“Yeddi Gözəl” Bu əsərə «Bəhramnamə» və «Yeddi Gözəl» adları da verilmişdir. Bu mənzumə 5
min beytdən artıq olub xəfif müsəddəs bəhrində yazılmışdır. Əsər Sultan Ələddin Kürp
Arslan Marağa hakiminə ithaf edilmişdir. Nizamidən əvvəl bu dastan Firdovsi tərəfindən
nəzmə çəkilmişdir. Bu mənzumə Sasani hökmdarı 5-ci Bəhramın həyat və
fəaliyyətindən bəhs edir. Ona Bəhrami Gur deyərdilər. Nizami Bəhramın taxta
çıxmasından onun 7 gözəllə evlənməsini, 7 künbəz, 7 iqlim, 7 rəngi göstərir. Bəhramın
hər künbəzdə bir ölkənin qadınlarının yerləşdirib və həftənin bir gününün onların yanına
gedib birlikdə keçirməsini yazır. Nizami bu 7 gözəlin dili ilə 7 dastan danışıb rəvayət
şəklində çatdırır. Müəllif fars şeir üslubundan istifadə edib bu əsəri çox gözəl bir
şeriyyatla oxucuya təqdim etdi.