119
müraciət etməklə yeni bir əsərin yaranmasına səbəb olmuşdur.
Onun Küpr Arslana dua
və nəsihəti göstərir ki, bu poemanı Küpr Arslanın xahişi ilə yazılmışdır.
Nizami sözün hikməti, oğluna nəsihətdən sonra dastanı Bəhramla belə başlayır.
Memar Simnarın Bəhrama müəzzəm bir saray tikməsini tərənnüm etdirir. Əsərdə
göstərilir ki, birinci Yəzdgerd Bəhramın atasının ölümündən
sonra taxt-taca sahib olmaq
üçün Bəhrama ciddi cəhd göstərir. Lakin camaat onun da atası kimi zülümkar
olacağından qorxub istəmirlər. Ancaq Bəhram öz gücü vasitəsiylə buna layiq olur. Bu
hadisənin böyük Firdovsi tərəfindən qələmə alındığı da tarixdə həqiqətdir. Oxşarlıq da
ondadır ki, Firdovsidə Bəhramın kənizi Azadə, Nizamidə Fitnə adlandırılmışdır.
Fitnə ilə Bəhramın mübahisəsi şairin öz amalından
doğan fikirdir ki, adət etmək
vərdiş yaradır.
Dövlətşahın yazdığına görə Nizaminin xəmsəsi 20 min beytdən ibarət olmuşdur.
Əldə olunan dəlillər də bunu sübut edir. Nizaminin özündən
sonra gələn şairlərə
təsirindən danışarkən, onu qeyd edək ki, uzun müddət bu təsir özünü göstərmişdir.
Azərbaycan və Tacikistan ədəbiyyatında əsrlərlə davam etmişdir. 1953-cü
ildə Mirzo
Tursunzadə, 1940-cı ildə Səməd Vurğun, 1949-cu ildə Nazim hikmət yaradıcılığında öz
əksini tapmışdır. Xosrov Dəhləvi 2 il Nizami xəmsəsindən bəhrələnərək ömrünü sərf
etmişdir. Nizami 5 dastanına 30 il sərf etmişdir.
Dostları ilə paylaş: