Beləliklə, iddia müddətinin tətbiqi mülki-hüquqi mübahisə üzrə tərəflərin öz istək və mülahizələrindən asılı-
Ümumi qayda belədir ki, iddia müddəti bütün mülki hüquq münasibətlərinə şamil edilir. Bununla bərabər,
elə tələblər vardır ki, həmin tələblərə iddia müddəti aid olunmur. Mülki qanunvericilik bu tələblərin siyahısını
verir. Lakin bu, qeyri-qəti, dəqiq olmayan və təxmini siyahıdır (MM-in 384-cü maddəsi). Ona görə ki, qanunda
nəzərdə tutulan bəzi tələblərə iddia müddətinin şamil edilməməsi istisna olunmur, yəni bu, mümkündür.
371
həmin tələblər vaxtla məhdudlaşmır və onların pozulması fasiləsiz olaraq davam edir;
●
əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri. ddia müddəti həm də əmanətlər üzrə
faizlərin ödənilməsi üzrə tələblərə şamil olunmur;
●
fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Fi-
ziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallarda, həmin şəxsin (zərərçəkənin) əmək qabiliyyəti-
nin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Tələb gələcək müd-
dət üçün ödənilir. Tələb irəli sürülməzdən əvvəlki müddət üçün də təmin oluna bilər. Bu müddət üç ildən çox
ola bilməz, yəni tələb zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il keçdikdən (bitdikdən)
sonra irəli sürülərsə, ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Məsələn, vətəndaşın sağlamlı-
ğ
ına vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan dörd il keçir və o, iddia irəli sürür.
Belə halda zərərin əvəzini ödəmək tələbi yalnız ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir;
●
mülkiyyətçinin və ya digər sahibin (əşyaya sahiblik edən, lakin mülkiyyətçi olmayan şəxs, məsələn, ki-
rayəçi, daşıyıcı, girovsaxlayan və s.)
onun hüququnun hə
r cür pozulması hallarının aradan qaldırılması
Dostları ilə paylaş: