Mülki qanunvericilik aktının bütövlükdə qüvvəyə minməsi müddətini bu aktın hissəsinin qüvvəyə min-
məsi müddətindən fərqləndirmək lazımdır. Normativ aktın hissəsi dedikdə, onun fəsli, maddəsi, bəndi başa
düşülür. Bəzi hallarda bu müddətlər üst-üstə düşmür, yəni fərqli müddət müəyyən edilə bilər. Məsələn, nəzərdə
tutula bilər ki, normativ aktın filan maddəsi və ya filan bəndi normativ aktın özünün qüvvəyə minməsi müddə-
tindən bir il keçəndən sonra qüvvəyə minəcəkdir.
Bəzi məqamlarda normativ hüquqi aktın qüvvəyə minmə müddəti xüsusi rola malik olur. Belə ki, müəyyən
hallarda mülki qanunvericiliyin iyerarxiya sistemində eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar
arasında kolliziya (latınca collisio - toqquşma), ziddiyyət yaranır. Sual olunur: müvafiq münasibətə hansı nor-
mativ akt tətbiq olunacaqdır? Göstərilən vəziyyətdə həmin münasibəti qaydaya salmaq üçün daha sonra qüvvə-
yə minmiş normativ aktdan istifadə edilir.
Mülki qanunvericilik aktının qüvvəyə minməsinin ikinci yolu aktın özündə və ya bu aktın qüvvəyə min-
Dostları ilə paylaş: |