121
dəniz kənarında İskəndəriyyə şəhərinin salınmasına başlanılır. Bu iş sonradan davam
etdirilib 12-13 şəhərin salınmasına gətirib çıxarılır.
İskəndər bundan sonra Yunana qayıdır. Lakin xərac vermək bütün dövlətləri razı
salmır. Ona görə də Dara İskəndərlə müharibəyə başlayır. Ancaq İran xalqı Dara
zülmündən qurtarmaq üçün İskəndərin bu yerlərə gəlməsini məqbul sayırlar.
Nizami «Şərəfnamə» də yazır ki, ağıllı filosoflar İskəndərin Daranın
zülmünə son
qoymağın vaxtı çatdığını deyirlər. İskəndər və Daranın bir-birinə göndərdiyi məktublar
bir fayda vermədiyindən müharibə labüdləşir. Hətta, ordu başçıları da Dara əlindən
zinhara gəldiyini deyib İskəndərə təslim olurlar. Onlar Daranı öldürməyə hazır olduq-
larını İskəndərə bəyan edirlər. İskəndər buna inanmasa da, alimlərin nəsihəti yadına
düşür ki, «Hər yerin dovşanını onun öz tazısı tutar» nəzərnə gəldi. İki ordu başçısına
tapşırdı və onlar da öz növbələrində fürsət tapıb Daranı öldürdülər. Qorxuya
düşən
İranlıların sülhdən başqa bir çarəsi qalmadı. Rəvayətə görə Dara yaralanıb yataqda ikən
İskəndər onun yanına gəlir. Bu səhnəni Firdovsi və Nizami böyük ustalıqla vermişlər.
Qəribə burasıdır ki, iki böyük sərkərdə ağır döyüşlərlə bir-biriylə vuruşmuş, ancaq biri-
nin məğlubiyyəti o birini sevindirməmişdir. İskəndərin ürəyi yumşalıb Daranın vəsiy-
yətlərinə əməl edəcəyinə söz vermişdir.
Daranın ondan üç xahişi olmuşdur:
Birincisi odur ki, ona xainlik edənləri
cəzalandırsın, ikncisi ailəsi ilə işi olmasın, üçüncüsü isə qızı Rövşənəki özünə arvad
etsin. Nizami bu yerdə yazır:
İskəndər qəbul etdi,
Dara hər nə dedi,
Qəbul edən qalxdı, deyən dünyadan getdi. (87-235)
Bundan sonra matəm günlərinin qara örtükləri şadlıq libası ilə əvəz olur və İsfa-
handa İskəndər Rövşənəklə şahlara məxsus toy edir. Bundan sonra İskəndər Rövşənəki
Ruma aparır və ondan İskəndərus adlı bir oğlu olur ki, onu da Ərəstun tərbiyə edir.
Daha sonra İskəndərin ərəb ölkələrinə səfəri başlayır, o, hətta Kəbəni ziyarətə
gedir. Nəhayət İskəndər Bərdə və Abxaza gəlir. Əslində tarixdə İskəndərin
Kiçik Asiya
və Qafqaza gəlişi olmamışdır.
122
Nizami Şəddadilərin dövründə kürdlərin onun vətəni Gəncədə gördüyü işləri
qabartmaq üçün, öz anasının kürd olması onun «Yeddi gözəl» poemasındakı müsbət
kürd surəti bu millətə hüsnü-rəğbətindən xəbər verir.
Bərdə də Azərbaycanın o vaxtkı paytaxtı olduğundan Nizami İskəndəri oraya türk
qadını Nüşabənin qarşısında mat qoyur. Bunu şairin vətənpərvərliyi və öz xalqına
sevgisi ilə izah etmək olar. Nüşabə dastanı «İskəndərnamə» əsərinin ən maraqlı
bölümüdür. Maraqlı burasıdır ki, dünyanı fəth edən İskəndər qadının belə ədalətlə dövlət
idarə etməsinə heyran qalır.
Əlbətdə, ədaləti şah prinsipini ilk əsəri «Sirlər xəzinəsi» dastanından qarşıya
qoyan
Nizami öz ənənəsinə sadiq qalır.
İskəndər sonra Dərbəndə gəlib oraya sədd çəkdirib Dərbənd qalasının
düşmənlərdən qorunmasıana şərait yaradır.
İskəndər Keyxosrovun qalasına tələsib orada oturmaq istəyir. Keyxosrovun
nəvələrindən oln Sərir hakimi İskəndəri layiqincə qarşılayıb onu Keyxosrovun təxtində
otuzdurur.
İskəndərin səfərləri Rey və Nişapura davam edir. Nizami İskəndərdən əvvəl
Keyxosrovun gəzdiyi şəhərləri xüsusilə Bərdəyə gəlişini İskəndərə şamil etməklə
vətənini sevdirməyə çalışmışdır. İskəndərin istilaları davam edir, o, bu dəfə Hindistana
hərbi yürüş edir. 30 ilə yaxın bir ömr yaşamasına baxmayaraq tarixdə bu qısa zaman
kəsiyində dünyanın bir çox ölkələrini fəth edir. Hindistana gedib çıxması da buna
işarədir. İskəndər Çinə və Tibetə tarixdə getməsə də, Nizami yeni bir övqat yaratmışdır.
Müxtəlif ölkələrin hikmət və mədəniyyətlərindən danışaraq dünya xalqlarının adət-
ənənələri və sivilizasiyası poeziyada şairin böyük ustalıqla verilməsinə heyran olursan.
İskəndərin Qıpçaq çölünə gəlməsi və burada qadınların
üzü örtüksüz gəzməsi onu
heyrətə salır. Burada Nizami öz qadını Afaqın yurdundan söz açaraq bu yerlərdə
qadınların cəsarətindən bəhs edir. Qadının cəmiyyətdə böyük qüvvə olduğunu
göstərməyə çalışır.