qiqət prinsipi əsasında həll etsinlər. Belə ki, məhkəmə tərəfindən mülki mübahisəyə baxılması həmişə iş üzrə
obyektiv həqiqətin müəyyən edilməsi ilə bağlı olur. Obyektiv həqiqətin müəyyən edilməsi isə əldə edilmiş sü-
butların həqiqətə uyğun və etibarlı olmasını tələb edir. Məlum məsələdir ki, qeyri-müəyyən uzun müddətin öt-
məsi şəraitində sübutların itmək ehtimalı çoxalır, bu sübutların etibarlı olmasına şübhələr artır, onların həqiqi və
tutarlı olmasını yoxlamaq çətinləşir və ya qeyri-mümkün olur, faktlar unudulur. Bu isə məhkəmə orqanlarının iş
üzrə bütün faktiki halların müəyyənləşdirilməsi və üzə çıxarılması üzrə fəaliyyətini çətinləşdirir və mürəkkəb
vəziyyətə salır. Söz yox ki, belə vəziyyətdə düzgün qərar qəbul edilməsindən söhbət gedə bilməz. ddia müddə-
tinin müəyyənləşdirilməsi isə məhkəmə tərəfindən etibarlı sübutların toplanmasını, iş üzrə obyektiv həqiqətin
aşkar edilməsini asanlaşdırır və bununla o, düzgün qərar qəbul edilməsinə kömək edir.
Dostları ilə paylaş: |