64
Fəsil III.
Dünyanın ə rzaq tə hlükə sizliyi və onun möhkə mlə ndirilmə si yolları.
3.1. Dünyanın ə rzaq tə hlükə sizliyinin ə sas amillə ri.
Ölkənin ərzaq təhlükəsizliyinin təminatı dövlət qarşısında duran ən vacib
məsələlərdən biridir. Bu problemi dövlət xarici və daxili təhlükələri aradan
qaldıraraq həll edir. Müxtəlif mənbələrdə ərzaq təhlükəsi probleminin fərqli
variantları təklif olunur. Belə ki, ərzaq təhlükəsini şərtləndirən amillər kimi əsas
ə
rzaq məhsullarının istehsalının həcminin azalmasını, ərzaq məhsullarının
idxalının həcminin artması, aqrar sənaye kompleksinin istehsal potensialının
azalmasını, strateji rezervlər, operativ və sığorta ehtiyatlarının çatışmazlığı
göstərilmişdir. Uşaçev İ.Q. [20] ərzaq təhlükəsini şərtləndirən daxili amillər
sırasına təbii fəlakətləri (quraqlıq, daşqınlar və s.) cəmiyyətdə təbəqələşmənin
dərinləşməsi və aztəminatlı əhalinin çəkisinin (payının) artması, kənd
təsərrüfatında və ASK–nin digər sahələrində genişlənmiş təkrar istehsalın
səviyyəsinin aşağı düşməsi (və ya təmamilə olmaması) xarici faktorlara isə ölkənin
onun ayrı-ayrı regionlarının, iri şəhərlərin sənaye mərkəzlərinin ərzaq
məhsullarının idxalından asılılığı aid edir.
Xromov Y.S. [19] xarici faktorlar siyahısına ölkəyə gətirilən keyfiyyətsiz,
hətta sağlamlıq üçün təhlükəli ərzaq məhsullarını əlavə etmişdir. Moiseyev Y.V.
ə
rzaq təhlükəsini şərtləndirən əsas amil kimi əhalinin gəlirlərinin aşağı
səviyyəsini, daxili istehsalın lazımı səviyyədə olmamasını göstəririr, ərzaq
təhlükəsini şərtləndirən amilləri 4 əsas qrupa bölürdü:
• ərzaq məhsullarının istehsal həcminin azalması;
• əhalinin böyük bir hissəsi üçün ərzaq məhsullarının əldə olunmasında
iqtisadi baryerlər;
• ərzaq məhsullarının keyfiyyətinin aşağı olması;
• ərzaq təminatının idxaldan yüksək səviyyədə asılılığı.
65
Ə
rzaq təhlükəsizliyi - ərzaq sahəsində dövlət maraqlarına cavab verən həyati
ə
həmiyyətli kompleks daxili və xarici amillərdən asılıdır. Bu amillərin aşkar
edilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında dövlətin taktika və
strategiyasını müəyyənləşdirir. Bu əsasda ölkənin ərzaq təhlükəsizliyinə təsir
göstərən əsas daxili amillərə aşağıdakılar aid edilir:
-əkin sahələrinin strukturu və heyvandarlığın yemlə təmin edilmə
səviyyəsinin aşağı olması;
-ərzaq məhsulları istehsal edən sahələrdə disporsiyaların mövcudluğu;
-aqrar sektorun istehsal potensialından istifadənin aşağı olması;
-kənd təsərrüfatı xammalı əsasında işləyən emal sənaye müəssisələrinin
inhisarçılığı;
-istehsal və bazar infrastrukturunun zəif inkişafı;
-iqtisadiyyatın idarəedilməsinin təşkilatı strukturunun bazar prinsiplərinə
adaptasiya edilməsi;
-ərzaq məhsulları istehsal edən sahələrin maliyyə vəziyyətinin ağırlığı;
-əsas istehsal fondlarının köhnəlmə səviyyəsinin yüksəkliyi, aqrar sahənin və
yeyinti sənayesinin inkişafı üçün dövlət investisiya dəstəyinin olmaması;
-istehsalçılardan istehlakçılara qədərki mərhələdə ərzaq məhsulları itkilərinə
yol verilməsi;
-əhalinin minimal gəlir səviyyəsinin aşağı olması;
Ölkənin ərzaq təhlükəsizliyini çətinləşdirən xarici amillər aşağıdakılardan
ibarətdir:
-ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi;
-ölkənin idxal etdiyi qida məhsullarına dünya bazar qiymət konyukturunun
təsiri;
-coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından
asılılıq;
-xarici ölkələrlə ərzaq ticarətinin əlverişsiz şərtləri, bu sahədə beynəlxalq
təşkilatlar və dünya birliyi tərəfindən diskriminasiya rejiminin saxlanması, qida
66
məhsulları istehsal edən stateji əhəmiyyətli obyektlərin əcnəbi investorların
mülkiyyətinə keçməsi.
Dövlətin əsas məqsədi bu təhlükələri minimuma endirməkdir. Hər bir qrup
üzrə dövlətin tədbirlər paketi var ki, onların köməyi ilə ərzaqla bağlı problemləri
bu və ya digər dərəcədə həll etmək mümkün olur. Ümumi və adambaşına düşən
istehsalın həcminin mümkünsüzlüyü prizmasında deyil, ASK–da böhran
vəziyyəti nöqteyi nəzərindən yanaşmaq lazımdır.
Ölkənin ərzaq təhlükəsizliyinin əsas şərti - özünütəminetmədir. Özünütə-
minetmə dedikdə ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına
ödənilməsi başa düşülür.
Azərbaycanda adambaşına 0,55 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi
düşür. Qeyd etmək lazımdır ki, yalnız bu göstərici kənd təsərrüfatında istehsalın
həcmini müəyyənləşdirən səbəblər sırasında əsas fondların yetərincə
ödənilməməsi, kənd təsərrüfatı, ərzaq və emal sənayesini material-texniki
avadanlıqla təmin edən istehsal sahələrinin qismən və ya tamamilə
məhdudlaşdırılması və torpağın münbitliyinin azalması, toxumçuluq sisteminin
deqredasiya və s. misal göstərmək olar. Eləcə də, sadə texnologiya kənd təsərrüfatı
istehsalının iqtisadi səmərəliliyinin azalmasına, bu isə öz növbəsində yerli
məhsulların rəqabət qabilyyətinin aşağı düşməsini şərtləndirir. Kənd təsərrüfatı
məhsullarının qiymətlərindəki disparitet, gəlirlərin elə bölgüsünə gətirib çıxarır ki,
bu vəziyyət nəinki kənd təsərrüfatında genişlənmiş təkrar istehsal üçün əlverişli
şə
rait yaradır, hətta bu sahənin ixtisarına gətirib çıxarır. Bu baxımdan dövlətin
kənd təsərrüfatının dəstəkləməsi (dotasiya və subsidiyalar şəklində) çox vacibdir.
Bu dəstəyin genişləndirilməsi və ünvanlı şəkildə yönəldilməsi, bu vəsaitlər
üzərində ciddi nəzarət (müəyyən proqramlar daxilində) ölkənin ərzaq təhlükəsizliyi
probleminin həllində öz müsbət təsirini göstərə bilər. İxtiyari ölkənin kənd
təsərrüfatı məhsullarının istehsalının səviyyəsi istehsal faktorunun və dövlət
tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi imkanlarının nəticəsi kimi
səciyyələnir.
67
Ə
rzaq məhsullarına olan tələbatın ödənilməsi baxımından ölkənin potensial
imkanlarının qiymətləndirilməsində əsas göstəricilər kimi istehsalın həcmi,
adambaşına düşən istehlakın həcmi, ölkənin əsas məhsulları ilə özünütəminatı,
import və eksportun səviyyəsini göstərmək olar. Ölkənin ərzaq məhsulları ilə
özüntəminetmə səviyyəsi ümumi istehsalın istehlaka nisbəti, fizioloji qida norması
ilə müqayisədə faiz göstəricisi ilə müəyyən olunur.
Ə
KTT dünyanın ərzaq təhlükəsizliyinin səviyyəsini qiymətləndirmək üçün
xüsusi metodiki bazadan istifadə edir. Qeyd edək ki, ƏKTT - Beynəlxalq Ərzaq
Təhlükəsizliyi Komitəsi qlobal səviyyədə ərzaq probleminin həlli üçün strateji və
taktiki yanaşmalar üzərində işləyən bir təşkilatdır. Bu metodiki baza 7 göstəriciyə
ə
saslanır:
I. Dünya taxıl ehtiyatlarının dünya səviyyəsində taxıl istehlakına olan nisbəti.
II. Dünya ərzaq təhlükəsizliyi o zaman təmin edilmiş hesab edilir ki, dünya
ə
halisinin illik istehlakının 17% - i həcmində taxıl ehtiyatı mövcud olsun. Başqa
sözlə. taxıl resursu illik istehlakdan əlavə dünya əhalisinin daha 60 günlük
tələbatını təmin etmək imkanı versin.
Digər 5 göstərici taxıl idxal və ixrac edən əsas ölkələrdə vəziyyəti xarakterizə
edən göstəricilərdir.
Taxıl ixrac edən ölkələr üçün aşağıdakı göstəricilər xarakterikdir:
III. 5 əsas ixracatçı ölkənin (Argentina, Avstraliya, Kanada, ABŞ, AB)
təklifinin tələbata olan nisbəti;
IV. Bu ölkələrdə taxıl ehtiyatının ümumi istehlakın həcminə nisbəti-ümumi və
növlər üzrə differensiallaşdırılmış göstəricilər: buğda (Argentina, Avstraliya,
Kanada. ABŞ, AB) yemlik taxıl (Argentina, Avstraliya, Kanada, ABŞ, AB) və
düyü (Çin, Pakistan, Tailand, ABŞ, Vyetnam).
İ
dxalçı ölkələr üçün:
V.Taxıl istehsalında dəyişikliklər (Çin, Hindistan və MDB dövlətləri)
VI.Çin və Hindistan istisna olmaqla, inkişaf edən ölkələrdə taxıl istehsalında
dəyişikliklər ;
68
VII.Sonuncu göstərici buğda, qarğıdalı və düyünün orta illik eksport
qiymətləridir .
Tələbatın 60 günlük həcminə bərabər olan taxıl ehtiyatları ərzaq
təhlükəsizliyinin kritik həddi hesab olunur: “İdxal təhlükəsi meyarı”. Bu hədd 0.3-
ə
bərabər götürülür.
Araşdırmalar göstərir ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq aqrar
sahənin inkişafı təbii şəraitlə bağlı olduğuna görə bu sahədə məhsuldar qüvvələrin
tam formalaşdırılmasında çətinliklər yaranır. Aqrar sahədə məhsuldar qüvvələrin
inkişaf səviyyəsi iqtisadiyyatın digər sahələrindən fərqli olaraq zəif inkişaf edir.
Aqrar sahədə əmək məhsuldarlığının səviyyəsi digər sahələrlə müqayisədə aşağı
olur. Bunun da başlıca səbəblərindən biri aqrar sahənin inkişafının təbii amillərinin
təsirinə məruz qalmasıdır. Elə buna görə də kənd təsərrüfatının inkişafının
tənzimlənməsi bir tərəfdən dövlət himayəsinə ehtiyacı olan sahə olub bilavasitə
dövlətin köməyi ilə inkişaf etdirilir və formalaşır. Digər tərəfdən sahibkarlığın
maddi-texniki vasitələrə, infrastruktur maddələrinə, suvarma suyuna, məhsulların
emalına, satışına, yeni məhsuldar sortların toxumuna, cins mal-qaraya, mütərəqqi
texnologiyaların tətbiqinə, təşkilati işlərə, idarəetmə strukturunun bazar
münasibətlərinin tələbləri əsasında yenidən qurulmasına, kadr hazırlığına və s. olan
tələbatları əsasında yenidən qurulması nəticəsində aqrar sahədə maliyyə çətinlikləri
yaranır ki, bu da nəticədə maliyyə asılılığına gətirib çıxarır.
Dünya ölkələri arasında iqtisadi əlaqələrin intensiv olaraq genişlənməsi
dövlətlərarası əmtəə məhsulları mübadiləsinə və sərbəst fəaliyyətin həyata
keçirilməsinə imkan yaranır, beynəlxalq aləmdə məhsulların, informasiyaların
bolluğuna, azad ticarət və alqı-satqının genişlənməsinə səbəb olur.
Ölkənin ərzaq təhlükəsizliyi problemi daxili və xarici mənbədən olan zərərli
tendensiyaların təsiri nəticəsində yaranır. Daxili və xarici mənbədən olan zərərli
təsirlər ölkənin ərzaq kompleksində destruktiv proseslərə gətirib çıxarır və dövlət
paralel olaraq sosial qeyri-stabillik şəraitini yaşayır. Aqrar iqtisadiyyata, o
cümlədən ölkənin ərzaq təhlükəsizliyinə zərərli təsir göstərən daxili faktorlar daha
çox mənfi təsirə malik olur. Problemə sırf Azərbaycan reallıqlarından yanaşdıqda
69
belə qənaətə gəlmək olar ki, ərzaq təhlükəsizliyi probleminin daxili amilləri
respublika iqtisadiyyatında kifayət qədər fəal rol oynamışdır. Belə ki, 80 - ci illərin
sonu 90 - cı illərin əvvəllərindən etibarən məhsul istehsalının ilbəil azalması,
onilliklər ərzində mərkəzləşdirilmiş iqtisadi əlaqələr sisteminin dağılması, xammal
və material resursları ilə təchizatın pisləşməsi. Qiymətlərin səviyyəsinin
yüksəlməsi və iqtisadiyyatda inflyasiya təmayüllərinin genişlənməsi, maliyyə-
kredit sektorunda deformasiyalar və nəhayət respublika daxilində etnik-milli,
hərbi - siyasi münasibətlərin gərginləşməsi nəticəsində ölkə ərazisinin 20% - ə
qədərinin işğala məruz qalması ərzaq təhlükəsizliyi problemində daxili amillərin
daha qabarıq təsirinə əyani sübutdur.
