131
Ustad Məhəmməd Tağı Cəfəri
NİZAMİ GƏNCƏVİNİN ŞEİRLƏRİNDƏ HİKMƏT
İRFAN VƏ ETİK MÖVZULAR
İlyas Yusif oğlu Nizami Gəncəvi 520 hicridə Azərbaycanın qədim şəhəri Gəncədə
bir sənətkar ailəsində anadan olmuşdur. Atası Yusif, anasının hansı qəbilədən olduğu və
adı məlum deyildir. Şairin yaşadığı dövrdə Gəncə şəhəri böyük karvan yolunun üstündə
olduğundan dünyanın müxtəlif ticarət karvanları bu şəhərlə əlaqə saxlayırdılar. Burada
böyük saraylar, mədrəsələr və çox geniş bir bazar var idi. Bu səbəbdən Gəncədə
mədəniyyətin başqa sahələri kimi şeir də geniş vüsət almışdır. Eyni zamanda o dövr
Gəncədə ipək, saxsı, dəmir karxanaları da mövcud idi. Şeir və şairlər ancaq şah
saraylarına xidmət edirdi. Azərbaycan saray şeiri hələ beşinci əsrdə inkişafına
başlamışdır. Bu zaman Şəddadilər hökmranlıq edirdilər. O dövr Gəncədə yaşayan
Qətran Təbrizi öz qəsidələri ilə məşhur idi. VI əsrdən başlayaraq Xaqani Şirvani, Fələki,
İzzəddin Şirvani kimi söz ustaları meydana çıxmışdı. Bu şairlər arasında yalnız Xaqani
öz etiraz səsini qaldırıb saraydan uzaqlaşır. O, öz mütərəqqi fikirləri ilə şahların zülmünə
qarşı çıxır və şairlərin azad şəkildə istədiklərini yazmaq kimi mühüm məsələni ortaya
atır.
Nizamiyə gəldikdə isə o, saray qulluğunda duranlara nifrət bəsləyib belə deyir:
Bu qarın otaran duzsuz şairlər
Sayəmdə dünyanı basıb yedilər. (87-12)
Şikarı tutmağa aslan gərəkdir
Tülkünün işi də müftə yeməkdir.
Əlimin muzdu ilə dolanıram mən
Cəlalım yaranır söz xəzinəmdən,
Şahlar məclisindən kənar ol, kənar
Pambıq od görəndə alışıb yanar. (87-12)
Nizaminin sevincli günlərindən ən mühümü qıpçaq qızı Afaqa qovuşmaq, kədəri
isə onu itirmək olmuşdur.
132
Şair «Xosrov və Şirin» mənzuməsində buna belə toxunmuşdur:
İbrət gözüylə bax sən bu əsərə
Özünü çox uydurma əfsanələrə.
Çünki tez tərk etdi o, bu aləmi
Cavanlıqda soldu qızıl gül kimi,
Qıpçaq bütün təki ox kimi süzdü
Afaq sevgilimin sanki özüydü.
O, Dərbənd şahının bir töhvəsiydi
Saf, ağıllı, gözəl gül qönçəsiydi.
Əğyara qəzəbli, mənə mehriban
Könül yoldaşımdı o nazlı canan. (87-318)
Nizaminin müəllifi olduğu «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və
Məcnun» və «İskəndərnamə» əsərlərində aşağıdakı mövzular diqqət mərkəzindədir:
1.
Dini-fəlsəfi dünyagörüşü.
2.
Məntiq.
3.
Məhəbbət mövzusu və ilahi eşq (irfan).
4.
Nəsihət.
5.
Zülmə qarşı mübarizə.
6.
Elmi mövzular.
7.
Əxlaq və etik normalar.
Nizami hər şeydən əvvəl İslam fəlsəfəsi ilə silahlanmış bir şair və arifdir. O, öz
fikirlərini və ilahi eşqi açıqladıqda mey, şərab, meyxana, qədəh, məstlik və s.
terminlərdən faydalanmışdır. Lakin hamıya aydındır ki, bunlar həqiqi mənada deyil,
məcazi anlamda işlədilmişdir.
Nizami əsərlərini məntiq və hikmətlə təchiz edən şair və sözü bədii dildə dolayı
yolla deyil, bir başa ifadə edən sənətkardır. O, «Şərəfnamə»də belə deyir:
Qəbrimə gələrkən qədəhi doldur
Nizami yatdığı yerə qədəh vur.
133
Ey uğurlu xızır sanma ki, mənim,
Qədəhdən içilən meydir məqsədim. (87-386)
Aydındır ki, Nizami mey içməmiş, hətta, Qızıl Arslan onu mey məclisindən mey
nuş etmədiyi üçün çıxarır. Nizami bunu belə təsvir edir:
Xəbər veriləndə ki, gəldi Nizami
Dərhal əmr verildi yığdırdı meyi.
Nizami allahı daima nəzərdə tutub deyir:
Bütün insanlara sual ver bu dəm,
Nə yolla boşluqdan yarandı aləm? (87-116)
Şair insanları inama, nizam-intizama və düşünməyə çağırır.
Nizami yerin hərəkətdə olması, kürə şəklində fırlanması, torpaq, külək, su, hava,
atəş kimi elmi və təbii mövzulara toxunub onları fələyin möcüzəsi adlandırır.
Yerin hüdudundan o tərəfdə də
Buludlar, fələklər qaçışır yenə
Onlar bir-birinə sarılmış bərk-bərk
Hamısı top kimidir, gəzir kürətək
Hər xətt ki, hərlənir yuvarlaqdır bil …
Pərgar xətti kimi dolanan fələk
Yalnız bu qaydayla dövr edir, gerçək … (87-258)
Nizami insanın hələ çox bilmədiyini və zaman gələcək ki, elm və bilik vasitəsiylə
bi sirlərə bələd olacağına inanır.
Dostları ilə paylaş: |