ola bilər. Məsələn, vətəndaş xaricə köçüb getmək üçün pul əldə etmək niyyəti ilə qüsurlu olan minik avtomobi-
lini satır. Vətəndaş alıcını inandırır ki, guya onun uşaqları xəstədir və müalijə, dava-dərman üçün pul lazımdır.
Ona görə də avtomobili ucuz qiymətə satır.
Ş
übhə yoxdur ki, mübahisə yarandıqda aldadan tərəf etibarsız əqd üzrə aldığını könüllü surətdə zərərçəkən
tərəfə qaytarmayajaqdır. Digər tərəfdən tərəflərin əqdin etibarsızlığı barədə öz aralarında razılığa gəlməmələri
şə
ksizdir. Odur ki, məsələ məhkəmə qaydasında həll olunur.
Aldatma yolu ilə bağlanan əqdin etibarsız hesab edilməsi barədə iddia zərərçəkən əqd iştirakçısı tərəfin-
dən verilir. Məhkəmə həmin iddiaya mahiyyətjə baxaraq, əqdin etibarsız hesab edilməsi barədə müvafiq qərar
çıxarır.
Şə
Dostları ilə paylaş: |