Microsoft Word mirzaliyeva gunel docx



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#45652
1   ...   16   17   18   19   20   21   22   23   24
mirzaliyeva gunel (2)

 

2.3. Dünyanın ərzaq bazarının inkişaf istiqamətləri. 

 

Müasir  dövrdə  əhalinin  ərzaqla  təminatı  bəşəriyyətin  ən  qlobal  problemlə-



rindən biridir.  Problemin  həllində taxılçılıq təsərrüfatı əsas  yerlərdən  birini tutur. 

Bu  təsərrüfat  aqrar-sənaye  kompleksinin  digər  sektorları  üçün  sistem  yaradan, 

ə

laqələndirici rolunu oynayır.  



Taxıl  istehsalının  vəziyyəti  və  taxıl  bazarında  mövqeyi  dünya  təcrübəsində 

beynəlxalq  miqyasda  ayrı  -  ayrı  ölkələrin  ərzaq  təhlükəsizliyinin  əsas  göstəricisi 

kimi qəbul edilir.  

Taxıl  istehsalının  ölkə  üçün  sosial  -  iqtisadi  əhəmiyyəti  nöqteyi-nəzərindən, 

ə

halinin  çörək  və  çörək  məmulatı  ilə  etibarlı  təminatı,  gündəlik  istehlak  məhsu-



lunda  əvəzolunmayan  məhsul  kimi  əhəmiyyət  kəsb  etməsi,  ərzaq  məhsulu  olan 

taxılı  bir  daha  ön  plana  çəkir.  Taxıl  və  onun  emal  məhsulları  mənşə  etibarı  ilə 

insanın həyat fəaliyyətinin əsasını təşkil edir.  

Taxıl istehsalı bütün dövrlərdə diqqət mərkəzində olmuş və dövlətlərin iqtisa-

di siyasətinin ana xəttini təşkil etmişdir.  

Bununla  yanaşı,  bitkiçilik  məhsulları  olan  tərəvəzin,  meyvənin,  kartof  və 

bostan bitkilərinin, heyvandarlıq məhsullarından - ət, süd və ət - süd məhsullarının 

rolu  xüsusi  əhəmiyyət  kəsb  edir  və  insanların  yaşayış  kalorisinin  forma-

laşdırılmasında iştirak edir, onların həyat fəaliyyətini təmin edir.  

İ

nsanların ərzaq məhsullarına olan tələbatı onların yaşı, peşəsi, əmək şəraiti, 



milli xüsusiyyətləri, yaşadığı məkan və digər şərtləndirici amillər nəzərə alınmaqla 

müəyyənləşdirilir.  

İ

nsanların  varlığını  kənd  təsərrüfatı,  onun  ayrılmaz  sahəsi  olan  bitkiçilik, 



heyvandarlıq  və  emal  məhsulları  olmadan  təsəvvür  etmək  mümkün  deyildir.  Hər 

üç sahə ərzaq təhlükəsizliyinin özülü, məhək daşıdır. Bu sahələr insanları aclıq və 




59 

 

səfalətdən qoruyur, ölümdən xilas edir.  



Təkmilləşdirilmiş  metodika  və  rəqəmlər  bazası  üzərində  iki  onillik  araşdır-

malar nəticəsində aclıqdan xroniki əziyyət çəkən insanların sayı BMT - nin Ərzaq 

və  Kənd  Təsərrüfatı  Təşkilatının  (FAO),  Kənd  Təsərrüfatının  İnkişafı  üzrə  Bey-

nəlxalq  Fond  (İFAD)  və  Beynəlxalq  Ərzaq  Proqramı  (BƏP)  tərəfindən  dəqiq-

ləşdirilərək  müəyyən  edilmişdir  ki,  hazırda  dünyada  bu  insanların  sayı  təxminən 

870 milyondur.  

Aclıqdan xroniki əziyyət çəkən insanların əksəriyyəti, yəni 852 milyon nəfəri, 

orta hesabla bu ölkələrdə yaşayan insanların 15 faizi əsasən inkişaf etməkdə olan 

ölkələrin, 18 milyon nəfəri isə inkişaf etmiş ölkələrin payına düşür. [1] 

1990 - 2012 - ci illər ərzində aclıqdan əziyyət çəkən insanların sayı 132 milyon 

nəfər,  eyni  zamanda  dünya  əhalisinin  18,6  faizindən  12,5  faizinədək,  inkişafda 

olan  ölkələrdə  isə  23,2  faizdən  14,9  faiz  miqdarında  azalmışdır  ki,  bu  da  əgər 

effektiv tədbir görülərsə Minilliyin inkişaf məqsədlərinə çatmağa imkan verər. [1] 

1990 - 2007 - ci illər ərzində aclıqdan əziyyət çəkən insanların sayının azalma 

ehtimalı gözlənildiyindən daha aşağı olmuşdur. Lakin 2007 - 2008 - ci illərdə aclı-

ğ

ın azalmama prosesinin tempi aşağı düşmüşdür. [1] 



Müasir  dünyanın  texniki  və  iqtisadi  göstəriciləri  deməyə  əsas  verir  ki,  100 

milyondan artıq 5 yaşına qədər uşaqların çəkisinin qeyri-normal olması və bununla 

öz  insani  və  iqtisadi  potensialını  yerinə  yetirmək  iqtidarında  olmaması  və  bu 

xroniki  aclığın  nəticəsi  olaraq  ildə  2,5  milyon  uşağın  həyatını  dəyişməsi 

yolverilməzdir.  

Bir  az  əvvəlki  dünya  maliyyə  böhranının  aradan  qaldırılmasına  imkan  verə 

biləcək dünya iqtisadiyyatının tarazlığı qeyri-stabildir. İnsanların əsas hüququ olan 

layiqli  qidalanma  hüququnun  həyata  keçirilməsi  üçün  əlavə  tədbirlər  həyata 

keçiriməlidir. Dünyada aclıq və doymamazlıq kimi fəsadların aradan qaldırılması 

üçün  kifayət  qədər  bilik,  təcrübə  və  vəsait  mövcuddur.  Kənd  təsərrüfatı  da  daxil 

olmaqla, sosial müdafıə sistemini tətbiq etməklə ümumi iqtisadi artıma əsaslanan 

"ikili yanaşma" vacibdir. Yeni qiymətləndirməyə əsasən 2007 - ci ildən 2010 - cu 

ilədək aclığın artması nəzərdə tutulduğundan bir qədər az olmuşdur. 2008 – 2009 - 



60 

 

cu  illərin  iqtisadi  böhranı  əksər  inkişaf  etmiş  ölkələrdə,  əvvəlcədən 



proqnozlaşdırılmasına  baxmayaraq  iqtisadiyyatın  surətlə  aşağı  düşməsinə  səbəb 

olmamışdır. Lakin daxili bazarda ərzaq məhsullarının qiymətlərinə bir qədər təsir 

göstərmiş, bu isə əksər ölkələrin hökumətləri tərəfindən əhalinin qiymət artımından 

ə

ziyyət  çəkməməsi  üçün  iqtisadi  təsir  minimuma  endirilmiş  və  müvafiq  tədbirlər 



görülmüşdür.  

Bu gün aclıqdan əziyyət çəkənlər haqqında məlumatın verilməsinə hələ 1990 - 

cı  ildən  başlanılmışdır.  Yeni  metodika  üzrə  hesablamada  əhalinin  əsaslandırılmış 

sayı,  lazım  olan  yaşayış  kalorisinin  qəbul  edilməsi,  təklif  edilən  ərzaq  və  s. 

göstərilmişdir. Yeni hesablamada rasionun enerji tutumu nəzərə alınmaqla ərzağın 

bölüşdürülməsi aparılmışdır.  

Ə

KTT tərəfindən qida rasionunun qiymətləndirilməsi və ərzaq təhlükəsizliyi-



nin digər aspektləri nəzərə alınmaqla müvafiq hesablamalar aparılmışdır.  

Ümumi  nəzəriyyə  sistemi  müddəaları  nöqteyi  -  nəzərindən  ümummilli  iqti-

sadiyyat sistem kimi bir sıra alt sistemlərdən ibarətdir. Aqro - ərzaq iqtisadiyyatı 

bunlardan  biridir,  bura  iki  alt  sistem  daxildir:  kənd  təsərrüfatı  məhsullarının 

istehsalı  (kənd  təsərrüfatı)  və  emalı  (qida  və  emal  sənayesi).  Öz  fəaliyyət  sfera-

sında o digər alt sistemlərlə (maliyyə, maşınqayırma, kimya, nəqliyyat, energetika) 

inteqrasiya vasitəsilə onların elementlərinin (məhsullar və xidmətlər) bir hissəsi ilə 

bağlıdır.  

Aqro-ərzaq  iqtisadiyyatının  əsas  məqsədi  əhalinin,  onun  keyfiyyətinə  və 

strukturuna  görə  müxtəlif  qruplarının  tələbatına  müvafiq  olan  təbii  ərzaq  məh-

sulları  ilə  təmin  edilməsidir.  İqtisadiyyatın  izah  edilməsilə  əlaqədar  olaraq  bu 

proses yeni bazar münasibətləri əsasında həyata keçirilir.  

Qeyd  etmək  lazımdır  ki,  istehsalın  sürətli  inkişafından  irəli  gələn  planlı-

paylaşdırıcı  sistemdən  fərqli  olaraq  iqtisadi  münasibətlərin  tənzimləyicisi  kimi 

bazar  istehsalçı-istehlakçı  münasibətlərində  istehlakçıların  maraqları  əhəmiyyətli 

dərəcədə nəzərə alınır.  

Bazar  -  ümummilli  iqtisadiyyatda  iqtisadi  münasibətlərin  formasıdır,  onun 

ə

sas  fərqləndirici  əlaməti  məhsulların  alınması  və  satışı  məqsədilə  məhsulların 




61 

 

(xidmətlərin) alıcıları ilə satıcılar arasındakı əlaqədir.  



Ə

dəbiyyatda  məlum  bazar  anlayışını  ümumiləşdirərək,  ona  aşağıdakı  tərifi 

vermək  olar:  aqro  -  ərzaq  bazarı  -  aqro  -  ərzaq  iqtisadiyyatında  iqtisadi  münasi-

bətlərin  formasıdır,  bu  formalar  çərçivəsində  tələbat,  təklif  əmtəə  və  xidmətlərə 

qiymətlər formalaşdırır. Aqro - ərzaq bazarının əsas məhsulu xammal, yem və qida 

məhsulları kimi kənd təsərrüfatı məhsullarının istehsalıdır.  

Bazar  münasibətlərinin  tənzimləmə  mexanizminə  aşağıdakı  məqamlar  təsir 

göstərir:  

-

 kənd təsərrüfatı məhsullarının və ərzağın orta qiymətlərinin, vəsait və  əmək 



xərclərinin formalaşmasını müəyyənləşdirən dəyər qanunu;  

-

  bazar subyektləri arasında mübadilənin effektliyini, pul və məhsul axınının  



nisbətini müəyyənləşdirən tələbat və təklif qanunu;  

-

 konyunktura - tələbat və təklifin, qiymətlərin səviyyəsi, əmtəə ehtiyatları və 



s. nisbətilə səciyyələnən bazarda iqtisadi vəziyyət;  

-

 rəqabət  -  ayrı-ayrı  məhsul  istehsalçıları  və  ya  əmtəələrin  (xidmətlərin) 



təchizatçıları  arasında  satışın,  kapitalın  daha  gəlirli  bazar  seqmentlərinə  axını 

vasitəsilə  istehsal  proseslərinin  təbii  nizamlanması  mexanizmi.  Daha  əlverişli 

şə

rait  uğrunda  iqtisadi  rəqabət,  nəticədə  borcunu  ödəyə  bilməyən  müəssisələri 



müflisləşdirir və bankrota düçar edirlər.  

Bazar münasibətlərinin tənzimlənməsinin effektliyinə aşağıdakı amillər neqa-

tiv təsir göstərə bilər:  

• inhisar (monopoliya) - bir və ya bir sıra müəssisələr tərəfindən nəzarət edilən 

bazar  formasıdır;  adətən,  iri  firmalar,  şirkətlər  və  onların  birlikləri  öz  əllərində 

məhsulun  satışını  və  istehsalını  cəmləşdirirlər,  bu  da  onlara  inhisar  qiymətlərini 

müəyyənləşdirməyə və daha çox gəlir əldə etməyə imkan verir;  

•  kölgə  iqtisadiyyatı  -  dövlət  tərəfindən  tənzimlənməyən  məhsulların  (kənd 

təsərrüfatı  məhsullarının,  ərzağın,  maddi-texniki  ehtiyatların  və  s.)  istehsalı, 

paylaşdırılması və istehlakı. 

İ

ngilis iqtisadçısı A. Smit hesab edirdi ki, bazar iqtisadiyyatı bir sistem kimi 



obyektiv  inkişaf  qanunlarına  tab  edir  və  təsərrüfatçılıq  subyektlərinin  müxtəlif 


62 

 

maraqlarının  yüksək  dərəcəli  özünütənzimləmə  və  özününizamlanmaya  qadirdir 



("görünməyən əl" prinsipi). Bir çox iqtisadçılar bu konsepsiyanın tərəfdarıdır və o, 

XX əsrin 30 - cu illərinədək üstünlük təşkil etmişdir. 20 - ci illərin sonlarından 30 - 

cu  illərin  əvvəllərinədək  dünya  iqtisadiyyatını  bürümüş  tənəzzül  iqtisadiyyatın 

özününizamlama  nəzəriyyəsini  məhv  etmişdir.  Bu  nəzəriyyəyə  zidd  olaraq  bazar 

iqtisadiyyatı  təkcə  "özünü  tənzimləmirdi",  əksinə,  məhvedici  meylləri  daha  da 

gücləndirirdi.  

XX  əsrin  30-cu  illərində  C.M.Keynsin  bazar  mexanizminə  dövlətin  müdaxilə 

etməsinin  zəruriliyini  və  tələbatın  tənzimlənməsində,  investisiya  proseslərində, 

kredit  siyasətinin  həyata  keçirilməsində  və  əhalinin  məşğulluğunda  əhəmiyyətini 

ə

saslandıran  nəzəriyyəsi  yaranmışdır.  Bu  nəzəriyyənin  praktiki  olaraq  həyata 



keçirilməsi  prosesində  müxtəlif  ölkələrdə  iqtisadiyyatın  dövlət  tərəfindən 

tənzimlənməsinin  iki  üsulu  (mərkəzləşdirilmiş  (qanunverici)  -  hamı  üçün  mütləq 

və  mərkəzləşdirilməmiş  (vasitəli)  -  qiymətlərə,  ticarət  qaydalarına,  gəlirlərin, 

vergilərin və s. təsiri) yaranmışdır.  

Bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi üsulları sabitdir, lakin 

bazarda  yaranan  vəziyyətdən  asılı  olaraq  dəyişə  bilər.  Bununla  yanaşı,  həyata 

keçirilən tədbirlər aqro - ərzaq iqtisadiyyatının optimal inkişafını təmin etməlidir. 

Real  şəraitdə  aqro-ərzaq  iqtisadiyyatının  optimallaşdırılması  üzrə  qərarlar  qəbul 

edən  şəxslər  bazar  subyektləri  arasında  mövcud  olan  bütün  əlaqələri  izləyib  və 

həyata keçirmək iqtidarında deyillər. Buna görə də idarə edənlərin sayını artırmaq 

lazımdır,  bu  da  rasional  deyil,  ya  da  subyektlər  arasında  idarəedilən  əlaqələrin 

sayını  azaltmaq  mümkündür,  bu  da  nəticədə  idarəedilən  sistemi  xaosa  gətirib 

çıxaracaq  (sırf  liberal  iqtisadiyyat).  Ona  görə  də  optimallaşdırma  prosesində  bir 

tərəfdən bazar qanunlarının daha effektiv təsiri təmin edilməli, digər tərəfdən onun 

inkişafına  neqativ  faktorların  təsirini  minimuma  endirə  biləcək  əlaqələr  seçilib 

tənzimlənməlidir.  

Aqro - ərzaq iqtisadiyyatının əsas dayağı kənd təsərrüfatıdır. Keçən əsrin 90-cı 

illəri  ərzində  ÜDM  -  də  onun  payının  aşağı  düşməsinə,  qida  və  emal  sənayesi 

sahələrində daha sürətli templərlə azalmasına baxmayaraq o,  ölkə iqtisadiyyatının 



63 

 

ə



n iri sahəsi olaraq qalmışdır.  

Kənd təsərrüfatı məhsullarının (xammalın) və ərzaq məhsullarının istehsalı çox 

mürəkkəb sistemdir,  onun  vəziyyəti  və  inkişafı  bir  çox xarici və  daxili xarakterli 

faktorların kompleks təsirindən asılıdır. Hal-hazırda o, ölkə əhalisini yetərincə tam 

dəyərli  qida  məhsulları  ilə  təmin  edilməsi  kimi  öz  əsas  funksiyalarını  istənilən 

səviyyədə  yerinə  yetirmir.  Bu  məqsədə  nail  olunması  birbaşa  dövlətin  aqrar 

siyasətinin əsasını təşkil edir. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin