4. Məzmunu qüsurlu olan əqdlər
Ə
qdin məzmunu dedikdə, onun bütün bağlanma şərtlərinin məcmusu başa düşülür. Şərtlər isə qanun və di-
gər hüquqi aktların tələblərinə zidd olmamalıdır. Bu isə o deməkdir ki, əqd onun bağlandığı vaxt qüvvədə olan
qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilən, əqd iştirakçıları üçün məjburi olan qaydalara (imperativ
normalara) uyğun gəlməlidir. Məsələn, qanun göstərir ki, borc müqaviləsinin predmeti yalnız cinsi əlamətləri
ilə müəyyən edilən, əvəz olunması mümkün olan əşyadan (o cümlədən puldan) ibarət ola bilər (MM-in 739-cu
maddəsi). Buna görə də tərəflər fərdi əlamətləri ilə müəyyən edilən əşyanın (məsələn, vətəndaşa məxsus olan
konkret mənzilin) borc müqaviləsinin predmeti olması kimi şərt barədə razılığa gələ bilməzlər. Qanun müəyyən
edir ki, girov müqaviləsinin predmeti rolunda yalnız daşınar əşyalar çıxış edə bilər (MM-in 276-cı maddəsi).
Deməli, tərəflər daşınmaz əşyanı həmin müqavilənin predmetinə dair şərt kimi nəzərdə tuta bilməzlər.
Bəzi hallarda əqd iştirakçılarının nəzərdə tutduqları şərtlər qanun və digər hüquqi aktların tələblərinə zidd
gəlir. Bu cür əqdlər məzmunu qüsurlu olan əqdlər adlanır.
Şə
Dostları ilə paylaş: |