edilməməsinin onların etibarsızlığına səbəb olması barədə göstəriş vardır: dəbbə pulu (jərimə, penya) haqqında
formada bağlanmazsa, etibarsız hesab edilir (MM-in 280-ci maddəsinin 4-cü bəndi). Dəbbə pulu haqqında razı-
laşma sadə yazılı formada olmalıdır. Sadə yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın
etibarsızlığına səbəb olur (MM-in 963-cü maddəsi). Zaminlik müqaviləsi sadə yazılı formada bağlanmalıdır.
Sadə yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (MM-in 471-ci maddə-
si). Əgər Mülki Məcəllədə (qanunda) əqdin yazılı formasına riayət edilməsinin onun etibarsızlığına səbəb olma-
sı barədə birbaşa göstəriş ifadə edilməzsə, onda da əqdin sadə yazılı formasına əməl edilməməsi onun etibarsız-
345
Ona görə ki, mülki qanunvericilik ümumi şəkildə müəyyən edir: qanunla müəyyən edilmiş forma tələblərinə
riayət etməməklə bağlanmış əqd etibarsızdır (MM-in 329-cu maddəsinin 1-ci bəndi). Məsələn, qanun müəyyən
edir ki, faktorinq müqaviləsi yazılı formada bağlanır (MM-in 655-ci maddəsinin 5-ci bəndi). Lakin burada gös-
tərilmir ki, bu müqavilənin yazılı formasına riayət edilməməsi faktorinq müqaviləsinin etibarsızlığına səbəb
olur. Amma buna baxmayaraq faktorinq müqaviləsi əgər yazılı formada bağlanmazsa, etibarsız sayılajaqdır. Bu
sözləri beh haqqında razılaşma (MM-in 491-ci maddəsinin 2-ci bəndi), lizinq müqaviləsi (MM-in 748-ci mad-
dəsinin 1-ci bəndi) və digər əqdlər barədə də söyləmək olar.
Ə
gər tərəflərin qarşılıqlı razılığı ilə əqdin sadə yazılı formada bağlanması müəyyənləşdirilərsə, bu formaya
riayət edilməməsi həmin əqdin etibarsızlığına səbəb olajaqdır (həmin əqddə belə göstərişin olmasından asılı ol-
mayaraq). Məsələn, tərəflər öz aralarında sadə yazılı formada kirayə müqaviləsi bağlamaq barədə razılığa gəlir-
lər. Amma müqavilədə tərəflər bu formaya riayət edilməməsinin onun etibarsızlığına səbəb olması barədə gös-
təriş nəzərdə tutmurlar. Lakin buna baxmayaraq, əgər onlar yazılı formaya əməl etməsələr, müqavilə etibarsız
sayılajaqdır. Bu, MM-in 329-cu maddəsinin 1-ci bəndində ifadə olunan göstərişdən irəli gəlir.
Ə
qdin notarial formasının pozulması onun etibarsızlığına səbəb olur. Bunun üçün vacib deyildir ki, MM-in
konkret normalarında (maddələrində) ə
qdin notarial formasına riayə
t edilmə
mə
sinin onun etibarsızlığ
ına
Dostları ilə paylaş: