sentyabr ayının 5-də icra edilmişdir. Məhz sentyabrın 6-dan reqres öhdəlik üzrə iddia müddətinin axımı başla-
Adətən, mülkiyyət hüquq münasibətləri pozulduğu hallarda, hüququn pozulduğu günü təyin etmək çətinlik
373
törətmir. Bununla belə, bəzən mülkiyyət hüququnu pozanın şəxsiyyəti məlum olmur. Məsələn, əmlakı hər hansı
naməlum şəxs oğurlayır. Hüquq pozuntusu törədənin şəxsiyyəti məlum olmadığına görə məhkəməyə iddia ver-
mək olmaz. Qanunvericiliyə görə, həmin şəxsin aşkar edilməsinə və müəyyənləşdirilməsinə sərf olunan vaxt isə
iddia müddətinə hesablanır, onu, əlbəttə, qısaldır. Pozuntu törədən şəxs müəyyən edildikdə, əgər iddia müddəti
ötmüş olsa belə, mülkiyyətçi məhkəməyə iddia verir. Göstərilən səbəbə görə iddia müddətinin ötürülməsi məh-
kəmə tərəfindən nəzərə alınır və pozulmuş hüquq müdafiə edilir.
Öhdəlik hüquq münasibətində şəxslərin dəyişməsi nə iddia müddətinə, nə də onun hesablanma qaydasına tə-
sir göstərir. Belə ki, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişil-
məsinə səbəb olmur (MM-in 378-ci maddəsi).
Öhdəlikdə şəxslərin dəyişməsi dedikdə, öhdəliyin özünün saxlanması şərti ilə kreditorun başqa kreditorla
ə
vəz olunması (tələb hüququnun verilməsi, güzəşti) və ya borclu şəxsin başqası ilə əvəz olunması (borcun kö-
çürülməsi) başa düşülür. Məsələn, vətəndaş öz qonşusundan borc pul alır (aprelin 15-də qaytarmaq şərti ilə).
Fevral ayında o ölür. Borc hüquq münasibətində onun yerini vərəsəsi tutur. Vərəsə aprelin 15-də borcu qaytar-
mır. Aprelin 16-dan iddia müddətinin axımı başlanır, yəni öhdəlikdə borclunun dəyişməsi iddia müddətinin də-
yişməsinə (qısaldılmasına və ya uzadılmasına) təsir göstərmir.
Almaniya mülki qanunvericiliyinə görə, iddia müddətinin axımının başlanması üçün tələb edilmir ki, şəxs
iddia hüququnun əmələ gəlməsini bilsin. Bu, o deməkdir ki, müvafiq hüquq pozulduğu andan (şəxsin öz hüqu-
qunun pozulduğunu bildiyi andan yox) iddia müddətinin axımı başlanır. Anoloci göstərişi Yaponiya mülki hü-
ququ da nəzərdə tutur.
Dostları ilə paylaş: