təşkil edir (MM-in 373-cü maddəsinin 1-ci bəndi). Bizim ölkə qanunvericiliyinin on illik ümumi iddia müddəti
müəyyən etməsi bəzi xarici ölkələrin qanunvericilik təjrübəsinə və ənənələrinə uyğundur. Məsələn, sveçrə öh-
dəlik qanunu (127-ci maddə) 10 illik iddia müddəti nəzərdə tutur. Almaniya Mülki Qanunnaməsi ümumi iddia
müddəti yox, normal iddia müddəti anlayışını işlədir. Normal iddia müddəti 30 il idi (§ 195); indi isə ümumi id-
dia müddəti Almaniya qanunvericiliyinə görə üç il təşkil edir. Fransa MM-i 30 illik iddia müddəti nəzərdə tutur.
Bu isə səlahiyyətli şəxsin mənafeyinə xidmət edir və mülki hüquqların müdafiəsinə daha çox təminat verir.
Qeyd etmək lazımdır ki, köhnə qanunvericilik üç və bir illik ümumi iddia müddəti müəyyənləşdirmişdi. RF-in
yeni MM-i üç illik ümumi iddia müddətini indi də saxlayır. Bizim ölkə qanunvericiliyinin müəyyənləşdirdiyi
on illik iddia müddətini Almaniya qanunvericiliyinə uyğun olaraq normal iddia müddəti də adlandırmaq olar.
Dostları ilə paylaş: |