Ümumilikdə, yuxarıda göstərilmiş faktorlar və ərzaq təhlükəsizliyi
istiqamətləri nəzərə alınaraq Azərbaycan dövləti məhz əhalinin ərzaq məhsulları ilə
etibarlı surətdə təmin edilməsi üçün 2008 - 2015 - ci illərə dair proqram qəbul
etmişdir.
Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və
məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları
ilə tam təmin edilməsinə nail olmaqdır.
Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı
vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
- ölkədə ərzaq məhsulları istehsalının artırılması;
- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi;
- ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin edilməsi;
- ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və
sahibkarlıq mühitinin yaxşılaşdırılması;
Yuxarıda göstərilən başlıca və mühüm vəzifələrin yerinə yetirilməsi üçün
həyata keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq təklifinin
formalaşdırılmasına, səmərəli istehsal və satış infrastrukturunun yaradılmasına,
ə
rzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir
vətəndaşın ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldilməsi.
70
Sabit və adekvat ərzaq təklifi, ilk növbədə aqrar sektorda intensiv geniş təkrar
istehsalın, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalının və emalının
inkişaf etdirilməsi yolu ilə əldə olunacaqdır. Bununla yanaşı, tələbatın bir qismi
xarici asılılığı nəzarətdə saxlamaq şərti ilə idxal hesabına ödənilməsi.
Nəzərə alınmalıdır ki, iqtisadi qanunlara görə ölkədə istehlak olunan ərzaq
məhsullarının 25% - dən çoxu xarici ölkələrdən gətirilirsə, həmin ölkənin ərzaq
təminatı təhlükəli sayılır.
Ə
rzaq təminatı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin 2015-ci ilə
qədər yerinə yetirilməsi üçün konkret olaraq Tədbirlər Planında nəzərdə
tutulmuşdur:
Səmərəli istehsal, saxlanılma və satış infrastrukturunun yaradılması da ərzaq
təminatı sisteminin ən vacib elementlərindəndir. Buna görə də bu sahələrə dövlət
investisiyaları artırılacaq və özəl təşəbbüslərin hərtərəfli dəstəklənməsi;
Ə
rzaq təklifinin səmərəli bazar mexanizmi vasitəsilə adekvat tələblə
qarşılaşması üçün ölkə vətəndaşlarının hər biri istənilən zaman ərzaqla təmin
olunma imkanına malik olmalıdır. Bu həmin ictimai resursların aztəminatlı
vətəndaşlara birbaşa yönəldilməsi, həm də ödəmə qabiliyyətli tələbin
formalaşdırılması vasitəsilə həyata keçirilməsi;
Ə
rzaq təminatı dövlət siyasətinin əsas istiqamətlərindən biri də əhalinin
nəinki kəmiyyətcə, həm də keyfiyyətcə müasir tələblərə cavab verən, ekoloji təmiz
məhsullarla təchiz edilməsidir. Bu məqsədlə, keyfiyyətə və təhlükəsizliyə səmərəli
nəzarət sistemi qurulması;
Ə
rzaq təminatı sisteminin ən mühüm elementlərindən biri ehtimal olunan
risklərin səmərəli şəkildə idarə edilməsidir. Bu məqsədlə, qarşıdakı illərdə zəruri
həcmdə dövlət ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində
idarə edilməsidir. Bu məqsədlə qarşıdakı illərdə zəruri həcmdə dövlət ərzaq
ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi təmin
olunmalı, qabaqcıl sığorta mexanizmlərinin tətbiqinin genişləndirilməsi;
Nəzərdə tutulmuşdur ki, ərzaq təminatı sisteminin institusional inkişafı diqqət
mərkəzində saxlanılacaq, aqrar bölmənin elmi və kadr potensialı gücləndiriləcək,
71
sahibkarlığın inkişafı üçün qabaqcıl modellərin tətbiqi və dövlət tərəfindən maliyyə
dəstəyi genişləndirilməsi.
İ
lk növbədə həyati zərurət olan torpaq və sudan istifadənin səmərəliliyinin
artırılması tədbirləri nəzərdə tutulmuşdur. Həmin kompleks tədbirlər içərisində
xüsusi əhəmiyyəti olan tədbirlər aşağıdakılardır:
- torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması;
- çirklənmiş deqradasiyaya uğramış torpaqların əkin dövriyyəsinə cəlb
edilməsinin stimullaşdırılması;
- əkinə yararlı torpaqlarda tikintilərin aparılmasının qarşısının alınması;
- pay torpaqları əsasında formalaşmış xırda ailə və fermer təsərrüfatlarının
könüllülük əsasında kooperasiyalarda birləşməsinin stimullaşdırılması;
- kənd təsərrüfatı istehsalçılarına suvarma suyunun çatdırılması mexanizminin
təkmilləşdirilməsi;
- suvarmada mütərəqqi texnologiyaların tətbiqi;
- ətraf mühitin (torpaq və suyun) müntəzəm olaraq ekoloji monitorinqinin
aparılması və müvafiq məlumatların istehsalçılara çatdırılması;
Bitkiçiliyin inkişaf etdirilməsi tədbirləri:
- bitkiçilik məhsullarının istehsalında növbəli əkin sisteminin yerli şəraitə
uyğun aparılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
- kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin strukturunun və
istehsal həcminin müəyyənləşdirilməsi, müvafiq tövsiyələrin fermerlərə
çatdırılması;
- yeni məhsuldar sortların sınaqdan keçirilməsi və rayonlaşdırılması;
- məhsuldar və keyfiyyətli buğda toxumlarının stimullaşdırılması və daxili
tələbatın ödənilməsi;
- taxılın vaxtında və itkisiz yığılması üçün müvafiq texniki və digər zəruri
tədbirlərin həyata keçirilməsi;
- taxıla olan dövlət ehtiyacının tənzimləmə mexanizminin işlənib
hazırlanması;
72
- müasir aqrotexniki tədbirlərə əməl olunması, qabaqcıl texnologiyaların
tətbiqi
və
ə
kinçilik
mədəniyyətinin
artırılmasının
təşviq
olunması;
rayon dövlət toxum müfəttişinin maddi-texniki bazasının möhkəmləndirilməsi və
laboratoriyaların modernləşdirilməsi;
- azot istehsal edən zavodun tikilməsi.
Ölkədə inkişaf tədbirində faraş kartof və tərəvəzin, yaşıl çay yarpağının,
meyvə bağlarının, üzümçülüyün, zeytun bağlarının, şəkər çuğunduru və yağlı
bitkilərin, çəltikçiliyin və digər bitkilərin əkin sahələrinin genişləndirilməsi
nəzərdə tutulmuşdur.
Tədbirlər planında eyni zamanda heyvandarlığın inkişaf etdirilməsi
istiqamətində də kompleks tədbirlər nəzərdə tutulmuşdur. Xüsusilə ölkədə
damazlıq işinin genişləndirilməsi və təkmilləşdirilməsi, yem bazasının intensiv
texnologiyalar əsasında inkişafı, ətlik maldarlığın inkişaf etdirilməsi, quşçuluğun,
ə
t, süd, və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modenləşdirilməsi və
yenilərinin yaradılması nəzərdə tutulmuşdur.
Bundan başqa balıqçılığın, arıçılığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Tədbirlər planında həmçinin digər kompleks tədbirlər:
- ərzaq məhsulları istehsalının infrastruktur təminatın yaxşılaşdırılması;
- melorasiya və su təsərrüfatının inkişaf etdirilməsi;
- baytarlıq xidmətinin səmərəliliyinin artırılması;
- ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin gücləndirilməsi;
- fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması;
- ərzaq məhsulları istehsalına maliyyə dəstəyinin göstərilməsi;
- sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;
- aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının
yüksəldilməsi nəzərdə tutulmuşdur.
- Ümumilikdə 2008 - 2015 - ci il üçün müəyyən olunmuş çoxsahəli və
çoxşaxəli iqtisadi və siyasi təhlükəsizlik proqramı ölkə əhalisinin ərzaq məhsulları
ilə etibarlı təmin edilməsində xüsusi əhəmiyyətə malikdir.
73
Dövlət Proqramının 2015 - ci il üçün icra meyarlarını təşkil edən hədəf
göstəriciləri aşağıdakılardır:
- dənli bitkilərin əkin sahəsi - 900 min hektar;
- taxıl istehsalı - 2,8 milyon ton;
- məhsuldarlıq - 32 sentner;
- ət istehsalı – 340 - min ton
- süd istehsalı - 2,4 milyon;
- quş əti istehsalı - 80 min ton.
Dostları ilə paylaş: |