Öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı
ə
qd daxili iradə olmadan bağlanan əqd kateqoriyasına aid edilir (MM-in 346-cı maddəsi). Bu kateqoriya şəxslə-
rin mülki fəaliyyət qabiliyyəti vardır. Onlar psixi pozuntu nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan sayılmış şəxslər dairəsinə (mülki-hüquqi mənada anlaqsız şəxs kateqoriyasına) şamil edilmirlər. Onlar
həm də anlaqsız vəziyyətində olan şəxslərə — cinayət-hüquqi mənada anlaqsız şəxslər kateqoriyasına aid olun-
murlar. Həmin şəxslər xüsusi kateqoriya şəxslər qrupuna daxil edilirlər.
Göstərilən xüsusi kateqoriyalı şəxslər mülki fəaliyyət qabiliyyətli olsa da, bəzən bu və ya digər halların təsiri
nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və ya onlara rəhbərlik edə bilmirlər. Əgər həmin şəxslər bu
vəziyyətdə əqd bağlasalar, onun hüquqi əhəmiyyəti olmur və buna görə də həmin əqd etibarsız sayıla bilər. Mə-
sələn, sərxoş vəziyyətində olan şəxs özünün iki min manatlıq qiymətli əşyasını (məsələn, bahalı zinət əşyasını)
beş yüz min manata satır.
Göstərilən şəxslərin həmin vəziyyətə düşməsi müxtəlif hallarla bağlı ola bilər. Bu halların dairəsi qanunla
müəyyənləşdirilmir. Amma mülki hüquq elmində onların müxtəlif növləri göstərilir: uzun sürən ağır xəstəlik
nəticəsində əsəb sisteminin zəifləməsi; şəxs üçün ağır olan bu və ya digər hadisənin baş verməsi nəticəsində
(məsələn, doğmalarından birinin ölümü) əsəb sarsıntısı; fiziki travma (iflij, kontuziya, odlu və ya soyuq silah-
dan yaralanma); alkoqoldan və ya narkotik maddələrdən sərxoş olma; müvəqqəti psixi pozuntu; huşun - şüurun
itməsi və s. Bu halların nəticəsində şəxs öz iradəvi və ya əqli qabiliyyətini itirir.
Göstərilən kateqoriya şəxslərin bağladığı əqdin etibarsız hesab edilməsi barədə iddianı məhkəməyə həmin
şə
xsin özü verir. Bununla bərabər, əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri po-
zulmuş digər şəxslər də (məsələn, ər-arvad, valideynlər və s.) iddia ilə məhkəməyə müraciət edə bilərlər. ddia-
nı sonradan fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxs üzərində təyin edilən qəyyum da verə bilər. Belə ki, fi-
ziki şəxs ruhi xəstəlik (psixi pozuntu, ağıl zəifliyi) şəraitində əqd bağlayır. Sonradan məhkəmə onun fəaliyyət
qabiliyyəti olmayan şəxs sayılması barədə qərar çıxarır. Bu qərar əsasında həmin şəxs üzərində qəyyum təyin
edilir. Qəyyum bu şəxsin məhkəməyə kimi hələ fəaliyyət qabiliyyəti olan zaman bağladığı əqdin etibarsız hesab
edilməsi barədə iddia verə bilər. Lakin həmin əqd bağlandığı vaxt şəxsin öz hərəkətlərinin mənasını başa düş-
mədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilməlidir (MM-in 346-cı maddəsinin 2-ci bəndi). Belə
halda şahid ifadələrindən, tibb orqanlarının rəylərindən, ekspert rəyindən və s. sübutetmə vasitəsi kimi istifadə
342
edilir.
Məhkəmə iki hüquqi fakt (hüquqi tərkib) olduqda əqdin etibarsız hesab edilməsi barədə qərar qəbul edir: fi-
ziki şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi; fiziki şəxsin bu
vəziyyətdə əqd bağlaması.
radəsi qüsurlu olan əqdlərin ikinci növünü daxili iradəsi düzgün formalaşmayan əqdlər təşkil edir. Bu
qəbildən olan əqdlərin daxili iradəsi qüsurlu deyildir. Amma bu iradə onun əsl mahiyyətini təhrif edən halların
təsiri altında formalaşır.
Dostları ilə paylaş: |