4. ddia müddəti haqqında qayda
24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsinə kimi iddia müddəti dəqiq olaraq
yalnız qanunla müəyyənləşdirilirdi. Odur ki, tərəflər razılaşma əsasında bu müddəti dəyişdirə bilməzlər. Bu, o
demək idi ki, iddia müddəti imperativ xarakterə malikdi.
Mülki qanunvericilik iddia müddətinin imperativliyi haqqında qayda müəyyən edirdi (MM-in 374-cü
maddəsi). Bu qayda, hər şeydən əvvəl, birincisi, onda ifadə olunurdu ki, iddia müddətləri və onların hesab-
lanma qaydası yalnız qanun əsasında müəyyənləşdirilir və mülki hüquq münasibəti iştirakçılarının razılaş-
ması ilə bu müddətlərin dəyişdirilməsinə, yəni qısaldılmasına və ya uzadılmasına yol verilmirdi. Əgər iddia
müddətləri və onların hesablanması qaydası iştirakçıların razılığı ilə dəyişdirilərsə, onda bu cür razılaşmanın
hüquqi əhəmiyyəti olmurdu. Bu cür razılaşma etibarsız sayılırdı. Məsələn, qanunda yük daşıma müqaviləsi
üçün bir illik iddia müddəti nəzərdə tutulmuşdur. Əgər daşıyıcı ilə yük göndərən həmin müddətin dəyişdirilərək
iki illik iddia müddəti ilə əvəz olunması barədə razılığa gəlsələr, onda cür razılaşma hüquqi əhəmiyyəti olma-
yan hərəkət kimi etibarsız hesab ediləjəkdi.
24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişikliklər və əlavələr edilməsindən sonra vəziyyət tam dəyişmiş-
dir. Belə ki, indi tərəflər qanunda nəzərdə tutulan iddia müddətinin dəyişdirilməsi barədə öz aralarında
Dostları ilə paylaş: |