3. Maddi və prosessual mənada iddia hüququ
ddia müddəti anlayışı iddia və iddia hüququ anlayışı ilə sıx surətdə bağlıdır. Şəxslərin şəxsi və əmlak hü-
quqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsi iddia vermək yolu ilə həyata keçirilir.
Ə
gər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə or-
qanlarına müraciət edə bilər. Belə ki, mülki-prosessual qanunvericiliyə görə, hər bir maraqlı şəxs pozulmuş və
ya mübahisəli hüququn müdafiəsi üçün, yaxud qanunla qorunan mənafeyinin müdafiəsi üçün qanunla müəyyən
edilmiş qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər o, həmin hüquqdan istifadə edib məhkə-
məyə müraciət edərsə, bu cür müraciət iddia adlanır.
Dostları ilə paylaş: |