Kontragentin təqsiri dedikdə, onun şəxsin ağır vəziyyətə düşdüyünü bilməsi və özü üçün sərfəli olan əqdin
bağlanması məqsədilə bu vəziyyətdən istifadə etməsi başa düşülür. O, həmin vəziyyətdən öz mənafeyi üçün is-
tifadə edir. Lakin kontragentin təqsiri sübuta yetirilməlidir. Söz yox ki, sübutetmə yükünü zərərçəkən tərəf çə-
kir.
Məlum məsələdir ki, mübahisə yarandıqda kontraegent etibarsız əqd üzrə aldığını könüllü surətdə zərərçəkə-
nə qaytarmayajaqdır. Buna görə də mübahisə məhkəmə qaydasında həll olunur. Həm də ona görə ki, tərəflərin
öz aralarında əqdin etibarsızlığı barədə razılığa gəlmələri mümkün olan məsələ deyil; digər tərəfdən əqdin qü-
surlu olmasını sübut etmək tələb edilir ki, bunu anjaq məhkəmə edə bilər.
Göstərilən üç fakt mövcud olduqda, işin konkret hallarını nəzərə alaraq, məhkəmə son dərəcə ağır şərtli əq-
din etibarsız sayılması barədə qərar qəbul edir. Məhkəmə şəxsin ağır vəziyyətə düşməsi faktı ilə həmin şəxsin
ə
qd bağlaması arasında səbəbli əlaqənin olmasını, habelə kontragentin həmin şəxsin düşdüyü ağır vəziyyətdən
xəbərdar olub-olmamasını müəyyənləşdirməlidir. Göstərilən əqdin etibarsız sayılması barədə iddianı zərər-
Dostları ilə paylaş: |