ola bilər. Əgər fiziki şəxslərin bağladıqları əqdin qüsuru bu şəxslərin fəaliyyət qabiliyyəti ilə əlaqədardırsa, hü-
quqi şəxslərin subyekt rolunda çıxış etdiyi əqdin qüsuru onların hüquq qabiliyyəti və ya hüquqi şəxsin or-
qanlarının statusu ilə bağlıdır. Bu baxımdan subyekt tərkibi qüsurlu olan, hüquqi şəxslərin iştirak etdiyi eti-
barsız əqdlərin iki növü fərqləndirilir: hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan etibarsız əqdlər (MM-
in 349-cu maddəsi); hüquqi şəxsin orqanlarının məhdudlaşdırılmış səlahiyyətlərini aşmaqla bağladığı etibarsız
ə
qdlər (MM-in 350-ci maddəsi).
Dostları ilə paylaş: |