79
3.3. Dünyanın ərzaq təhlükəsizliyi və onun möhkəmləndirilməsi
yolları.
Müasir dövrdə ərzaq təhlükəsizliyi qlobal səciyyə daşımaqla, müxtəlif sosial,
iqtisadi, siyasi, texnoloji, bioloji, coğrafi, tarixi, etnik və həmçinin mənəvi kökə
malik olan amillərin təsiri altında formalaşır. Bu mənada, onun tam və hərtərəfli
öyrənilməsi bir neçə elm sahəsinin öhdəsinə düşür. Təhlillər göstərir ki, nəzəri-
iqtisadi baxımdan ərzaq təhlükəsizliyi - qida məhsullarının istehsalı, daşınması,
emalı, bölgüsü və istehlakını özündə əks etdirən münasibətlər sistemini əhatə edir.
Bu problemin nəzəri həllində ərzağın həcmi ilə əhalinin sayı arasındakı nisbət, hər
nəfər hesabı ilə qida məhsulları istehlakının orta norması, tərkibi, yeyinti məhsulu
kimi qiymətləndirilməsi, yoxsulluq həddi, ərzaqla təmin olunma səviyyəsi və digər
məsələlər müəyyən edilir. Bu əsas kriteriyalardan əlavə olaraq, ərzaq təhlükəsizliyi
anlayışına ərzaq məhsullarının kalorilik səviyyəsi, keyfiyyəti, görünüşü və digər
amillər də daxildir. Ərzaq probleminin bu cür sosial-iqtisadi təbiətə malik olması
onu göstərir ki, qeyd olunan məsələ kənd təsərrüfatı və ərzaq məhsullarının
istehsalına nisbətən daha geniş məna daşıyır. Ümumiyyətlə, ərzaq probleminin
qlobal səviyyədə həlli – müxtəlif ölkələrin qarşılaşdıqları bir çox sosial-iqtisadi
problemlər ilə bağlıdır. Buraya sənayeləşmə və urbanizasiya proseslərinin
güclənməsi, kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətlərinin təyinat və
ölçülərinin dəyişməsi, ekoloji təmiz ərzaq məhsullarının həcminin azalması və
digər taleyüklü, həmçinin ciddi narahatlıq doğuran məsələləri aid etmək olar. Eyni
zamanda, qlobal ərzaq probleminin yaranmasında təbii ehtiyatların mövcudluğu,
iqtisadi inkişaf səviyyəsi, yığımın artım sürəti, kənd təsərrüfatının texnika ilə
silahlanma səviyyəsi, qabaqcıl istehsal üsullarından istifadə edilməsi, kənd
ə
halisinin məşğulluq və təhsil səviyyəsi, aqrar - ərzaq kompleksində dövlətin
tənzimləyici rolu, demokratik idarəçilik formalarının mövcudluğu kimi bu və digər
amillər həlledici rola malikdir.
80
Qloballaşan dünyanın müasir vəziyyətinə narahatlıq gətirən çoxsaylı mənfi
amillər mövcuddur. Məsələn, qlobal iqlim dəyişikliyi, ərzaq ehtiyatlarının
azalması, müxtəlif növ təhlükəli yoluxucu xəstəliklərin meydana gəlməsi; ekoloji
mühitin pisləşməsi ilə bağlı ərzaq məhsullarının keyfiyyətinin pisləşməsi, onların
qiymətinin kəskin artması və digərlərini göstərmək mümkündür. Belə bir
vəziyyətdə hər bir ölkə bu məsələyə diqqətlə yanaşmalı və öz əhalisınin keyfiyyətli
ə
rzaq məhsulları ilə təminatı məsələlərini həll etməlidir. Statistik təhlillər göstərir
ki, bu gün dünya üzrə bütün ərzağın təxminən 1/3 hissəsi, yer kürəsi əhalisinin
75% - ni əhatə edən inkişaf etməkdə olan ölkələrdə istehsal edilir. Həmin ölkələrin
dünya ərzaq ixracında payı 32% - ə, idxalında payı isə 26% - ə bərabərdir.
İ
qtisadçılar bu ölkələrdə ərzaq istehlakının aşağı səviyyədə olmasını, onlarda
mövcud iqtisadi inkişaf və adambaşına gəlir səviyyəsinin yetərli olmaması ilə
ə
laqələndirirlər. Lakin, iqtisadi artım səviyyəsi yüksəldikcə, həmin ölkələrin
beynəlxalq ərzaq bazarındakı rolu daha da artmağa başlamışdır. Bununla yanaşı,
iqtisadi cəhətdən inkişaf etmiş ölkələr tərəfindən həyata keçirilən milli ərzaq
siyasətinin əsas prioritetlərindən birini daha çox xarici iqtisadi maraqların təmin
olunması təşkil edir. [34]
Qlobal səviyyədə ərzaq məhsullarının axın istiqamətlərini, onların məzmunu
və dinamikasını xarakterizə edərkən, beynəlxalq ərzaq şirkətlərinin həlledici rolunu
da nəzərə almaq lazımdır. Çünki, emal olunmuş ərzağın əsas hissəsi, dünya
bazarına çıxarılan kənd təsərrüfatı məhsullarının böyük hissəsi beynəlxalq ərzaq
ş
irkətləri çərçivəsində və ya onların birbaşa texnoloji, maliyyə, təşkilati və digər
təsirlər altında istehsal edilir. Bu qurumlar müxtəlif ölkələrdə ərzaq sistemlərinin
səmərəli və məqsədyönlü artımının əsas daşıyıcıları və stimullaşdırıcısı olmaqla
yanaşı, həm də virtual beynəlxalq bazar məkanının formalaşmasına da böyük təsir
göstərirlər.
Müşahidələr göstərir ki, qloballaşma şəraitində ərzaq problemi təkcə kənd
təsərrüfatı çərçivəsində həll olunan məsələ deyildir. Aqrar sahənin ərzaq
təminatında payı, ölkənin texnoloji baxımından hansı inkişaf səviyyəsində olma-
ğ
ından çox asılıdır. Ərzaq bazarının vəziyyəti isə öz növbəsində aqrar bölmənin
81
fəaliyyət ahəngdarlığına, mühüm təsir imkanlarına malikdir. Ərzaq bazarının
fəaliyyətini xarakterizə edən göstəricilər, xüsusən də qiymətlər, istehlak səbətinin
dəyəri, fermerlərin gəlirləri kimi göstəricilər - aqrar - ərzaq kompleksinin müəyyən
zaman kəsiyində hansı prioritetlər əsasında həyata keçirilməsindən asılı olaraq
formalaşır.
İ
qtisadi ədəbiyyatda bəzən ərzaq təminatı baxımından aqrar sahənin inkişafı
imkanlarından danışarkən, bir çox hallarda istehlakçının rolu ikinci plana keçir.
Zənnimizcə, aqrar sahə və ərzaq bazarı nəticə etibarı ilə, istehlakçı üçün işlədiyinə
görə belə yanaşma arzu olunmazdır. Əlbəttə, müxtəlif iqtisadi - texnoloji
sistemlərdə istehlakçıların prioritet kimi qəbul edilməsi həmin sistemlər üçün
xoşagəlməz nəticələrə də səbəb ola bilər. Ərzaq bazarı və aqrar bölmə üçün bu
səciyyəvidir. İstehlakçının üstünlüyü ərzaq bazarında aparıcı olsa da, yeganə amil
deyildir. Məsələ orasındadır ki, müasiri olduğumuz ən sivil səviyyədə belə
istehlakçı düşüncəsinin yedəyində getmək, onu qeyri-şərtsiz səmərəli hesab etmək
zənnimizcə heç də məqsədəuyğun deyildir.
Bazar iqtisadiyyatı şəraitində aqrar - ərzaq münasibətlərinin tənzimlənməsi
kifayət qədər çoxaspektli xarakter daşıyır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi
aspektindən yanaşdıqda, bu münasibətlərin dövlət tənzimlənməsi ilk növbədə kənd
təsərrüfatı əmtəə istehsalçılarına dövlət dəstəyinin reallaşdırılması ilə xarakterizə
edilir. Bu proses inkişaf etmiş ölkələrin təcrübəsində özünü daha uğurla
reallaşdırmaqdadır. Məsələn, Almaniya, Kanada və Fransada dövlət büdcəsindən
kənd təsərrüfatı məhsullarının istehsalına çəkilən xərclər təxminən 42 - 52%
nisbətlərində dəyişir. Skandinaviya ölkələrində isə bu göstərici 60 - 80%-ə qədər
tərəddüd edir. Postsovet respublikalarında bütövlükdə götürdükdə, kənd
təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi ilə bağlı sərf edilən məsrəflər
bütövlükdə dövlət büdcəsinin təxminən 1,4% - ə qədərini təşkil edir. [34]
Qeyd etmək lazımdır ki, Avropa Birliyinə daxil olan ölkələrdə ərzaq
təhlükəsizliyinin təmin edilməsi aspektindən kənd təsərrüfatı əmtəə istehsalçılarına
göstərilən dövlət yardımları həm də dövlət tərəfindən məhsulların tədarükü sistemi
ilə də kifayət qədər tamamlanır. (Tarixin təcrübəsindən göründüyü kimi, keçmiş
82
Sovet İttifaqına daxil olan ölkələrdə mərkəzləşdirilmiş iqtisadi münasibətlər
sisteminin mühüm tərkib hissəsi kimi dövlət tədarükü sistemindən kifayət qədər
geniş şəkildə istifadə edilirdi və bütün bunlar ilk növbədə kənd təsərrüfatı
müəssisələrinin məhsul satışı probleminin effektiv şəkildə həllinə xidmət edirdi.
Bundan əlavə, Qərbi Avropa ölkələrində də ərzaq məhsullarının idxal və ixracı ilə
bağlı proseslərin tənzimlənməsi həyata keçirilir. Eləcə də, əsas növ ərzaq
məhsullarının istehsalı ilə bağlı kvotalar müəyyənləşdirilir və təminatlı qiymətlər
tətbiq edilir. Eyni zamanda, ərzaq məhsullarının qiymətlərinin sabitləşdirilməsi,
eləcə də kənd təsərrüfatı məhsullarının emalı və reallaşdırılması sisteminin yenidən
qurulması ilə bağlı tədbirlər subsidiyalaşdırılır. Təhlillər göstərir ki, inkişaf etmiş
ölkələrdə infrastruktur sisteminə yardım göstərilməsinə istiqamətlənmiş tədbirlər -
dövlət yardımının mühüm tərkib hissəsi kimi xarakterizə edilir. Bundan əlavə,
aqrar münasibətlərin dövlət tənzimlənməsinin sosial aspektləri də kifayət qədər
geniş şəkildə təzahür edir. Belə ki, kənd yerlərinin inkişaf etdirilməsi, ətraf
mühütün qorunması, eləcə də əmtəə istehsalçılarının gəlirlərinin artırılması və
regionların sosial iqtisadi inkşafı dövlətin sərəncamında olan məsələlərdən biri
hesab
edilir.
Fikrimizcə, Azərbaycan Respublikası aqrar sahəyə dair hüquqi-normativ bazasını
modernləşdirməklə, milli istehsal səviyyəsini həm keyfiyyətcə, həm də kəmiyyətcə
yüksəldərək dünya bazarında həmin boşluğu doldurmaq imkanı qazana bilər.
Müasir dünya artıq ekoloji təmiz ərzaq, kənd təsərrüfatı məhsullarının vacibliyini
yəqin etmişdir və belə məhsulların istehlakına üstünlüyü davamlı olaraq
artırmaqdadır. Bu baxımdan, ölkəmizdə də milli istehsal beynəlxalq standartların
tələblərinə uyğunlaşdırılaraq qlobal bazarın bu seqmentində geniş yer ala bilər.
Hüquqi-normativ bazanın modernləşdirilməsi həm də mövcud xammal
potensialından daha səmərəli istifadəni şərtləndirir ki, bu da öz növbəsində aqrar
sahənin ümumi inkişafı üçün geniş imkanlar yaradır. Qanunvericilik bazasının
inkişaf etmiş dünya ölkələrinin təcrübəsinə uyğunlaşdırılması kimi məsələlər
ölkəmizin ərzaq təhlükəsizliyi məsələsinin etibarlı həlli üçün də olduqca önəmlidir.
[34]
83
Yuxarıda vurğulandığı kimi, ərzaq təhlükəsizliyinin əsas məqsədi - ölkə
ə
halisini kənd təsərrüfatı məhsulları, xammal və ərzaqla davamlı olaraq etibarlı
təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün daxili istehlak bazarında həyat
və sağlamlıq üçün təhlükəsiz ərzaq məhsullarının yetərincə fiziki mövcudluğu
təmin edilməlidir. Əhali isə həmin ərzağı əldə etmək imkanına malik olmalıdır.
Ə
rzaq təhlükəsizliyinin təmin edilməsi üçün qısa və orta müddətli keçici
tədbirlərin səmərəli tətbiqi də çox zəruridir. Bu isə fikrimizcə əsasən özəl sektorun
və sahibkarlığın inkişafı ilə təmin olunmalı və aşağıdakı istiqamətləri əhatə
etməlidir:
- ərzaq məhsulları istehsalçılarının, anoloji məhsulların idxalından müdafiəsi;
- müəssisələr arasında qarşılıqlı borcların restruktrizasiyası;
- istehlakçıların müdafiəsinin gücləndirilməsi;
- ərzaq təhlükəsizliyi sahəsində müvafiq məlumat sisteminin yaradılması yolu
ilə fövqəladə vəziyyətə hazırlıqla bağlı əlavə tədbirlərin həyata keçirilməsi və s.
Fikrimizcə, ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin başlıca
məqsədi Azərbaycanın kənd təsərrüfatının gəlirliyini və rəqabət qabiliyyətinin
artırılmasını, eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmasını
nəzərdə tutmalıdır. Ərzaq təhlükəsizliyi əsasən ölkədə kənd təsərrüfatının inkişafı
və ərzaq istehsalı vəziyyətinin yaxşılaşdırılması hesabına təmin edilməlidir.
Məlumdur ki, hər bir ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması - çoxsaylı
təbii - texnogen, texnoloji, aqroekoloji, sosial - iqtisadi, siyasi və digər risklərlə
bağlıdır. Bu baxımdan, müasir şəraitdə aqrar sahənin mövcud potensialı keyfiyyətli
və ekoloji təmiz məhsul sahəsində məhsuldarlığın yüksəldilməsinə, əkinə yararlı
istifadəsiz torpaqların bərpasına, heyvandarlığın və onun yem bazasının inkişafına,
lazımi dövlət dəstəyinin göstərilməsinə, kənddə sosial proqramların həyata
keçirilməsinə və digər anoloji tədbirlərin aparılmasına yönəldilməlidir. [34]
Hazırda qloballaşan dünyanın ərzaq bazarında ekoloji təmiz, keyfiyyətli kənd
təsərrüfatı və ərzaq məhsullarına ciddi ehtiyac duyulur. Ümumiyyətlə, ekoloji
təmiz kənd təsərrüfatı dedikdə, təkcə təbii yolla alınmış, təmiz məhsulların
istehsalı başa düşülməməlidir. Bu zaman ətraf mühitin, torpağın münbitliyinin təbii
84
yolla qorunması, təbiətdəki xeyirli mikroorqanizmlərin, flora və faunanın
mühafizəsi kimi məsələlərin də diqqətdə olması çox vacibdir. Kimyəvi-sintetik
maddələr tətbiq etmədən bitkiçilik məhsulları istehsal etmək, yaxud safqanlı
heyvanlar yetişdirməklə yanaşı, həm də insanların təbiətə ögey münasibətinin
dəyişməsi də mühümdür. Bununla yanaşı, məhsulların təhlükəsizliyinin
təminatında bütün mərhələlər istehsal, saxlanılma, nəql olunma, emal, realizə və
idxal əməliyyatları üzrə də texniki reqlamentin tələblərinə uyğun tədbirlərin
görülməsi vacibdir.
Ekoloji təmiz məhsullar- tərkibində zərərli maddələrin miqdarı adi məhsullara
nisbətən dəfələrlə az olan, normativlərə uyğun məhsullar hesab olunur. Ekoloji
təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı
təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan
məhsulları da ekoloji təmiz hesab etmək olar. Eko, bio, orqanik terminləri eyni
prosesi ifadə edən müxtəlif anlayışlardır. Məsələn, Avropada qəbul edilmiş ekoloji
(bioloji və ya üzvi) kənd təsərrüfatı dedikdə, istehsal standartları əsasında yetiş-
dirilmiş, yığılmış, emal edilmiş və qablaşdırılmış məhsullar nəzərdə tutulur. İngi-
lislər bunu organic, almanlar və fransızlar bio, hollandlar isə eco adlandırırlar.
Orqanik məhsullar dedikdə - Avropa komissiyasının bu tipli məhsullara olan
tələbləri əsasında sertifikatlaşdırılmış, təbii saxlama müddətinə malik, geni
modifikasiya edilmiş komponentlərin, pestisidlərin, mineral gübrələrin,
antibiotiklərin, boy hormonlarının, müxtəlif konservantların, antioksidantların,
aromatizatorların, stabilizatorların, rənglərin, tamvericilərin və süni mənşəyə malik
digər qatqıların tamamilə olmadığı təbii, ekoloji təmiz qida məhsulları başa
düşülür. Malların ekoloji təmiz olması onların etiketlərinə vurulan nişanlar ilə qeyd
edilir. Müşahidələr göstərir ki, bu gün dünyada ekoloji təmiz qida məhsulları
istehsalı imkanları baxımından bir sıra ölkələr daha böyük potensiala malikdir.
Ekoloji təmiz qida məhsulları istehsal edən təsərrüfatların sayı Avropa, Asiya,
Afrika və Latın Amerikası ölkələrində böyük sürətlə artır. Məsələn, dünya üzrə
ekoloji təmiz qida məhsulları istehlakının 70 faizi isə Şimali Amerika və Avropa
ölkələrinin payına düşür.
85
Qeyd etmək lazımdır ki, sağlamlığın təmin olunması üçün insanların istifadə
etdiyi ərzaq məhsulları standartlara cavab verməli və həyat üçün təhlükəsiz
olmalıdır. Məsələn, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanununa görə hər bir istehlakçı istifadə etdiyi məhsulların
keyfiyyət tərkibi haqqında məlumat almaq hüququna malikdir. Lakin təəssüflər
olsun ki, ərzaq bazarında məhsulların keyfiyyət xüsusiyyətləri haqqında onlar tam
lazımi məlumat verilmir. Ekoloji təmiz ərzaq məhsullarının istehsalı və əhalinin
onlarla təmin edilməsi baxımindan ölkəmizin mövcud imkanları və potensial
ehtiyatları böyükdür. Onlardan daha səmərəli və məqsədyönlü istifadə edilməsi isə
dövrümüzün tələbidir. Son illərdə bu istiqamətdə normativ-hüquqi baza yaradılmış,
müəyyən tədbirlər görülməyə başlanmışdır. Məsələn, ölkə Prezidentinin 13 iyun
2008 - ci il tarixli Sərəncamı ilə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”
Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun ölkəmizdə
ə
halinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini
təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və
dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Eyni zamanda, bu qanunda nəzərdə
tutulmuş ekoloji təmiz kənd təsərrüfatı, ərzaq məhsullarının istehsal qaydaları,
ekoloji təmiz kənd təsərrüfatında istifadəsinə icazə verilən təbii və qeyri-təbii
vasitələrin siyahısı, bu subyektlərə verilən sənədin formasını və verilməsi qaydası
nəzərdə tutulmuş ekoloji müşahidə və sertifikatlaşdırma qaydaları, akkreditasiya
orqanlarının funksiyaları, beynəlxalq standartların tələbləri nəzərə alınmaqla bu tip
məhsulların sertifikatlaşdırılması qaydaları, sertifikatların nümunəvi formaları,
ekoloji təmiz kənd təsərrüfatı, ərzaq məhsullarının dövriyyəsi, markalanması,
saxlanması və daşınması qaydalarının müəyyən edilərək lazımi tədbirlərin
görülməsi isə ölkə hökumətinə tapşırılmışdır. Digər qanunvericilik aktlarına da
onunla bağlı müəyyən dəyişikliklər edilmiş, yaranan problemlərin aradan
qaldırılması yolları aydın şəkildə göstərilmişdir. Məsələn, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində qeyd olunduğu kimi, “ekoloji təmiz
kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və ərzaq
məhsullarına, ekoloji təmiz kənd təsərrüfatı, ərzaq məhsullarının milli əmtəə
86
nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı, ərzaq məhsullarının
dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla
istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına,
etiketi üzərində istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların
törəmələrindən istifadə haqqında məlumatlar göstərilməyən ekoloji təmiz kənd
təsərrüfatı və ərzaq məhsullarının Azərbaycan Respublikasında satışa çıxarılmasına
görə - fiziki şəxslər əlli manat, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi
şə
xslər iki min manat miqdarında cərimə olunurlar”. Yaxud, hələ 1997 - ci
ildə qəbul edilmiş “Toxumçuluq haqqında” Qanunun “Toxumların idxalı və ixracı”
adlanan 27 - ci maddəsində qeyd edilmişdir ki, “...gen mühəndisliyi əsasında
alınmış bitki toxumlarının (genetik dəyişdirilmiş və ya genetik modifikasiya
edilmiş orqanizmlərin) Azərbaycan Respublikasına idxalına icazə verilmir”.
Göründüyü kimi, qanunvericiliklə transgen bitkilərdən və məhsullardan istifadə
qadağan olunur. Ümumdünya Ticarət Təşkilatına üzv olmaq niyyətimizlə əlaqədar
bu təşkilatın tələbi nəzərə alınaraq ölkəmizə idxal olunan ərzaq məhsullarının
etiketi üzərində transgen və ya genetik modifikasiya olunmuş orqanizmlərdən
(GMO) istifadə olunub olunmaması barədə məlumatlar olması tələb olunur. Lakin
bugünkü reallıq ondan ibarətdir ki, bu tələb tam yerinə yetirilmir. Belə ki, uzun
müddət keçməsinə baxmayaraq genetik modifikasiya olunmuş orqanizmləri aşkar
etmək üçün müvafiq laboratoriyalar hələ də səmərəli fəaliyyət göstərmirlər.
Bununla yanaşı, xarici ölkələrdən geni dəyişdirilmiş qarğıdalı, kartof və digər bitki
sortlarının toxumları gətirilərək əkilir və transgen məhsullar idxal olunur.
Fikrimizcə, insan sağlamlığını, torpağın münbitliyinin yaxşılaşmasını, ətraf
mühitin mühafizəsini, bioloji müxtəlifliyin qorunmasını təmin edən və istehsalına
tələbatın getdikcə artdığı ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi bu
günümüzün və gələcəyimizin tələbidir. Bu məsələnin həllində kənd təsərrüfatı
məhsulları istehsalçılarının üzərinə böyük məsuliyyət düşür və hesab edirik ki,
onlar ətraf mühitə zərər vurmadan kənd təsərrüfatı istehsalını artırmaq
gücündədirlər, bu işdə onlara dövlət tərəfindən lazımi köməklik göstərilməlidir. Bu
məsələ ilə bağlı biz aşağıdakı tədbirlərin də görülməsini təklif edirik: [34]
87
- ekoloji təmiz məhsulların istehsal həcmini artırmaq üçün kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatlara, ölkə vətəndaşlarını zərərsiz
ə
rzaqla təmin etdiklərinə görə, dövlət tərəfindən xüsusi güzəştlərin edilməsi
(məsələn, bir sıra Avropa ölkələrində (Almaniya, Hollandiya və s.) olduğu kimi);
- ekoloji təmiz məhsulların emal şəraitinin yüksək səviyyəli sanitariya-
gigiyena qaydalarına uyğun olması, gigiyena standartlarının norma və tələblərinin
yerinə yetirilməsi;
- buraxılan məhsulun ekoloji standartlara uyğunluğuna nəzarət üçün, ərzaq
məhsullarının istehsalı ilə məşğul olan kənd təsərrüfatı qurumlarına ekoloji
sertifikatın təqdim edilməsi;
- kənd təsərrüfatında tətbiqinə icazə verilən vasitələr istisna olmaqla sintetik
mineral gübrələrdən, pestisidlərdən, boy hormonlarından (stimulyatorlardan),
yeyinti məhsulları istehsalı prosesində istifadə edilən sintetik qida əlavələrindən,
anbarların və mal - qaranın saxlandığı binaların dezinfeksiyasında ekoloji təhlükə
mənbəyi yaradan kimyəvi vasitələrdən imtina edilməsi;
- ekoloji təmiz məhsulun mənbəyi kimi sertifikatlaşdırılmış toxumlardan və
ə
kin materiallarından ekoloji təmiz torpaqlarda istifadə olunması;
- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı prosesində
genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə
edilməsinə sərt qadağaların qoyulması;
- ekoloji cəhətdən təmiz ərzaq məhsullarının sağlamlıq üçün zəruri olduğu
barədə ictimaiyyət içərisində geniş təbliğai işlərinin aparılması və əhalinin bu
sahədə savadsızlığının aradan qaldırılması;
- təhlükəsiz və ekoloji təmiz ərzaq məhsullarının yaradılması istiqamətində
sağlam məhsullar istehsalının yeni elmtutumlu texnologiyasının işlənib
hazırlanması və bu yöndə aşağıdakılara xüsusi diqqətin göstərilməsi. Belə ki:
a) funksional profilaktiki, müalicəvi ərzaq məhsullarının texnologiyasının
işlənib hazırlanması;
b) yüksək keyfiyyətli və ekoloji təhlükəsiz ərzaq xammalı istehsalının təmin
olunması istiqamətində işlərin sürətləndirilməsi;
88
c) keyfiyyətli ərzaq xammalı və qida məhsullarının müasir saxlanılma və nəql
olunma texnologiyasının formalaşdırılması;
ç) ekoloji təhlükəsiz ərzaq məhsullarının, qalıqsız emal texnologiyası və
keyfiyyətinə nəzarət metodlarının işlənməsi;
d) dövlət səviyyəsində ekoloji təmiz ərzaq məhsullarından ibarət geniş
istehsal - ticarət şəbəkəsinin fəaliyyətinin təmin edilməsi;
e) ekoloji təmiz ərzaq məhsulları üçün yeni və mütərəqqi qablaşdırma
növlərinin hazırlanaraq tətbiq edilməsi;
ə
) müasir avadanlıq və cihazları əldə etməklə (hazırlamaqla), həm yerli, həm
də ölkəmizə idxal olunan ərzaq məhsullarının keyfiyyəti və təhlükəsizliyinin
monitorinqinin təmin edilməsi, bu istiqamətdə yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması və s. [34]
Cari yüzilliyin birinci yarısında dünya əhalisinin sayının çoxalaraq təqribən
9,0 milyard nəfərə çatacağı təqdirdə ərzaq məhsullarına, yemlərə və lifə qlobal
tələbat iki dəfə artacaq və kənd təsərrüfatı bitkiləri, yəqin ki daha yüksək dərəcədə
bioenerji və digər sənaye məqsədləri üçün istifadə ediləcək. Beləliklə, kənd
təsərrüfatı məhsullarına yeni və ənənəvi tələbat onsuz da zəif olan kənd təsərrüfatı
ehtiyatlarına getdikcə artan təsirini göstərir. Bununla bərabər, kənd təsərrüfatı
sahəsi torpaq və su uğrunda sürətlə böyüyən şəhərlərlə rəqabət aparması ilə yanaşı,
iqlim dəyişikliyinə adaptasiyası və onun nəticələrinin yumşalmasına təsiri, təbii
ə
razilərin qorunması, təhlükə altında olan növlərin mühafizəsi kimi istiqamətlərdə
fəaliyyət göstərməli olacaq. Qeyd olunanlara əlavə olaraq, ETT-nin təsiri
nəticəsində dünyanın bir çox regionlarında kənd yerlərində yaşayan əhalinin sayı
tədricən azalacaq və buna görə də kənd təsərrüfatı ilə məşğul olanların sayında da
ciddi dəyişiklik olacaqdır. Bu da öz növbəsində insanların az torpaq və işçi
qüvvəsindən istifadə etməklə daha çox kənd təsərrüfatı məhsullarının əldə
olunması üçün yeni texnologiyalara olan təlabatı yüksəldəcək.
Belə olan təqdirdə dövlət investisiyalarının prioritet sahələrini aşağıdakılar
təşkil edəcəkdir:
- kənd təsərrüfatında elmi tədqiqatlar və yeniliklər;
89
- irimiqyaslı infrastrukturun yaradılmasına, məsələn yollar, limanlar və elek-
trik stansiyalarının tikintisinə, kənd təsərrüfatı institutlarına və elmin yayılması
üzrə xidmətlərə qoyuluşlar;
- təhsil (əsasən qadınların təhsil alması), sanitariya, təmiz su ilə təmin edilmə,
səhiyyə və s. [34]
Lakin, 2000 - ci ildə elmi tədqiqatlara və yeniliklərə dövlət investisiyalarının
dünya həcmi cəmi 23 milyard ABŞ dolları təşkil etmişdir və qeyri - bərabər pay-
laşdırılmışdır. Kənd təsərrüfatına yönəldilmiş rəsmi yardım (İRY) 1980 - ci ildən
2005 - ci ilədək real olaraq 58 faiz azalmışdır, həmin dövrdə 17 faiz İRY payı 3,8
faizədək aşağı düşmüşdür. Hal - hazırda o, təxminən 5 faiz təşkil edir. [1]
Kənd təsərrüfatına yönəldilmiş 29 milyard ABŞ dollarını Hindistan və Çin
kimi ən çox əhalisi olan iki ölkəyə istiqamətləndirilməsi ehtimal olunur. Region-
lara gəldikdə, Saxaradan cənubda olan Afrikaya təxminən 11 milyard, Latın
Amerikasına və Karib hövzəsinə - 20 milyard, Yaxın Şərq və Şimali Afrikaya - 10
milyard, Cənubi Asiyaya - 20 milyard və Şərqi Asiyaya - 24 milyard ABŞ dolları
investisiya cəlb etmək zəruridir. [1]
Proqnozların tərtib edilməsində əhalinin bir nəfərinə düşən yeni investisiya-
ların həcminin regional fərqlərinə təsiri də nəzərə alınmalıdır. Əhalinin sayının
müxtəlif artım templərini nəzərə alaraq, məsələn, Latın Amerikasında, kənd
təsərrüfatında işçi qüvvəsi praktiki olaraq iki dəfə azalsa da, Saxaradan cənubda
olan Afrika ölkələrində bu göstəricilərin iki dəfə artması gözlənilir. Bu göstərir ki,
2050-ci ilə Latın Amerika kəndlisinin əsas kapitalının həcmi onun Saxaradan
cənubda Afrikadakı həmkarından 28 dəfə artıq gözlənilir. [1]
İ
nkişaf edən ölkələrdə kənd təsərrüfatına birbaşa xarici investisiyalar investi-
siya boşluqlarını doldura biləcək. [1]
Lakin yoxsul və ərzaqla təmin olunmamış ölkələrin torpaqlarını zəbt etmək
məqsədilə belə investisiyalar üzrə artıq siyasi və iqtisadi gedişlərin edilməsi
ehtimal olunur. Ona görə də belə sövdələşmələr elə həyata keçirilməlidir ki,
investisiyaları qəbul edən ölkələrin əhalisinin bundan faydalanmasını maksimuma
çatdırmaqla, onların ərzaq təhlükəsizliyinin səviyyəsini yüksəltməklə yoxsulluğun
90
səviyyəsi aşağı salınsın.
Kənd Təsərrüfatının və ərzaq təhlükəsizliyinin gələcəyi iqlim dəyişikliyi ilə
sıx bağlıdır. Gələcəkdə iqlim dəyişikliyi ərzaq təhlükəsizliyinə ciddi təsir
göstərəcək.
Xroniki aclığın səviyyəsi yüksək olan yoxsul ölkələr iqlim dəyişikliyi pro-
seslərinə daha meyillidir. İnkişaf etmiş ölkələrin əksəriyyəti Afrikanın ərzaq
idxalından xeyli asılı ola bilər.
Ə
KTT - nin məlumatına görə, iqlim dəyişikliyinin ərzaq istehsalına təsirinin
az olması illərində, xüsusən 2050 - ci ilədək ərzaq məhsullarının paylaşdırılması
ə
rzaq təhlükəsizliyinə ciddi təsir göstərəcək: qlobal istiləşmə nəticəsində inkişaf
edən ölkələrdə kənd təsərrüfatı istehsalının 9 faizdən 21 faizə enməsi müşahidə
ediləcək.
Hazırda iqlim dəyişikliyi proqnozlarına görə 2050-ci ilə 9,1 milyard dünya
ə
halisini doyurmaq məsələsinin həlli dünya kənd təsərrüfatının üzləşdiyi ən ciddi
problemlər sırasına daxildir.
Bununla yanaşı, ərzaq təhlükəsizliyinə müsbət təsir göstərə biləcək iqlim
dəyişikliyinin neqativ nəticələrindən müdafiə vasitələri mövcuddur. Məsələn,
aqromeşəmeliorasiyanın köməyi ilə torpaqdan karbon qazının çıxarılmasının,
həmçinin torpağın becərilməsinin və deqradasiya olunmuş torpaqların bərpa
edilməsinin neqativ nəticələrlə mübarizədə böyük potensialı var.
Tədqiqatçılar belə hesab edir ki, iqlim dəyişikliyi temperaturun yüksəlməsi,
karbon qazının çoxalması, alaq otlarının artması, parazit və xəstəliklərin yayılması
nəticəsində onların kənd və meşə təsərrüfatına təsiri artır. Qısamüddətli
perspektivdə quraqlıq, anomal istilik, daşqınlar və güclü qasırğalar kimi təbii
fəlakətlərin çoxalması gözlənilir.
Adaptasiya prosesində və iqlim dəyişikliyinin neqativ nəticələrinin aradan
qaldırılmasında kənd təsərrüfatının nəzərə çarpacaq rolu etiraf edilməlidir.
İ
qlim dəyişikliyi ərzaq təhlükəsizliyinin hər dörd tərkib hissəsinə (möv-
cudluq, mümkünlük, utilizasiya və sabitlik) təsir göstərəcək.
Mövcudluğun nəzəri cəhətindən, havada karbon qazının yüksək tərkibi bəzi
91
bitkilərin məhsuldarlığına müsbət təsir göstərsə də, qida maddələrinin tərkibi
artmaya da bilər.
İ
qlim dəyişikliyi dünyada kənd təsərrüfatı istehsalının qeyri-sabitliyini güc-
ləndirəcək və təbii fəlakətlərin tezliyini artıracaq.
Proqnozlara görə 2050 - ci ilədək temperaturun yüksəlməsi ərzaq məhsul-
larının qiymətlərinə təsir göstərərək artacaq. 2050-ci ildən sonra temperaturun
gələcəkdə ola biləcək yüksəlməsi ilə inkişaf edən ölkələrdə kənd təsərrüfatı
istehsalının aşağı düşməsi və qiymətlərin yüksək sıçrayışı gözlənilir.
Ehtimal edilə bilər ki, iqlim dəyişikliyi qida məhsullarının təhlükəsizliyinə
təsir göstərir, çünki o, yoluxucu xəstəlik daşıyıcılarının, təzyiqin yüksəlməsinin,
qida və su mənşəli xəstəliklərin yayılmasına şərait yaradacaq. Nəticədə kənd
təsərrüfatı məhsuldarlığının, eyni zamanda yoxsulluğun və ölüm səviyyəsinin
artmasına gətirib çıxaran əmək məhsuldarlığının xeyli aşağı düşməsi gözlənilir.
Ehtimal edilir ki, bəzi inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı və ərzaq məh-
sullarının istehsalı neqativ təsirlərə çox meyilli olacaq, xüsusilə də bu hal əhalinin
aşağı gəlirli, aclıq və yoxsulluğun yüksək səviyyəsində olan təbəqəsinin yaşadığı
quraqlıq, daşqın və iqlim küləklərindən əziyyət çəkən ölkələrinə şamil edilə bilər.
Bütün bu faktorlar Afrikada ərzaq məhsullarının idxalından yüksək asılılığa
gətirib çıxara bilər. Qiymətləndirmələrə görə, iqlim dəyişikliyi Afrikada XXI əsrin
sonlarına doğru kənd təsərrüfatı məhsullarının potensial istehsalını 15-30 faiz aşağı
sala bilər.
Tədqiqatçılar belə hesab edir ki, iqlim dəyişikliyi səbəbindən kənd
təsərrüfatına güclü neqativ təsir daha çox Afrikada Saxaradan cənubda gözlənilir.
İ
qlim dəyişikliyinə adaptasiya prosesi güclü maliyyə qoyuluşu da tələb
edəcəkdir, lakin bu ərzaq təhlükəsizliyinin qorunması, yoxsulluq səviyyəsinin
aşağı düşməsi və ekosistemin qorunması üçün zəruridir. Ərzaq təhlükəsizliyinin
məqsədlərinə və eyni dərəcədə də enerji məqsədlərinə nail olunması üçün müasir
kənd təsərrüfatı metodikalarına, institutlarına və texnologiyalara investisiyaların
yatırılmasına ehtiyac var.
Son zamanlaradək iqlim dəyişikliyi üzrə müzakirələrdə kənd təsərrüfatı,
92
meşələrin deqradasiyası və qırılmasının qarşısının alınması üzrə fəaliyyətlərə aid
olan bəzi hallar istisna olmaqla, bu məsələ ikinci dərəcəli məsələ kimi qalırdı.
Ə
KTT torpaqdan karbon iki-oksidin çıxarılması kimi bəzi kənd təsərrüfatı
layihələrinin maliyyələşdirilməsinin mövcud mexanizmlərindən çıxarılmasının
adını çəkir.
Ə
KTT-nin yeni sənədinə uyğun olaraq, dünyanın artan əhalisini ərzaqla təmin
etmək üçün zəruri olan kənd təsərrüfatı istehsalının lazımi səviyyəyədək artırılması
tədqiqatlara və ixtiralara dövlət vəsaiti qoyuluşlarının yüksəldilməsini, yeni
texnologiyaların tətbiq edilməsini, o cümlədən fermer təsərrüfatlarının metodolo-
giyasının aparılmasını və yeni kənd təsərrüfatı bitkiləri növlərinin alınmasını tələb
edəcək.
Proqnozlar göstərir ki, ən böyük həcmdə məhsullar əkin sahələrinin artırıl-
ması hesabına deyil, məhsuldarlığın yüksəldilməsi və istifadə edilən əkin sahə-
lərinin intensiv becərilməsi yolu ilə əldə ediləcək. Dünyada zəruri olan istehsalın
artırılmasının 90 faizi məhsuldarlığın yüksəlməsi və intensiv becərilməsi hesabına,
yalnız 10 faizi isə əkin sahələrinin genişləndirilməsi hesabına gözlənilir. İnkişaf
edən ölkələr üçün ƏKTT bunu 80/20
nisbətində qiymətləndirir. Lakin aztorpaqlı
ölkələrdə praktiki olaraq bütün artım məhsuldarlığın artırılması hesabına əldə
edilməlidir.
Məhsuldarlığın artırılması problemi iqlim dəyişikliyinin təsiri ilə özünü daha
çox büruzə verir.
Temperaturun normadan artıq aşağı düşməsi ərzaq məhsullarının dünya
istehsalı potensialına ciddi təsir göstərir və qarğıdalı kimi əsas bitkilərin məh-
suldarlığının kəskin azalmasına gətirib çıxarır. Temperaturun aşağı düşməsi daha
çox cənub enliklərdə - Afrikada, Asiyada və Latın Amerikasında nəzərə çarpır və
lazımi tədbirlər görülməzsə, məhsuldarlıq 20-40 faiz aşağı düşə bilər.
Yeni texnologiyalar və onların tətbiq edilmə metodlarının təkmilləşdirilməsi
iqlim dəyişikliyi və su ehtiyatlarının həcminin aşağı düşməsi ilə mübarizədə
ə
həmiyyət kəsb edəcək.
Məhsul yığımından sonra məhsul itkisinə yol verilməməsi hesabına kənd
93
təsərrüfatı istehsalının artırılması innovasiyalar tələb edən daha bir problemli
sahədir.
İ
stehsalın artırılması üçün yeni fermer metodlarının və texnologiyalarının tət-
biq edilməsi üzrə bir sıra sahələr mövcuddur:
Fermerlər tərəfindən kənd təsərrüfatı istehsalı vasitələrinin istifadəsinin
effektliyinin yaxşılaşdırılması. Təbii ehtiyatların azalması, təbii yanacaq, azot və
fosfor kimi ehtiyatlara qiymətlərin artması zamanı zərurət yaranacaq. Kənd
təsərrüfatının müdafiəsi münasibətində böyük ümidlərin bağlandığı metodlardan
biri torpağın sıfır dərəcədə işlənməsi (torpaq qatının çevrilməməsi) - bu metodu
istifadə edən fermerlər yanacağın sərfini təxminən 2/3 hissəsi qədər aşağı salır,
eyni zamanda torpağı karbon 4 - oksidindən təmizləyirlər.
Bununla yanaşı, gübrələrdən istifadəni kənd təsərrüfatında azotun istifadə
miqyaslarının artrılması və bioloji - bağlı azotun təchiz olunma miqyasının
artırılması yolu ilə daha effektiv istifadə yolu ilə əldə etmək olar. Su daha bir
resursdur, o üst axınların yığımı və torpaqda rütubətin saxlanılması metodikasının
yardımı ilə effektiv istifadə edilməlidir.
Kənd təsərrüfatı bitkilərinin yeni növlərinin işlənib-hazırlanması. Bitkilərin
düzgün becərilməsi metodikası yüksək məhsuldarlıqlı yeni bitki sortlarının
becərilməsinə gətirib çıxara bilər ki, bu da itkilərin azalmasına və kənd təsər-
rüfatını iqlim dəyişikliyinin nəticələrinə, su resurslarının çatışmazlığına daha
dayanıqlı etməyə yardım edər. Lakin ƏKTT sənədində ətraf mühitə və insan sağ-
lamlığına mümkün təsir edə biləcək neqativ təsirdən qorumaq məqsədilə yeni
texnologiyaların diqqətli təhlilinin vacibliyi qeyd edilmişdir.
Kənd təsərrüfatına aid elmi-tədqiqat işlərinə investisiyaların artırılması. Bu
faktı nəzərə alsaq ki, elmi-tədqiqat işlərinə investisiya qoyuluşu kənd təsərrüfatına
dəstəyin ən effektiv üsuludur, elmi-tədqiqat işlərinə böyük məbləğdə dövlət və
fərdi kapital qoyuluşları vacibdir, çünki kənd təsərrüfatında müasir
texnologiyalardan və metodlardan istifadə yüksək gəlir əldə etməyə imkan yaradır.
Eyni zamanda iqlim dəyişikliyi və su ehtiyatlarının sürətlə azalması kənd
təsərrüfatında tədqiqatlara və yeniliklərə daha böyük həcmdə investisiyaların
94
qoyuluşunu tələb edir.
Bu gün bir çox fermerlər istehsal gücündən daha az ərzaq istehsal edir, çünki
onlar təkmilləşdirilmiş toxumların üstünlüyündən və hazırda bitkilərin mümkün
olan becərilməsi metodikasından istifadə etmirlər. Bu hal maliyyə çatışmazlığı,
məlumatların məhdudluğu, məlumatların yayılması üzrə xidmətlərin yetərincə
inkişaf etməməsi, lazım olan texniki səriştənin əldə edilməsi üçün imkanların
yetərincə olmaması səbəbindən irəli gəlir.
|