Microsoft Word mulki huquq doc


Hüquqi şəxsin hüquq qabiliyy



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1049/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1045   1046   1047   1048   1049   1050   1051   1052   ...   1820
Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan etibarsız əqdləsubyekt tərkibi qüsurlu olan əqd nö-

vünə şamil edilir. Bu etibarsız əqdin özü iki cür olur: hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fə-

aliyyət məqsədlərinə zidd olaraq bağladığı etibarsız əqd; müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi 

(lisenziyası) olmayan hüquqi şəxsin bağladığı etibarsız əqd.  



Hüquqi  şəxsin  öz  nizamnaməsində  müəyyənləşdirilmiş  fəaliyyət  məqsədlərinə  zidd  olaraq  bağladığı 

etibarsız  əqdlər  həmin  hüquqi  şəxsin  nizamnamə  məqsədlərinə  uyğun  gəlməyən  əqdlərdir.  Bu  əqdləri  hüquq 

ə

dəbiyyatında nizamnamədənkənar əqdləadlandırırlar.  



Hüquq ədəbiyyatında belə bir fikir irəli sürülür ki, kommersiya təşkilatının yox, qeyri-kommersiya təşkilatı-

nın bağladığı əqdlər öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olarsa, etibarsız hesab 

edilir. Bu halı onunla izah edirlər ki, kommersiya təşkilatı fiziki şəxs kimi ümumi, (universal), qeyri-kommersi-

ya  təşkilatı  isə  xüsusi  hüquq  qabiliyyətinə  malikdir.  Bizim  zənnimizjə,  həm  qanuna  görə  hüquq  qabiliyyəti 

məhdudlaşdırılan kommersiya təşkilatı (məsələn, bank, sığorta təşkilatı və s.), həm də qeyri-kommersiya təşki-

latının bağladığı əqdlər, əgər öz nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət məqsədlərinə zidd olarsa, etibarsız 

hesab edilir. Ona görə ki, hər iki növ hüquqi şəxs məqsədli (məhdud) hüquq qabiliyyətinə malikdir. Çünki bu 

kateqoriya hüquqi şəxslərin hamısı, ümumi qaydaya görə, yalnız elə mülki hüquqlar əldə edə və mülki vəzifələr 

daşıya bilər ki, bu hüquqlar ya qanunda, ya da onların nizamnaməsində (təsis sənədində) müəyyənləşdirilən fəa-

liyyət məqsədlərinə uyğun olsun.  

Azərbaycan Respublikasının mülki qanunvericiliyi kommersiya hüquqi şəxsinin yox, yalnız qeyri-kommer-

siya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədlərinin müəyyənləşdirilməsini nə-

zərdə tutur. Qanunvericiliyin bu cür mövqeyi hüquq ədəbiyyatında irəli sürülən belə bir fikrə uyğundur ki, qa-

nuna görə məjburi olmayan hallarda kommersiya təşkilatının təsis sənədlərində fəaliyyət məqsədi və predmeti-

nin müəyyənləşdirilməsi onun ümumi (universal) hüquq qabiliyyətini xüsusi hüquq qabiliyyətinə çevirir. Bəzi 

müəlliflər isə hesab edirlər ki, kommersiya təşkilatının nizamnaməsində onun fəaliyyətinin predmeti və məq-

sədlərinin müəyyənləşdirilməsi, heç də onun ümumi (universal) hüquq qabiliyyətini xüsusi hüquq qabiliyyətinə 

çevirmir. Bu cür mövqe ilə çətin ki razılaşmaq olar. Doğrudan da, əgər kommersiya təşkilatı məşğul olduğu fə-

aliyyət növlərini (profillərini) öz nizamnaməsində konkret olaraq sadalayarsa, o, bununla hüquq qabiliyyətini 

məhdudlaşdırır və hüquq qabiliyyətini xüsusi (məqsədli) hüquq qabiliyyətinə çevirir. Bu halda isə həmin kom-

mersiya təşkilatı yalnız öz nizamnaməsində göstərilən və sadalanan fəaliyyət növlərinə uyğun gələn mülki hü-

quq və vəzifələr əldə edə, əqdlər bağlaya bilər. Onun nizamnamədənkənar istənilən əqdi bağlamağa ixtiyarı çat-

mır. Məsələn, əgər kommersiya təşkilatının nizamnaməsində onun yalnız informasiya xidməti göstərməsi üzrə 

fəaliyyət həyata keçirməsi nəzərdə tutulsa və bu təşkilat ticarət-vasitəçilik əqdi bağlasa, həmin əqd etibarsız he-

sab ediləjəkdir.  

Kommersiya təşkilatının nizamnaməsində onun fəaliyyətinin məqsəd və predmetləri göstərilmədikdə isə hə-

min təşkilat ümumi (universal) hüquq qabiliyyətli olur. Məhz bu səbəbdən o, qanunla qadağan edilməyən istə-

nilən əqdi bağlaya bilər. Bəzi hallarda kommersiya təşkilatının nizamnaməsində konkret fəaliyyət növləri sada-

lanır və həmin siyahı «qanunla qadağan edilməyən istənilən fəaliyyət növü» ilə tamamlanır. Bu, o deməkdir ki, 

göstərilən hüquqi şəxs ümumi (universal) hüquq qabiliyyətlidir. Odur ki, həmin şəxs qanunla qadağan edilmə-




 

338


yən istənilən əqdi bağlaya bilər. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1045   1046   1047   1048   1049   1050   1051   1052   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin