3. Müddətlərin mülki-hüquqi əhəmiyyəti
Müddətlər mülki hüquqda böyük əhəmiyyətə malik olan anlayışdır. Əmlak və qeyri-əmlak münasibətlərinin
hüquqi tənzimlənməsində onlar mühüm rol oynayır. Bunların köməyi ilə mülki dövriyyə qaydaya salınır. Müd-
dətlər ictimai münasibətlərin nizama salınmasında müəyyənlik əmələ gətirir, bu münasibətlərdə iştirak edən
subyektlər arasında intizam şəraitinin yaradılmasına kömək göstərir.
Müddətlər sahibkarlıq (təsərrüfat) müqavilələrinə əməl olunmasında təkanverici vasitə kimi çıxış edir. Onla-
rın iqtisadi-təsərrüfat planlarının vaxtında yerinə yetirilməsində rolu böyükdür. Müddətlər subyektlərin hüquq-
larının vaxtında müdafiə olunmasını təmin edir. Nəhayət, müddətlər konkret hərəkətlərin yerinə yetirilməsi, və-
zifələrin icrası və hüquqların həyata keçirilməsi üçün zərurət yaradır.
Vaxt amilinin rolunu izah edərkən K.Marksın belə bir fikrini işlətmək yerinə düşərdi ki, bütün sosial-iqtisadi
formasiyalarda vaxta qənaət etmək qanunu qüvvədə olan birinci və ya əsas qanundur. Onun fikrinjə, vaxt kate-
qoriyası ictimai istehsalın vacib amilidir.
Vaxt amili xüsusilə nəqliyyat fəaliyyətində mühüm rol oynayır. kinci elə bir iqtisadiyyat sahəsi tapmaq çə-
tin olar ki, həmin sahədə vaxt nəqliyyat sferasındakı kimi böyük əhəmiyyətə malik olsun. Yüklərin daşınmasına
sərf edilmiş vaxt nəinki nəqliyyatın səmərəli və keyfiyyətli işinə, hətta bütövlükdə ictimai istehsalın ahənginə
bilavasitə təsir göstərir. Onların təyinat yerinə vaxtında çatdırılması təkcə yük daşıma müqaviləsinin lazımınja
icra edilməsinin vacib şərti hesab olunmur. Bu, həm də ölkə iqtisadiyyatı və təsərrüfatının lazım olan xammalla,
tikinti materialları ilə, maşınlarla, avadanlıqlarla və s. təmin olunması üçün son dərəcə mühüm əhəmiyyət kəsb
edir. Maddi nemətlərin bir yerdən başqa yerə daşınması ilə bağlı olan istənilən təsərrüfat vəzifəsinin yerinə yeti-
rilməsi nəqliyyat fəaliyyətində və işində vaxt amili ilə şərtlənir. Bu isə o deməkdir ki, ümumi təsərrüfat vəzifə-
ləri həmin amillə sıx surətdə bağlıdır.
Dostları ilə paylaş: |