|
Nizaminin ölüm tarixi
Şairin vəfat etmə tarixi də müxtəlif illərlə göstərilir:
1.
Təzkirəçi Dövlətşah Nizaminin ölüm tarixini hicri 576 göstərir.
2.
Qəzvini, Gəncə qeydlərində şairin vəfatını hicri 590 qeyd edir.
3.
Hacı Xəlifə isə 596-597 kimi təqdim edir.
4.
Bertels və Ripka 599 hicriyə təsadüf etdiyini iddia edirlər.
5.
Şəbli «Əcəm şeri» əsərində hicri 599-u təsdiq edir.
6.
Bəzi nüsxələrdə doktor Şəfa hicri 589 göstərir.
7.
Doktor Məhəmməd Moin və doktor Zəbihulla Səfa 614 hicri qeyd edir.
8.
Vəhid Dəstgerdi 600-602 hicri arası izah edir.
9.
Müxtəlif təzkirəçilər 576, 586, 596, 597,602, 606 hicri tarixlərilə vermişlər.
|
|
|