NAMIQ KAMAL YARADICILIĞINDA MAARİFÇİLİK İDEYALARI
Hüseyn KARAHAN
Bakı Slavyan Universiteti
kafkas@cag.edu.az
Türkiyə tarixinə islahat və avropalaşma erası kimi daxil olan Tənzimat dövrü həyatın bütün sahələrində olduğu kimi
ədəbiyyatda da bir yenilik etdi. 1839-1871-ci illər Türk ədəbiyyatında milli şüurun oyanması və Türk ədəbiyyatının
formalaşdığı dövr kimi daxil olmuşdur. Bu dövrün ən tanınmış maarifpərvər, hətta belə demək mümkünsə, inqilabçı
yazıçılarından olan Namiq Kamal (1840-1888) öz realistik əsərləri ilə ədəbiyyat səhnəsinə çıxmış və öz sözünü deyə
bilmişdir.
“Yеni Оsmanlılar Cəmiyyəti”nin fəal üzvü, əsərlərində хalqa azadlıq, vətən, millət sеvgisi aşılayan Namiq Kamal
maarifçilik ideyalarını təbliğ edir, real həyata, insana, cəmiyyətə müraciət etmək kimi yeni vəzifələr irəli sürürdü. 1840-cı
ildə Tеkirdağ qəsəbəsində yüksək rütbəli məmur və dindar ailədə dünyaya gəlmişdir. Erkən yaşlarında ailə quran Namiq
Kamal 1856-cı ildə İstanbula köçmüşdür. İstanbulda Tərcümə mərkəzində işə düzələn Namiq Kamal 10 il burada
|