Xüsusi iddia müddəti odur ki, o, qanunda xüsusi olaraq göstərilən, ayrı-ayrı hüquq münasibətlərinə və ya
müxtəlif hüquq münasibətlərindən irəli gələn müəyyən növ tələblərə tətbiq edilir. «Uzunluğu»na görə bu müd-
dət növü üç cür olur:
●
qısaldılmış xüsusi iddia müddəti;
●
daha qısaldılmış xüsusi iddia müddəti;
●
uzadılmış xüsusi iddia müddəti.
Qısaldılmış xüsusi iddia müddəti odur ki, o, özünün adından göründüyü kimi, ümumi müddətə nisbətən qı-
sadır. Bu cür iddia müddətinin əsas təyinatı mülki-hüquqi mübahisəni düzgün həll etmək üçün tezliklə iddia
verməyi stimullaşdırmaqdan ibarətdir. Qısaldılmış xüsusi iddia müddətinə aiddir:
●
müqavilə tələbləri üzrə üç illik iddia müddəti (MM-in 373-cü maddəsinin 2-ci bəndi);
●
daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə altı illik iddia müddəti (MM-in 373-cü maddəsinin 2-ci
bəndi);
●
podrat müqaviləsi üzrə beş illik iddia müddəti (binaya aid tələb üzrə) (MM-in 776-cı maddəsi);
●
vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddəti (MM-in 373-cü maddə-
sinin 3-cü bəndi).
Dostları ilə paylaş: |