2.2. Dünya ölkələrində əhalinin ərzaq məhsullarına olan
tələbinin ödənilməsi vəziyyəti.
Müharibədən sonrakı onilliklərdə bəşəriyyət yer əhalisinin əksər hissəsinin
ə
rzaq təminatının ənənəvi probleminin həll edilməsinə nail ola bilməmişdir. Bu
48
problem yalnız inkişaf etmiş ölkələr üçün aktuallığını itirmişdir, təqribən 30 ölkədə
problem qismən, ümumilikdə isə BMT-nin üzvü olan 200 dövlətdən 60-65-də həll
olunmuşdur. Müharibədən sonrakı onillikdə ərzaq mallarının istehlakı ümumilikdə
bütün regionlarda çoxalsa da, bu göstərici qitələr və ayrı - ayrı ölkələr üzrə
fərqlənir. Bununla yanaşı, istehsalın artımı əhalinin müvafiq çoxalması ilə
tarazlaşır. Belə ki, son 30 il ərzində taxıl yığımı 2 dəfə, Yer əhalisinin sayı isə 1,8
dəfə çoxalmışdır. Tədqiqatçıların fikrincə, gələcəkdə bu meyil daha neqativ hal ala
bilər: əhalinin artım fonunda torpağın məhsuldarlığının aşağı düşməsi dünyadakı
tarazlığa əlavə yük deməkdir.
Problemin regional - iqtisadi cəhətləri əsasən müharibədən sonrakı
onilliklərdə Yerin ərzaqla təminatı baxımından müəyyən cəhətlərlə səciyyələnən
coğrafi bölgələri qəti olaraq müəyyənləşmişdir.
Birincisi, Qərbi və Şimali Avropa, Şimali Amerika, Avstraliya, Yaponiya
daxil olmaqla dünyanın sənaye bölgələridir və bu regionlar yüksək keyfiyyətli
ə
rzağın qıtlığı ilə deyil, artıqlığı ilə qarşılaşır. Amma inkişaf etmiş ölkələrin ərzaq
təhlükəsizliyinin məhz inkişaf etməkdə olan ölkələrdəki aclığa əsaslanması
tədqiqatçıların diqqətindən yayınır: inkişaf etməkdə olan ölkələrdə TMK - nın
nəzarəti altında olan, məhsulları inkişaf etmiş ölkələrin bazarları üçün nəzərdə
tutulan böyük aqrar anklavlar yaradılmasaydı, aqrar sektorun yüksək
məhsuldarlığına baxmayaraq həmin dövlətlərin öz resursları bunun üçün çətin ki,
kifayət edərdi.
İ
kincisi, bu bölgələr üzrə ərzaqla təminat səviyyəsi BMT ÜST - in tələbləri
baxımından Avropanın cənubunda, o cümlədən Yunanıstan, Portuqaliya, Türkiyə
və ön Asiyada, Latın Amerikası dövlətlərinin əksəriyyətində, Məqrib və ASEAN
öləkələrində yerləşir.
Üçüncüsü, ərzaq təminatı BMT ÜST - in standartlarından yol verilən
kənarlaşma hüdudlarında olan Şərqi Avropa, MDB və Baltikyani ölkələr, habelə
Hindistan, Misir, İndoneziyadır.
49
Dördüncüsü, əhalisinin əksər hissəsi ərzaq böhranının bütün ağırlığını çəkən
inkişaf etməkdə olan ölkələrdir. (bunlara parlaq nümunə Böyük Səhranın
Cənubunda yerləşən dövlətlərdir).
Elmi - texniki tərəqqinin qüdrətinə inam artıq 1960 - 1970 - ci illərdə
təsdiqlənməyə başladı və dünyanın inkişaf etməkdə olan bölgələrində “yaşıl
inqilab” yayıldı. Bu termin kənd təsərrüfatı istehsalının məhsuldarlığını yüksəldən
aqrotexniki, texnoloji və istehsal - təşkilatı tədbirləri məcmusunu ifadə edir.
Burada yüksək məhsuldarlıqlı və xəstəliklərə qarşı davamlı toxumların, ilk
növbədə isə düyü və buğda növlərinin tətbiqinə xüsusi diqqət yetirilir.
Müvəffəqiyyətin zəruri şərtlərindən biri su və mineral gübrələrlə təchizatdır. Bütün
bunlar inkişaf etməkdə olan bəzi ölkələrə ildə bir neçə dəfə məhsul yığmaq imkanı
verdi. Start götürdüyü ilk onillikdən sonra “yaşıl inqilab” heyrətamiz nəticələr
nümayiş etdirdi (xüsusilə də “yaşıl inqilab” vətəni Hindistanda); əhalisinin yüksək
templərlə artmasına baxmayaraq (Çindən fərqli olaraq, “ailə planlaşdırılması”
siyasəti Hindistan cəmiyyəti tərəfindən qəbul edilmədi. Raciv Qandinin
öldürülməsinin də məhz bu siyasəti həyata keçirməkdə israrlı olması ilə
ə
laqələndirilir, ölkə tez bir zamanda özünü ərzaqla tam təminetmə yoluna qədəm
qoydu.
Amma 1980 - ci illərin əvvəlində potensialı tamam tükəndiyindən, “yaşıl
inqilab” boğulmağa başladı. Bunun səbəbi isə kənd təsərrüfatı istehsalının fasiləsiz
artımı üçün hər il böyük məbləğdə investisiyalar, Qərbi Avropa ölkələri və ABŞ -
ın səviyyəsinə uyğun olan güclü texnoloji baza yaradılması zəruri olduğu halda,
onun məhdud tədbirlər kompleksinə istinad etməsi idi. Bəs yoxsul ölkələr bu qədər
böyük məbləğdə vəsaiti haradan əldə etməli idi? Təcrübə buğda və düyünün
yüksək məhsuldarlıqlı, xəstəliklərə qarşı növlərinin tətbiqi kimi tədbirlərin yalnız
müvəqqəti uğur qazandığını göstərirdi. Buna görə də növbəti onilliklərdə Çin və
Hindistan “yaşıl inqilabın” məhdud nəticələrini nəzərə alaraq, aqrar sektorun
texnoloji bazasının durmadan genişləndirilməsi yolunu seçdi.
Ə
rzaq böhranından çıxış yolu gen mühəndisliyinin geniş yayılmasında
görünürdü və tezliklə onun məhsulları mağazaların piştaxtalarında peyda oldu.
50
Ancaq mütəxəssislər, o cümlədən tibb alimləri həyəcan təbili vururlar: geni
modifikasiya olunmuş məhsullar (qarğıdalı, buğda, soya, quş və heyvanların əti,
süd) insanın sağlamlığına, ilk növbədə isə, onun həyata sağlam uşaq gətirtmək
qabiliyyətinə son dərəcədə mənfi təsir göstərir; bu məhsullarla qidalanan uşaqlar
zəif, xəstə böyüyürlər. Ərzaq qıtlığı probleminin həllinin bu istiqamətinin
perspektiv olması ağlasığmazdır. Bu daha çox kütləvi alıcıların maraqlarına zərər
gətirməklə, aqrofirmaların əlavə gəlir əldə etmə mənbəyidir.
Dünyada ərzağın istehsalında açıq aşkar neqativ meyl XXI əsrin ötən
onilliyində, sahibkarlar bir sıra ölkələrdə və qitələrə böyük, məhsuldar torpaq
sahələrini ərzaq və yem (heyvanlar üçün ) taxılının yetişdirilməsi üçün istifadədən
çıxararaq, qarğıdalıdan, soyadan, başqa yağlı bitkilərdən bioloji yanacağın istehsalı
layihələrini maliyyələşdirməyə başladıqda yarandı. Əlbəttə, onların bu addımı
atmasına ötən onillik ərzində neftin ağlasığmaz dərəcədə yüksək qiyməti öz güclü
təsirini göstərmişdir. Belə vəziyyətdə neft hasil edən onlarca ölkə əldə etdikləri
gəlirləri hara xərcləyəcəklərini bilmir, 100 - ə yaxın ölkə yanacağın qiymətinin
bahalaşması nəticəsində ağır yük altına düşərək, yoxsulluğa daha sürətlə
yuvarlanırdı.
Nəzərdən keçirdiyimiz problemin həllinin daha bir istiqaməti, məhsullardan
torpaqları az, maliyyə resursları isə çox olan bəzi ölkələrin (Qərbi Afrika, Cənub-
Şə
rqi, Asiya ölkələri, Çin, Avropanın kiçik dövlətləri) öz ehtiyaclarını ödəmək
üçün son illərdə intensiv surətdə Afrika, Latın Amerikası və Rusiyada torpaqları
satın almağa, orada ixtisaslaşmış fermer təsərrüfatları yaratmağa başlamasıdır.
Qeyd etmək lazımdır ki, dünya ərzaq probleminin həllində özünü qida
məhsulları ilə təmin etməyə nail olmuş Çin böyük rol oynamışdır. (dünyanın 6,6
milyard əhalisinin 1,3 milyard nəfər təşkil edən Hindistanın) mövqeyi hansı
dərəcədə dayanıqlıdır? Aydındır ki, bu suala cavab vermək üçün xüsusi
tədqiqatların aparılması gərəkdir.
Bununla belə, dünya aqrar sektorunun bir sıra dənli və başqa qida
məhsullarının, texniki bitkilərin qiymətləri dayanmadan artaraq ümumilikdə ərzaq
mallarının qiymətlərinin bahalaşmasının sabit meylini yaradır. Bu problem inkişaf
51
etmiş ölkələrdə nəzərəçarpan surətdə ifadə olunmasa da, (ailələrin gəlirlərinin
çoxluğuna görə) inkişaf etməkdə olan keçid iqtisadiyyatlı ölkələrdə ərzaq
mallarının qiymətlərinin bahalaşması ailələrin əksəriyyəti üçün başağrısına
çevrilmişdir.
Ə
KTT-nin qiymətləndirilməsinə görə, kəskin aclıqdan əziyyət çəkən
insanların ümumi sayı 1970-ci illərin əvvəlində 400 milyon nəfər olmuş, 1980 - ci
ildə 500 milyon nəfərə yaxınlaşmış, sonradan (1990 - cı illərin əvvəlində) isə
Afrikada yaranan böhranlı vəziyyətlə əlaqədar 600 - 700 milyon nəfər arasında
tərəddüd etmiş, 2011 - ci ilin başlanğıcında 1 milyard nəfəri ötüb keçmişdir.
Qeyd etməliyik ki, həmin qiymətləndirmədə yalnız orqanizmin salamat
qalması üçün kifayət edən enerji ehtiyaclarının təmin olunmasını nəzərdə tutan,
aclığın son həddə çatan “kritik səviyyəsi” qəbul edilmişdir. Aclığın
müəyyənləşdirilməsi üçün daha sərt yanaşma qəbul olunarsa, inkişaf etməkdə olan
ölkələrdə aclıqdan əziyyət çəkənlərin sayı daha da çoxalacaq. Ərzaqla əlaqədar
vəziyyətin dramatizmi bundadır ki, müstəmləkədən azad olmuş ölkələrdə bu hadisə
nəinki kütləvi, həm də daimi, əhalinin geniş təbəqələrinin həyatını müşayiət edən
xarakter daşıyır.
Aclığın təbiətini ictimai hadisə kimi dərk etmək üçün onu “gizli” (xroniki) və
aşkar - məhsulsuzluq yaxud təbii fəlakətlər, hərbi münaqişələr səbəbindən (o
cümlədən 1992 - 1993 - cü illərdə Rusiya hakimiyyətinin məsuliyyətsizliyi
üzündən ölkənin Şimal rayonlarına ərzaq mallarının göndərilməməsi) kütləvi aclıq
hallarının yaranması formalarında təzahür etdiyi nəzərə alınmalıdır. Birinci forma
–səfalət və bununla bağlı olaraq əhalinin alıcılıq qabiliyyətinin son dərəcə aşağı
düşməsi nəticəsində baş verən xroniki aclıq inkişaf etməkdə olan ölkələrin
ə
halisinin elementar yaşayış vasitələrindən məhrum olan böyük hissəsinin həyat
tərzinə çevrilən, milyonlarla insanın daimi fiziki məhrumiyyətlərinə gətirib
çıxaran “gözəgörünməz” böhran kimi təzahür edir. Təzad bundadır ki, aclıqdan və
doyunca yeməməzlikdən məhz qida məhsullarının istehsalçıları - aztorpaqlı və
torpaqsız kəndlilər, icarədarlar, kənd təsərrüfatı fəhlələri əziyyət çəkir. Ehtiyac
altında sıxılaraq onlar qida məhsullarını özlərini və ailələrini dolandırmaq üçün
52
kifayət edən həcmdə istehsal etmək, almaq iqtidarında deyil. Ümumilikdə isə
inkişaf etməkdə olan ölkələrdə xroniki aclıqdan əzab çəkənlərin 80 % - i kənd
yerlərində yaşayır.
Xroniki aclıq azadlığa çıxmış ölkələrin xalqlarına əmək resurslarının təkrar
istehsalında əvəzolunmaz zərər vurur, ömür müddətini qısaldır, ölüm göstəricisini
yüksək səviyyədə saxlayır. Aclığın yığılan məhsulun həcmindən və milli ərzaq
fondunun vəziyyətindən asılı olmayan “gizli” formasında bu fəlakətin sosial
mənşəyi aşkar görünür.
İ
nkişaf etməkdə olan ölkələrin əhalisinin əksər qismi aqrar sektorda məşğul
olduğuna görə, burada baçlıca problem kəndlilərin torpaqlarının azlığıdır. Artıq
1960 - cı ildə becərilən torpaqların əhalinin hər nəfərinə düşən sahəsi kiçik idi.
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı olan ƏKTT - nin siyahıya almasına
görə, həmin vaxt bu sahə Asiyada 0,35 hektar, Afrikada 0,9 hektar, Cənubi
Amerikada 1,14 hektar idi. Bunun nəticəsində işsiz kəndlilərin sayı surətlə artırdı.
Məsələn, 1961 - 1971 - ci illəri əhatə edən dövrdə onların xüsusi çəkisi 24% - dən
38%-dək artmış, 1972 - 1991 - ci illərdə artım templərinin xeyli zəifləməsinə
baxmayaraq 14 - 17%, onilliyin sonunda isə cuzi azalaraq 13 - 15% olmuşdur. Bu
səviyyə 2001 - 2010 - cu illər ərzində də qalmışdır. Buna baxmayaraq, inkişaf
etməkdə olan ölkələrin çoxunda torpaq sahələrindən, sadəcə istifadə olunmur. İş
bundadır ki, həmin torpaqlar əsasən onun kənd təsərrüfatı dövriyyəsinə
buraxılmasında marağı olmayan şəxslərin - latifundistlərin, qəbilə başçılarının, iri
aqrosənaye şirkətlərinin, avtoritar rejimlərin zabitlərinin və məmurlarının özəl
mülkiyyətindədir. Belə vəziyyət böyük sosial dəyişikliklərin, o cümlədən
həqiqətən demokratik torpaq islahatının keçirilməsinin zəruriliyini bir daha sübut
edir. ƏKTT - nin məlumatlarına görə, inkişaf etməkdə olan ölkələrdə olduğundan
1,8 dəfə çoxdur.
Təsadüfi deyil ki, ümumi əhalisi 1,4 milyard nəfər təşkil edən 50-dən çox
inkişaf etməkdə olan ölkədə ərzaqla təchizatının mütləq azalması müşahidə edilir.
Bununla əlaqədar, ədəbiyyatda “ərzaq təhlükəsizliyi” anlayışı peyda olmuşdur.
Ə
KTT-nin açıqlamasına əsasən, “ev təsərrüfatı ailənin bütün üzvləri üçün ərzaq
53
məhsulları həm fiziki, həm də iqtisadi cəhətdən kifayət dərəcədə əlçatan olduğu və
ona bu əlçatanlığı itirmək təhdidi olmadığı halda, ərzaqla təminat baxımından
təhlükəsiz hesab oluna bilər”.
Burada “ev təsərrüfatı” deyildikdə, ailə təsərrüfatı, ayrı yaşayan vətəndaşların
iqtisadi imkanları nəzərdə tutulur. Aclığın təzahürünün göstərilən açıqlamasına
ciddi riayət etsək, bir çox ölkələrin, o cümlədən MDB ölkələrinin buna düçar
olduğunu görürük. Ərzaq təhlükəsizliyi ilə qidalanma arasındakı əlaqə bundan
ibarətdir ki, “ərzaq təhlükəsizliyi” insanların lazımi qədər qidalanması üçün zəruri,
amma kifayət olmayan şərtidir. İnsanların qidalanmasının tam dəyərliliyi ev
təsərrüfatının (ailənin) qida rasionu, xəstəliklərin qarşısının alınması və sağlamlıq
üçün əlverişli mühit yaradılması, habelə ev təsərrüfatını idarə etmək kimi amillərlə
müyyənləşdirilir.
İ
nkişaf etməkdə olan ölkələrdəki ərzaq problemi həm daxili, həm də xarici
şə
rtlər və səbəblər kompleksinin qarşılıqlı təsiri nəticəsində yaranmışdır. Daxili
səbəblərdən ən mühümləri onların iqtisadiyyatının ümumilikdə, xüsusilə də kənd
təsərrüfatının birtərəfliliyi və geriliyi, bu sahədə arxaik aqrar münasibətlərinin
qalmasıdır. Ərzağa ictimai tələbatın dəyişən strukturu ilə bu ehtiyacları ödəməli
olan qida məhsullarının yerli istehsalı sektorunun arasındakı uyğunsuzluq da məhz
bundan irəli gəlir.
Problemdə bir sıra: sosial, iqtisadi, siyasi, demoqrafik, aqrar texnoloji, iqlim,
resurs, ekoloji, mədəni - etnik amillər bir - birinə güclü təsir göstərir.
Tədqiqatçıların çoxunun irəli sürdüyü konsepsiyalarda aclığın əsas səbəbləri
kimi bioloji və başqa təbii amillər göstərilir. Kifayət qədər geniş yayılmış bu
nəzəriyyələrdə aclığın mənbəyi demoqrafik detreminizmin, neomaltusçu
mövqelərindən izah olunur. T.Maltusun müasir ardıcılları inkişaf etməkdə olan
ölkələrdəki aclığın başlıca səbəbinin 1950 - ci illərin ortasından başlayaraq əhali
artımının sürətlənməsi-demoqrafik partlayış olduğunu iddia edirlər. Bu fenomen
özü isə birtərəfli yanaşılmaqla, sırf bioloji hadisə, insanların “nəslini qoruyub
saxlamaq” məqsədilə çoxalmaq cəhdi kimi nəzərdən keçirilir. Afrikada, Asiyada
və Latın Amerikasında ətraf mühitin sürətlə pisləşməsinin səbəbləri bu
54
konsepsiyalarda əhali artımı ilə əlaqələndirilir. Aclığı demoqrafik və ekoloji
vəziyyətlə bağlayan fikirlər söylənilir. Beləliklə də, aclığın baş verməsində acların
özü günahlandırılır. Ərzaq probleminin çoxamilli xarakterini sadələşdirdiyinə,
ailənin planlaşdırılması üzrə demoqrafik siyasətə istinad etməklə, onun sosial
məqamlarını izah etmədiyinə görə məsələyə bu cür yanaşma mahiyyətcə elmə
zidd, siyasi baxımdan mürtəce və praktiki cəhətdən faydasızdır. Təbii ki, ailənin
planlaşdırılmasının əhəmiyyəti gələcəkdə artacaq, amma diqqəti məsələnin yalnız
bu, özü də yaxın perspektivdə həlledici rol oynamayacaq cəhəti üzərində
cəmləşdirmək böyük ehtimalla ağla batan deyil.
İ
nkişaf etməkdə olan ölkələrin BƏB sisteminə “qoşulmasının” qeyri -
ekvivalent xarakteri orada ərzaqla təminat vəziyyətinin gərginləşməsinin başlıca
səbəblərindən biridir. Müstəmləkə və azadlıq əldə olunduqdan sonrakı dövrlərdə
iqtisadi artım tərzi inkişaf etməkdə olan ölkələrin kənd təsərrüfatında məhsuldar
qüvvələrin tərəqqisini ləngitmiş, onu metropoliyanın ehtiyaclarını ödəyən biryönlü,
monokultur ixtisaslaşmış sahəyə çevirmişdir. Təkrar istehsal prosesinin dərin
deformasiyası ölkələrin geridə qalmasına, çoxmilyonlu xalq kütləsinin səfalətinə
səbəb olmuşdur. Bununla da nəinki müstəmləkəçilik dövründə, hətta inkişaf
etməkdə olan ölkələrin siyasi müstəqilliyi şəraitində tipik hadisəyə çevrilmiş
kütləvi aclığın sosial - iqtisadi şərtləri formalaşmışdır. Əlbəttə, aclığı
müstəmləkəçilər “icad etməmiş” və onlar “yaymamışdır”. Bu hal insanların təbiət
qüvvələri qarşısında acizliyinin, inkişaf etməkdə olan ölkələrdə məhsuldar
qüvvələrin zəifliyinin sübutu kimi, həmişə mövcud olmuşdur. Amma
müstəmləkəçilik bu fəlakəti dəfələrlə gücləndirmiş və bununla da, keçmiş
müstəmləkələr azadlığa çıxdıqdan sonra aclığın aradan qaldırılması uğrunda
mübarizəni çətinləşdirmişdir. İnkişaf etməkdə olan ölkələrin beynəlxalq əmək
bölgüsünə “cəlb edilməsinin” müasir sistemi bu cür əlaqələri möhkəmləndirərək
aqrar sektorun inkişafını ləngidir, kütləvi aclığın aradan qaldırılmasına imkan
vermir.
İ
stehsal strukturunun, nəqliyyat əlaqələrinin, rabitənin lazımi dərəcədə inkişaf
etməməsi inkişaf etməkdə olan ölkələrin əhalisinin ərzaqla təminatını pisləşdirir,
55
ayrı-ayrı regionlara, fəlakət bölgələrinə qida məhsullarının və beynəlxalq yardımın
çatdırılmasında çətinliklər yaradır.
İ
qtisadiyyatın geridə qalmış ölkələrdə sahibkarlıq münasibətlərinin
təkmilləşdirilməsinin inkişaf etmiş ölkələrdən asılı olması, vəziyyəti daha da
mürəkkəbləşdirir. Ərzaq probleminin ilkin səbəblərinin təhlili göstərir ki,
sahibkarlıq fəaliyyətinin inkişaf etməkdə olan ölkələr zonasında geniş yayılmış
asılı tipi, onların Qərb ölkələrinin ərzaq potensialına tabeçilikdən çıxmasına imkan
verməyən perspektivdir. İnkişaf etməkdə olan ölkələrin borclarının artması da bu
perspektivin möhkəmlənməsinə xidmət edir: bu borc 1970 - ci ildəki 3000 milyard
dollardan 1980 - ci ildə 573 milyard dollaradək və 1991 - ci ildəki 1,4 triliyon
dollardan 2010 - cu ildə 1,7 triliyon dollaradək artmışdır.
Qeyd olunmalıdır ki, müvafiq texniki bazanın (süni suvarma və lazımi
miqdarda gübrələr) yaradılması ilə müşayiət olunmadığına görə, taxıl
məhsullarının yüksək məhsuldarlıqlı növləri son dərəcə ləng yayılır. Aqrar sahədə
elmi-texniki tərəqqinin qarşısını kəsən ən güclü maneə kənd bölgələrinin sosial-
iqtisadi strukturunun geriliyidir. Ölkələrin bir çoxunda yüksək məhsuldarlıqlı
növlərdən yalnız dövlət təsərrüfatları və ayrı-ayrı iri kooperativlər istifadə edə bilir.
Buna görə də indiyədək əkin sahələrinin yalnız cüzi hissəsi bu növlər altındadır.
Hətta Asiyanın bu prosesə cəlb edilmiş inkişaf etməkdə olan ölkələrində 1980 - ci
illərin əvvəlində əkin sahələrinin yarısından bir qədər çox hissəsi buğdanın, 25% - i
düyünün yeni növləri üçün ayrılmışdı.
İ
nkişaf
etməkdə
olan
ölkələrdə
kənd
təsərrüfatı
istehsalının
mexanikləşdirilməsinin aşağı səviyyəsinin mühüm səbəblərindən biri də əmtəə
istehsalçılarının əksəriyyətinin maşın və avadanlıq almaq üçün vəsaitinin
olmamasıdır. Bu imkandan yalnız varlı mülkədarlar və fermerlər istifadə edə
bilərlər. İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının yeni texnika ilə
silahlanması qarşısında duran digər mühüm maneə işçi qüvvəsinin dəyərinin ucuz
olmasıdır. Məlumdur ki, bu dəyər maşınlardan istifadənin hüdudlarını müəyyən
edir. Hərçənd, müasir dövrdə bu amilin təsiri müəyyən modfikasiyaya məruz qalır:
inkişaf etməkdə olan ölkələrin iri mülkədarları mexanikləşdirmədən xırda
56
icarədarlara və muzdurlara təzyiq vasitəsi, “torpaqların təmizlənməsi” aləti kimi
yanaşır. İnkişaf etmiş ölkələrin müvafiq göstəricisindən 20 - 25 dəfə aşağıdır. Bu
cəhət əkinçiliyin istehsal mədəniyyətində - aşağı məhsuldarlıqda, yeni torpaq
sahələrinin fasiləsiz dövriyyəyə cəlb olunaraq, vəhşilikdə istismar olunmasına
ə
saSlanan ekstensiv inkişaf tipində öz izin qoyur. “Yaşıl inqilab” çərçivəsində
həyata keçirilən aqrar proqramlara hətta kiçik kapital qoyuluşları belə, Meksika,
Hindistan, Flippin və “orta inkişaf səviyyəli” bir sıra ölkələrə ərzaq təminatını
xeyli yaxşılaşdırmaya, bəzi hallarda isə qida məhsullarının idxalını dayandırmağa
imkan vermişdir. İnkişaf etmiş ölkələrdə tərəvəz və taxıl anbarlarının, kənd
təsərrüfatı məhsullarının ilkin emalı müəssisələrinin və s. inşa olunması ərzaq
təminatını xeyli yaxşılaşdıra bilər. Onların yoxluğu yaxud vəziyyətinin pisliyi
səbəbindən yığılan məhsulun yarıya qədəri məhv olur. Bu məsələnin həlli inkişaf
edən ölkələrdə beynəlxalq ərzaq yardımlarının ümumi həcmindən də çox məhsulu
qorumağa, habelə qida məhsullarının idxalını dayandırmağa şərait yaradırdı.
Ə
rzaq probleminin kökündən həlli sülh uğrunda mübarizə, tərk-silah olunma
və silahların ixtisarı, beynəlxalq iqtisadi təhlükəsizliyin bərqərar edilməsi ilə sıx
ə
laqədardır. Dünyanın bütün bölgələrində silahlanma yarışının səngiməsi qeyri-
məhsuldar məqsədlərə israf olunan vəsaitlərin bir hissəsini aclığın aradan
qaldırılmasına və bəşəriyyətin həyati əhəmiyyət kəsb edən başqa problemlərinin
həllinə yönəltməyə imkan verərdi. Mütəxəssislərin rəyinə görə, inkişaf etməkdə
olan ölkələrin özünü ərzaqla təmin etməsinə nail olmaq üçün dünya üzrə müdafiə
məqsədlərinə yönəldilən vəsaitlərin cari həcminin cəmi 3% - i kifayətdir.
Amma təcrübə inkişaf etməkdə olan ölkələrin xalqlarının ərzaq təhlükəsizliyi
qlobal probleminin qəti surətdə həlli üçün təkcə obyektiv ilkin şərtlərin
mövcudluğunun kifayət olmadığını göstərdi. Bunun üçün bir sıra varlı ölkələrin
mərhəməti əsasında deyil, planetin bütün xalqlarının ümumi maraqlarını nəzərə
almaqla qurulan qlobal siyasət də lazımdır.
Geridə qalmış aqrotexniki metodlarının tətbiqi, əmək məhsuldarlığının aşağı
səviyyədə olması nəticəsində yaranan vəziyyətdə inkişaf etməkdə olan ölkənin
kənd təsərrüfatında məşğul olan bir nəfər özünü və ailəsini çətinliklə dolandırdığı
57
halda, bir fermer ABŞ-da 75, Qərbi Avropada 50, Yaponiyada isə 35 nəfərin
tələbatını ödəyir.
Alimlərin proqnozlarına əsasən, 2025 - ci ildə planetimizin əhalisi 8,5 milyard
nəfərə çatacaq, onun 83% - i isə inkişaf etməkdə olan ölkələrdə yaşayacaq. Bu
məqam ərzaqla təminat problemini getdikcə mürəkkəbləşdirəcək. BMT - nin Ətraf
Mühit və İnkişaf Konfransının hesabatının “Kənd təsərrüfatının dayanıqlı
fəaliyyətinə və kənd bölgələrinin inkişafına yardım” bölməsində də bu sayda
ə
halinin mövcud resurslar hesabına ərzaqla və başqa kənd təsərrüfatı məhsulları ilə
təmin edilməsinin mümkünlüyü məsələsinin açıq qalması qeyd olunur.
Ə
rzaq təhlükəsizliyini, sadəcə olaraq, qida məhsullarının istehsalını
çoxaltmaqla təmin etmək mümkün deyil. Kənd təsərrüfatına yönəldilən
investisiyalar əhalinin ən zəif qrupları arasında aclığı aradan qaldırmağa imkan
yaradan sosial müdafiə tədbirləri ilə dolğunlaşdırılmalıdır. Məsələn, inkişaf
etməkdə olan ölkələrin çoxunda qadınlar ərzaq isehsalında, qidalanmada və
ailələrin gəlirlərində mühüm rol oynayır. Məhz buna görə də ərzaq təhlükəsizliyi
sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsində qadınların
sağlamlığı, təhsili və məşğulluğu ilə bağlı olan məsələlər başlıca amillərdən birinə
çevrilir.
Ə
n yoxsul ölkələrdə aclıq çox hallarda ərzaq qıtlığı ilə deyil, onu əldə
etməyin qeyri-mümkünlüyü ilə əlaqədardır. Bu cür vəziyyət mürəkkəb amillərin
qarşılıqlı təsirinin nəticəsidir. Aztəminatlı şəxslərin qida məhsullarını almaq
imkanından məhrum olması ilə yanaşı, kənd təsərrüfatı və ərzaq mallarının bir çox
növləri gömrük tariflərinin yüksək olması, yaxud infrastruktur və nəqliyyat
sistemlərinin yoxluğu ucbatından ölkələr arasında mübadilə edilə bilmir. Əmlak
hüquqlarının dəqiq müəyyən olunmaması onları torpaqdan kreditlərin təminatı
kimi istifadə etmək imkanından (xırda fermer təsərrüfatının bu kreditlərə ehtiyacı
var) məhrum etdiyinə görə çətinliklə dolanan kəndlilər natural təsərrüfat
hüdudlarından kənara çıxa bilmir. Ərzaq təhlükəsizliyi sistemi lazımi səviyyədə
təşkil etmədiyinə görə ölkələrin bir çoxu mallarının artıq qalan hissəsini sata
bilmir. Meşələrin qırılması, göl və çayların çirklənməsi, əkin sahələrinin
58
amansızcasına istismarı əhalinin sürətli artımı şəraitində torpağın məhsuldarlığını
azaldır, onun üzərinə düşən yükü ağırlaşdırır.
Dostları ilə paylaş: |