlər
vermək mümkündür.
Cari işdə dispetçer üçün trenajor proqramı hazırlanmışdır. Bu proqramda hazır ssenarilər verilmişdir ki, bu ssenarilər
müəyyən fövqəladə halları təsvir edir. Proqramda radar məlumatının qəbulu və AFTN şəbəkəsi ilə uçuş planlarının qəbulu
və emalı imitasiya edilmişdir.
Proqramda aşağıdakılar imitasiya edilmişdir:
-
Radar məlumatının qəbulunun imitasiyası;
-
AFTN şəbəkəsi ilə uçuş planlarının qəbulunun imitasiyası;
-
AFTN şəbəkəsi ilə meteoməlumatın qəbulunun imitasiyası;
-
Radar və plan məlumatının korrelyasiyası (avtomatik və əl ilə);
-
Safety Nets (STCA, APW, MSAW) funksiyaları;
-
Hava gəmisi ilə radio kanal vasitəsilə danışığın imitasiyası;
-
Müəyyən zaman ərzində uçuşlar barəsində statistik məlumatın çıxarılması;
-
Müəyyən çevik pəncərələrin – qadjetlərin istifadəsi imkanı və s.
Proqram Embarcadero XE5 proqramlaşdırma mühitində yaradılmışdır. Proqramın xəritələrinin yaradılmasında AIP
(Aeronautical Information Package – Aeronaviqasiya İnformasiyası Toplusu) məlumatından götürülmüşdür. Proqram
trenajor modeli olduğuna görə, burada müəyyən şərti sadələşdirilmiş təsvir formalarından istifadə edilmişdir.