Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1067/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1063   1064   1065   1066   1067   1068   1069   1070   ...   1820
çəkəəqd iştirakçısı verir. 

Yanılmanın  təsiri  altında  bağlanmış  əqd  daxili  iradəsi  düzgün  formalaşmayan  əqd  kateqoriyasına  şamil 

edilir (MM-in 347-ci maddəsi). Aldatma kimi yanılma da əqd və onun elementləri barədə qeyri-düzgün təsəv-

vür yaradır. Lakin aldatmadan fərqli olaraq, yanılma kontragentin qəsdən etdiyi hərəkətlər nəticəsində əmə-

lə gəlmir. Belə ki, yanılma nəticəsində iradə və onun xaricən ifadəsi bir-birindən ayrılır, onlar arasında ziddiy-

yət yaranır. Bu cür ayrılıq və ziddiyyət qəsdlə, qərəzlə, məqsədlə və bilərəkdən (bilə-bilə) əmələ gəlmir. Əgər 

kontragent qəsdən aldadıcı hərəkətlər edərsə, belə halda yanılma nəticəsində yox, aldatma nəticəsində bağlanan 

ə

qd göz qabağındadır. Yanılmadan fərqli olaraq, aldadıcı hərəkətlər həmişə qəsdlə edilir. 



Yanılmada əqd iştirakçısının daxili iradəsi təhrif olunmaqla formalaşır. Bu cəhəti ilə o, aldatmaya oxşayır. 

Yanılma odur ki, bunun nəticəsində əqd haqqında və ya onun əsas elementləri barəsində səhv və yanlış tə-

səvvür yaranır. Yanılma şəxsin (iradəsini bildirənin) əsl cəhdi və arzusu ilə iradə ifadəsi arasında uyğunsuzluq, 

üst-üstə düşməmə deməkdir. Onun əmələ gəlməsi, əsasən, iki halla bağlıdır: birincisi, əqd iştirakçısı əqdin bağ-

lanması üçün əhəmiyyəti olan hallar və faktlar barəsində düzgün təsəvvürə malik olmur; ikincisi, yanılma kont-

ragentin  qeyri-düzgün  davranışı  ilə  bağlı  olaraq  yarana  bilər.  Yanılmanın  əmələ  gəlmə  səbəbinin  əhəmiyyəti 

yoxdur. Beləliklə, yanılma dedikdə, şəxsin faktiki hallar barədə düzgün olmayan təsəvvürü başa düşülür. Bu cür 

qeyri-düzgün, yanlış təsəvvür nəticəsində də şəxs öz iradəsini ifadə edir.  

Yanılma nəticəsində bağlanan əqdi etibarsız hesab etmək üçün təkcə yanılma faktının olması kifayət etmir. 

Bunun üçün lazımdır ki, yanılma mühüm (vacib) xarakterə malik olsun. Yalnız mühüm (vacib) əhəmiyyətli 

yanılma olduqda, əqd etibarsız hesab edilə bilər. Qanunvericilik mühüm (vacib) əhəmiyyətli yanılma hallarına 

aid edir:  

 əqdin xarakterinə aid olan hal,  yəni şəxsin razılıq verdiyi  əqdi deyil, başqa əqdi bağlaması (məsələn, 



şə

xs pulu öz qohumuna saxlamağa verir, qohum olan şəxs isə səhvən belə hesab edir ki, pul ona borc verilmiş-

dir. Başqa bir misalda vətəndaş televizoru öz qonşusuna əvəzsiz istifadəyə verir, qonşu isə səhvən belə hesab 



 

344


edir ki, televizor ona bağışlanmışdır);  

 şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhvə yol verməsi, yanılması (məsələn, şəxs ba-



ğ

ışlama müqaviləsi bağlamasını arzu edir, amma o biri tərəf belə hesab edir ki, əşya kirayəyə verilmişdir); 

 əqdə şərt kimi daxil edildikdə, əqdin motivi barəsində yanılma (qalan hallarda əqdin motivi barəsində ya-



nılmanın  əhəmiyyəti  yoxdur);  söhbət  əqdin  motivinin  razılaşma  predmeti  olmasından  gedir  (məsələn,  cins  at 

ə

vəzinə yükdaşıyan-qoşqu at alınır); 



 əqdin predmeti barəsində yanılmaya yol verilməsi (məsələn, alıcı hesab edir ki, o, qızıl əşya almışdır, əş-

ya isə qızıl suyuna çəkilmişdir); 

 kontragentin şəxsiyyəti barəsində yanılma, əgər əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və şəxsi 



keyfiyyətlərinin nəzərə alınması başlıja əsas olmuşdursa (məsələn, əşyanın hissə-hissə ödənilməsini nəzərdə tu-

tan alqı-satqı müqaviləsində alıcının şəxsiyyətində satıcı yanılır və ya öz portretinin çəkilməsini sifariş edən və-

təndaş rəssamın şəxsiyyətində yanılmaya yol verir).  

Yanılma istənilən xarici halın təsiri, üçüncü şəxsin davranışı və ya tərəflərin ehtiyatsızlığı nəticəsində əmələ 

gələ bilər. Məsələn, vətəndaş məşhur rəssamlardan birinin çəkdiyi şəkli (tablonu) alır. Vətəndaş da, satıcı da be-

lə hesab edirlər ki, satılan tablo şəklin əslidir. Sonradan məlum olur ki, o, həmin şəklin yaxşı işlənilmiş surəti-

dir. Başqa bir misalda məhkəmə tərəfindən fianit sırğaların alqı-satqı müqaviləsi etibarsız hesab edilir. Ona gö-

rə ki, hər iki tərəf əqd bağlayanda əqdin predmetinin təbii daşlardan ibarət olmasını güman etmişdilər. 

Göstərilən növ əqdlər mübahisə edilən əqdlərə aid edilir. Əgər belə əqdlərin etibarsız sayılması barədə tərəf-

lər arasında razılıq olmazsa, onlar yanılmanın təsiri altında hərəkət etmiş tərəfin iddiası üzrə məhkəmə tə-

rəfindən etibarsız hesab edilir. 

Bəzi hallarda yazılı əqdlər bağlanarkən xırda səhvlər buraxılır. Xırda səhvlər dedikdə, mühüm və vacib əhə-

miyyəti olmayan səhvlər başa düşülür. Bu səhvlər əqdin qüsurlu olmasına dəlalət edir. Lakin buna baxmayaraq, 

qanun xırda səhvlərin düzəlişinə yol verir. Bu, əqdin düzəlişi adlanır. Əqdin düzəlişi dedikdə, əvvəljə qüsurlu 

olan əqdin sonradan tam hüquqi qüvvəyə malik olması başa düşülür. Məsələn, müqavilədə tərəflərdən birinin 

yaşadığı mənzilin sayı və  ya onun atasının adı səhv göstərilir. Xırda səhvlər əqdi mübahisə edilən (etibarsız) 

ə

qd saymağa əsas vermir. Mühüm (vacib) səhv, yəni yanılma əqdin etibarsızlığına səbəb olur. Puç əqdlərdə dü-



zəliş edilmir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1063   1064   1065   1066   1067   1068   1069   1070   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin