Microsoft Word monoqrafiya docx


Şeirin vəzifəsi, şairliyin məsuliyyəti



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə92/95
tarix02.01.2022
ölçüsü7,02 Mb.
#2557
1   ...   87   88   89   90   91   92   93   94   95
 
Şeirin vəzifəsi, şairliyin məsuliyyəti 
Şeir–şairin daxilində xüsusi bir ritmlə  səslənib, insanın düzgün mövqeyini 
həqiqətlər və onlardan necə faydalanmaq yollarını  bəyan etmək barəsində insanın 
düzgün mövqeyini göstərən bir fenomendən ibarətdir.  
Şair yazdığı şeirin mahiyyətinə varmalı və ona məsuliyyət daşımalıdır.  


134 
 
 
İslamın müqəddəs kitabı Qurani Kərimdə  şeir və  şairə o qədər də yüksək qiymət 
verilməmişdir. Ancaq Həzrəti Əli yaxşı şeirləri əzbərləmiş, hətta yeri gəldikdə onlardan 
nümunələr gətirmişdir.  
Nizamiyə gəldikdə isə pis şeirlərdən azad olub, həqiqi şeir yazanlara qiymət verib 
üz tütmalıyıq:  
Şeirdən  ucalıq umma dünyada  
Çünki Nizamiylə qurtardı o da … (87-472) 
Görəsən səmərəsiz və mənasız şeir kimə lazımdır? Şair olan şəxs də bu məsuliyyəti 
duymalıdır.  
Dahi Nizaminin əsərlərinin müqəddiməsində söylədiyi irfan və hikmət məsələləri 
haqda bəzi mülahizələr.  
I. Müqəddimə  
 Poema sənəti vasitəsilə özünə yüksək elm, əxlaq, irfan, hikmət prinsiplərini bəşəri 
düşüncənin sahələrinə daxil edən böyük tarixi şəxsiyyətlər arasmında tam ləyaqətlə 
«həkim» ləqəbi qazanan Nizami Gəncəvi xüsusi yer tutur. O, mərifət, düşüncə aləmində 
elə bir mövqe qazanmışdır ki, bəzi nəzəriyyəçilərə görə Cəlaləddin Məhəmməd Mövləvi 
ilə müqayisə edilə bilər. Bu alimlər qeyd edirlər ki, Mövləvi, Nizamidən faydalanmışdır. 
Bu müddəanı sübut etmək üçün onların arxalandığı dəlillər də maraqlıdır. Əgər şeriyyət 
baxımından yanaşsaq Nizami, Mövləvidən üstün şairdir. Digər tərəfdən Nizaminin 
farscası o qədər zəngindir ki, bəlkə  də misilsizdir. Lakin dini baxış  və islam elmi, 
kamalı, hikməti, irfanı, psixologiyası, əxlaqı və təfsiri Mövləvidə daha güclüdür. Ancaq 
Nizamidə ərəb və fars sözlərinin düzümü o qədər güclüdür ki, elə düzgün qurulmuş ki, 
mətləb tamamiylə aydın olur.  

Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin