Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə105/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   101   102   103   104   105   106   107   108   ...   1820
məsinə dair digər xüsusi aktda göstərildiyi vaxtdan onun qüvvəyə minməsi yoludur. Normativ aktlar (qa-

nunlar, prezident fərmanları, hökumət qərarları və s.) bəzi hallarda bu aktların özündə göstərildiyi andan qüvvə-

yə minir. Özündə bir sıra mülki (mülkiyyət) hüquq normaları əks etdirən «Azərbaycan Sovet Sosialist Respub-

likasının suverenliyi haqqında» 23 sentyabr 1989-cu il tarixli qanunun özündə bu qanunun 1989-cu il sentyab-

rın 25-dən qüvvəyə minməsi göstərilir. Konstitusiya Məhkəməsinin normativ aktların bir-birinə uyüunluüu ba-

rədə (Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində, V və VII hissələrində nəzərdə tutul-

muş hallarda) qəbul etdiyi qərarlar həmin qərarların özündə göstərilən vaxtdan qüvvəyə minir.  

Mülki qanunvericilik aktı bu aktın qüvvəyə minməsinə dair digər xüsusi aktda göstərildiyi vaxtdan da qüv-

vəyə minə bilər. Məsələn, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və 

bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 28 dekabr 1999-cu il tarixli qanun Mülki Məcəllənin 

qüvvəyə minməsi vaxtını müəyyən edir. Normativ aktın qüvvəyə minmə müddəti Milli Məclisin qərarında da 

göstərilə  bilər.  Məsələn,  «Sahibkarlıq  fəaliyyəti  haqqında»  qanunun  qüvvəyə  minməsi  barədə  Milli  Məclisin 

qərarında həmin qanunun 1993-cü ilin yanvarın 1-dən qüvvəyə minməsi müəyyən edilir.  

Elə hallar da olur ki, xüsusi aktda normativ aktın qüvvəyə minməsinin konkret müddəti göstərilmir. Norma-

tiv aktın qüvvəyə minmə müddəti onun dərc olunması anı ilə əlaqələndirilir. Məsələn, «Meşə Məcəlləsinin təs-

diq edilməsi haqqında» 30 dekabr 1997-ci il tarixli qanunda, «Su Məcəlləsinin təsdiq edilməsi haqqında» 26 de-

kabr  1997-ci  il  tarixli  qanunda  həmin  məcəllələrin  dərc  edildiyi  gündən  qüvvəyə  minməsi  müəyyənləşdirilir. 

Bəzən  də  normativ  aktın  özündə  onun  imzalandığı  gündən  qüvvəyə  minməsi  göstərilir.  Məsələn,  «Icarəyə 

verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» 6 sentyabr 1997-ci il tarixli prezi-

dent fərmanında nəzərdə tutulur ki, bu fərman imzalandığı gündən qüvvəyə minir.  

Elə aktlar vardır ki, bu aktlar barədə dərhal məlumat vermək üçün onların mətninin təxirə salınmadan müva-

fiq və əlaqədar təşkilatlara göndərilməsi tələb olunur. Normativ aktın ifadə olunduüu mətnin həmin təşkilatlar 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin