130
«Sirlər xəzinəsi»
Nizami Gəncəvi bu ilk məsnəvisini Ərzincan hökmdarı Fəxrəddin Bəhram şaha
hədiyyə etmişdir. O da öz növbəsində 5 min dinar, müxtəlif mükafatlar və üstəlik Afaq
adlı qıpçaq qızını şairə göndərmişdir. «Sirlər xəzinəsi» poemasının yazılma səbəbi və
tarixi əsərin 26-cı səhifəsində Nizami tərəfindən göstərilmişdir. Qədim və indiki
nüsxələrdə 550-561 tarixləri arasında göstərilir.
Bu əsərlə Nizami özünün irfan və əxlaq sahibi olduğunu göstərmiş, özünün
şəxsiyyətini açmağa müvəffəq olmuşdur.
Bu kitabın mənbəyi bir neçə sirdən ibarətdir ki, şair ona həqiqi ürək vermişdir.
Ariflər də onu həqiqət məcrası kimi qəbul etmişlər. Şairin hər məqaləsi ayrıca bir
əsərdir.
Doktor Barat Zəncani
əslən Zəncan azərbaycanlılarındandır. Onun
araşdırmalarında Nizaminin doğum və ölüm tarixləri verilir. Müəllim göstərir ki, ayrı-
ayrı tədqiqatçılar şairin olum və ölüm tarixlərini 10 il fərqlə göstərirlər. Lakin bu, o
qədər də önəmli rol oynamır.
Əsəri barədə məlumat verən B. Zəncani onların bir neçə beytdən olması və yazılma
səbəbini göstərir.
Nizaminin İrana xüsusi rəğbəti olduğu və fars dilinə pərəstiş etdiyi göstərilir.
Lakin bizim fikrimizcə buna əsas səbəb İran şahlarından və farsca yazmasına
dəlalət edir.
Dostları ilə paylaş: