ddia dedikdə, maraqlı şəxsin maddi-hüquqi mübahisənin araşdırılması və həlli, subyektiv hüququn
və ya qanunla qorunan mənafeyin müdafiəsi üçün xahişlə məhkəməyə müraciət etməsi başa düşülür. d-
dia elə bir müdafiə vasitəsidir ki, bu vasitədən subyektiv hüquqlar pozulduqda və pozulma təhlükəsi yarandıq-
da, yəni maddi-hüquqi mübahisə yarandıqda istifadə olunur.
ddianın yaxından bağlı olduğu əsas anlayış iddia hüququdur. ddia hüququ pozulmuş və ya mübahisə edi-
lən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bizim ölkənin bütün vətəndaşları və
hüquqi şəxsləri, habelə xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əjnəbi hüquqi şəxsləri iddia hü-
ququna malikdirlər.
ddia mürəkkəb hüquqi anlayışdır. O, ümumiləşdirilmiş xarakterə malik olmaqla, özündə iki əlaməti birləş-
dirir: maddi-hüquqi əlaməti; prosessual-hüquqi əlaməti. Vahid, amma mürəkkəb anlayış olan iddia elə bil ki, iki
tərəfdən (maddi və prosessual tərəfdən) ibarətdir. Buna müvafiq olaraq iddia hüququ iki mənada başa düşülür:
●
maddi mənada iddia hüququ;
●
prosessual mənada iddia hüququ.
Maddi mənada iddia hüququ iddianın maddi tərəfinə, prosessual mənada iddia hüququ isə iddianın prosessu-
al tərəfinə uyğundur. Bunlar həm də iddia hüququnun ibarət olduğu iki cür səlahiyyətə müvafiqdir: iddianın tə-
min olunması hüququna (maddi mənada iddia hüququ); iddia verilməsi hüququna (prosessual mənada iddia hü-
ququ).
|